Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Azyaşlı uşağı olan analara işdə yeni güzəştlər verilə bilər DETALLAR

Azyaşlı uşağı olan analara işdə yeni güzəştlər verilə bilər DETALLAR

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda analıq məzuniyyətindən sonra qadınların əmək bazarına qayıtmasını asanlaşdıracaq yeni mexanizmlər müzakirə olunur. Təkliflər arasında uşağı müəyyən yaşa çatana qədər analar üçün çevik və ya hibrid iş rejiminin tətbiqi, iş saatlarının qısaldılması və daha erkən işdən çıxmaq imkanının yaradılması da yer alır. Mütəxəssislər hesab edirlər ki, belə yanaşma həm qadınların məşğulluğunu qorumağa, həm də ölkədə doğum səviyyəsinin artırılmasına töhfə verə bilər.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov Modern.az-a bildirib ki, son illər Azərbaycanda əmək hüquqlarının genişləndirilməsi istiqamətində mühüm dəyişikliklər həyata keçirilib və atalıq məzuniyyətinin qanunvericiliyə daxil edilməsi də beynəlxalq təcrübənin tətbiqinin nümunəsidir.

Deputatın sözlərinə görə, təbii artımın stimullaşdırılması üçün fərqli mexanizmlərin tətbiqi mümkündür:

"Bəlli bir yaşa qədər övladı olan anaların iş rejiminin çevik və ya hibrid formada təşkili hazırda müzakirə olunan məsələlərdəndir. Məşğulluq strategiyasında da çevik iş modelinin tətbiqi nəzərdə tutulur. Düşünürəm ki, bu modelin tətbiq olunduğu vətəndaşlar sırasında məhz azyaşlı övladı olan analar da yer ala bilər".

V.Bayramov hesab edir ki, anaların iş vaxtının bir hissəsini ofisdə, digər hissəsini isə məsafədən yerinə yetirməsi həm ailə həyatını, həm də əmək fəaliyyətini uzlaşdırmağa imkan verər.

"Bu halda analar bəlli saatlarda ofisdə, digər saatlarda isə evdən işləyə bilərlər. Bu, həm uşağın tərbiyəsi üçün əlavə imkan yaradar, həm də işəgötürən üçün əlavə maliyyə yükü formalaşdırmaz. Hibrid iş modeli iqtisadi baxımdan da daha məqsədəuyğundur".

Deputatın fikrincə, bu yanaşma həm qadınların əmək bazarında qalmasına, həm də ölkədə təbii artımın dəstəklənməsinə xidmət edə bilər.

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli isə hesab edir ki, Azərbaycanda demoqrafik vəziyyət yeni təşviq mexanizmlərinin tətbiqini zəruri edir.

Onun sözlərinə görə, doğum göstəricilərinin ildən-ilə azalması analıq məzuniyyəti və işləyən analarla bağlı siyasətin yenidən nəzərdən keçirilməsini tələb edir.

"Bizdə demoqrafik vəziyyət yaxşı deyil. Doğuş sayı hər il azalır. Ona görə də həm analıq məzuniyyətinin müddəti, həm də bu dövrdə maaşın tam ödənilməsi ilə bağlı dəyişikliklərə ehtiyac var".

İqtisadçı bildirib ki, dövlət və özəl sektor arasında fərqli yanaşmalar mövcuddur.

"Dövlət sektorunda çalışan qadınların vəziyyəti daha rahatdır. Çünki onların ödənişlərini dövlət həyata keçirir. Özəl sektorda isə uzunmüddətli və tam ödənişli analıq məzuniyyəti işəgötürən üçün ciddi maliyyə yükü yarada bilər".

N.Cəfərlinin fikrincə, bu səbəbdən dövlət özəl sektora dəstək mexanizmləri formalaşdırmalıdır.

"Əgər özəl sektorda çalışan analar üçün əlavə güzəştlər tətbiq ediləcəksə, dövlət vergi güzəştləri və ya maliyyə dəstəyi proqramları təqdim etməlidir. Əks halda bəzi işəgötürənlər qadın işçiləri işdən uzaqlaşdırmağa üstünlük verə bilərlər".

İqtisadçı hesab edir ki, qanunvericilikdə ediləcək dəyişikliklər həm doğum göstəricilərinin yüksəlməsinə, həm də işəgötürənlərin maraqlarının qorunmasına xidmət etməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 İyul 2026 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see641

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see517

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see466

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see340

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see332

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see317

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see296

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see284

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see273

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see259

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see248

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see240

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see216

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see214

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see213

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see212

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see200

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see198

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see194

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri