Uşağın anadan olmasına və dəfnə görə birdəfəlik müavinətlər üçün banka yaxınlaşmağa ehtiyac olmayacaq AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 9 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xidmət keyfiyyətini daha da artırmaq və vətəndaş məmnuniyyətini təmin etmək məqsədi ilə növbəti yeniliyə imza atılıb. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, elektron xidmətlərin tətbiqi nəticəsində vətəndaşlar “Kapital Bank”ın “Birbank” mobil tətbiqinə daxil olaraq əməliyyatlar hissəsində uşağın anadan olmasına və dəfnə görə onlara təyin edilmiş birdəfəlik müavinətləri görə biləcəklər.
Müavinətin məbləği, hansı növə aid olduğu barədə məlumatlar “Birbank” tətbiqində əks olunacaq.
Həmin məbləği “Kapital Bank”dan nağdlaşdırmaq və ya “Birbank” tətbiqi ilə istənilən karta köçürərək də əldə etmək olar.
“Birbank” mobil tətbiqi olmayan müştərilərə isə SMS vasitəsilə keçid linki göndəriləcək ki, bu linkə daxil olmaqla birdəfəlik ödənişləri istənilən bank hesabına köçürmək mümkün olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 09 Dekabr 2024 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















