Icma.az
close
up
RU
Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"Uşağın evdə ayaqyalın gəzməsi ilə bağlı valideynlər arasında müxtəlif fikirlər var. Bəziləri uşağın sərin döşəmədə ayaqyalın gəzməsinin onu xəstələndirəcəyindən narahat olurlar. Lakin təhlükəsiz və uyğun şəraitdə uşağın evdə ayaqyalın gəzməsi, xüsusilə erkən yaşlarda, müəyyən faydalar verə bilər. Bilmək lazımdır ki, sərin döşəmə öz-özlüyündə soyuqdəyməyə səbəb olmur. Respirator infeksiyaların əsas səbəbi sərin döşəmə deyil, viruslardır".

Bu fikirləri pediatr-pulmonoloq Fidan Axverdiyeva Redaktor.az-a açıqlamasında səsləndirdi.

Onun sözlərinə görə, ayaqyalın gəzməyin üstünlüklərindən biri ayaq və baldır əzələlərinin təbii şəkildə işləməsidir:

"Uşaq müxtəlif səthlərdə ayağını yerə basarkən əzələ və oynaqlarından aktiv istifadə edir. Ayaqyalın gəzmək ayağın sərbəst hərəkətinə və uşağın müxtəlif səthlər haqqında təbii sensor təcrübə qazanmasına imkan yaradır. Ayaqqabı olmadan yeriyərkən ayaq biləyi və ayaq əzələləri daha sərbəst hərəkət edir. Uşaq səthin xüsusiyyətlərini hiss edir və addımlarını ona uyğunlaşdırmağı öyrənir. Bu, hərəkət zamanı bədəni idarə etməyə kömək edir. Digər mühüm məqam isə hissiyyatdır. Ayaq altındakı çoxsaylı sinir ucları uşağın toxunmanı, təzyiqi və səthlər arasındakı fərqləri hiss etməsinə şərait yaradır. Müxtəlif səthlərlə təmas uşağa fərqli sensor məlumatlar verir ki, bu da ətraf mühiti və bədənin hərəkətlərini hiss etməyin təbii hissəsidir".

Müsahibimiz vurğuladı ki, burada əsas məqsəd uşağı bilərəkdən soyuğa məruz qoymaq deyil:

"Uşaq üşüyürsə, ayaqları həddindən artıq soyuyursa və ya özünü narahat hiss edirsə, onu ayaqyalın gəzməyə məcbur etmək düzgün deyil. Sağlam uşağın təhlükəsiz ev şəraitində ayaqyalın gəzməsinə mane olmağa ehtiyac yoxdur. Əgər uşaq özünü rahat hiss edirsə, ona mütləq corab və ya ev ayaqqabısı geyindirmək vacib deyil. Bununla belə, mühit təhlükəsiz olmalıdır. Döşəmədə uşağın ayağını yaralaya biləcək iti və ya kəsici əşyalar, sürüşkən səthlər olmamalıdır. Həmçinin hovuz, duş, soyunub-geyinmə otaqları kimi ictimai və nəm məkanlarda ayaqyalın gəzmək məsləhət görülmür. Belə yerlərdə göbələk və digər dəri infeksiyalarına yoluxma riski artır".

Pediatrın sözlərinə görə, xüsusi ortopedik və ya digər tibbi problemi olan uşaqlarda ayaqyalın gəzmək məsələsi fərdi qiymətləndirilməlidir:

"Belə hallarda valideyn həkimin tövsiyəsini nəzərə almalıdır. Ümumilikdə, sağlam uşaq üçün evdə təhlükəsiz şərait yaradılıbsa və uşaq özünü rahat hiss edirsə, ayaqyalın gəzməsinə imkan vermək olar. Əsas məqam uşağın rahatlığı, təhlükəsizliyi və özünü necə hiss etməsidir".

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:414
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Sentyabr 2026 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see368

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see345

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see333

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see291

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see277

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see255

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see247

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see243

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see243

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see239

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see230

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see228

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see222

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see214

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see214

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see213

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see195

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see194

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see192

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri