Uşağın oxuma və yazma bacarıqlarını daha tez inkişaf etdirməklə bağlı araşdırmalar yetərli deyil Nazir
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Öyrənmə keyfiyyətini tədqiq edən elmi araşdırmalar ölkəmizdə hələ kifayət qədər inkişaf etməyib.
Redaktor.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən Konfransda çıxışı zamanı deyib.
Nazir bildirib ki, dilin öyrənilməsi ilə bağlı ümumi tədqiqatlar olsa da, praktiki fayda verən araşdırmalar məhduddur.
“Bizə əsas fayda, məsələn, 7–8 yaşlı və ya 11 yaşlı uşaqlara dili necə daha səmərəli öyrətmək mümkünlüyü barədə konkret nəticələr verən tədqiqatlardan gəlir. Bu sahədə, yəni uşağın oxuma və yazma bacarıqlarını necə daha tez inkişaf etdirmək sualına cavab verən sistemli araşdırmalar hələ də yetərli deyil”, - deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 08 Dekabr 2025 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















