Icma.az
close
up
RU
Uşağın valideynləri ilə dərs hazırlaması həm emosional bağlılığı artıra bilər, hə də asılılıq yarada bilər

Uşağın valideynləri ilə dərs hazırlaması həm emosional bağlılığı artıra bilər, hə də asılılıq yarada bilər

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

“Düzdür, bəzi valideynlər övladlarının təhsilini 7-8 ci sinfə qədər daha çox öz üzərinə götürürlər. Övladlarına dərsləri izah edirlər, onlara daim nəzarət edirlər. Bu yanaşmanın həm müsbət, həm də mənfi cəhəti var”.

Bu sözləri Bizimyol.info portalına açıqlamasında elm və təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu valideynin övladlarını dərslərin öyrədilməsində müsbət və mənfi tərəfləri haqqında danışarkən bildirib. Ekspertin fikrincə, uşağın valideynləri ilə dərs hazırlamasının faydalı tərəflərindən biri odur ki, uşağın təməl bilikləri möhkəmlənir: “Faydalı tərəflərdən biri odur ki, uşağın təməl bilikləri möhkəmlənir, yəni valideyn dərsləri izlədikdə səhvləri vaxtına düzəldə bilir. Məsələn; 5-ci sinifdə riyaziyyatda toplama-çıxma hesablamalarında uşağın boşluğu varsa, valideyn bunu dərhal görüb dəfələrlə izah edə bilir. Bu, gələcəkdə mürəkkəb mövzuları öyrənməyi asanlaşdırır.

Uşağın valideynləri ilə dərs hazırlama prosesi aralarındakı emosional bağlılığı artır, birlikdə dərs oxumaq yaxınlıq yaradır. Məsələn; ata hər axşam coğrafiya mövzularını uşağa izah etdikdə, uşaq həm öyrənir, həm də ata ilə vaxt keçirir. Valideyn övladının bacarığını yaxından tanıyır, hansı fənlərdə güclü olduğunu və ya hansı mövzularda çətinlik çəkdiyini görə bilir. Bu da gələcəkdə repetitor seçərkən, yaxud ixtisas istiqaməti barədə qərar verərkən doğru yol izləməyə kömək edir. Həm də burda intizam və məsuliyyətin formalaşması önəm daşıyır. Uşaq görür ki, dərs prosesi ciddi qəbul olunur. Valideyn hər gün ev tapşığını yoxlayanda, uşaq da öyrənir ki, dərs müntəzəm olmalıdır.

Ziyanlı tərəfi odur ki, burada valideyndən asılılıq da yarana bilər. Bu halda, uşaq öyrənməyə deyil, valideynin izahına güvənir. Məsələn; uşaq inşanı özü yazmaq əvəzinə, anasına yazdırır. Bu da müstəqil düşünməni azaldır. Buna görə ata-ana uşağına dərs öyrədərkən çalışmalıdır ki, şagirdin üzərinə düşən öhdəliyi valideyn yerinə yetirməsin. Çünki uşaq buna bir növ öyrəşir. Eyni zamanda uşaqda özünüifadə etmək bacarığı zəifləyə bilər. Uşaq davamlı kömək alanda özü sərbəst şəkildə dərs öyrənə bilmir, nəticədə 8-ci sinifdən sonra valideynin köməyi azaldıqca uşaq tapşırıqlarını yerinə yetirməkdəçətinlik çəkir”.

Rizvan Fikrətoğlu

Təhsil eksperti vurğulayıb ki, valideyn köhnə üsullarla dərsi izah etdikdə qarışıqlıq yarana bilər: “Valideynlə övladı arasında gərginlik də yarana bilər. Bəzən valideyn övladına dərsi qavramayanda əsəbləşir ki, bunu niyə anlamırsan? Bu da uşağı stresə sala bilər. Məsələn; riyaziyyatı tez başa düşməyən uşağa sərt reaksiya verildikdə, ümumiyyətlə həmin fəndən soyuya bilər.

Bunu unutmamaq lazımdır ki, valideynlərin bilikləri həmişə kifayət eləmir. Tədris proqramı dəyişib, yeni metodika gəlib. Valideyn köhnə üsullarla izah etdikdə qarışıqlıq yarana bilər. Məsələn; riyaziyyatda məntiqi həll üsulları fərqli öyrədilir, ancaq valideyn klassik üsulla izah edir.

Uşaq daim evdə valideynlə oxuyursa, onun sosiallaşması problemi də yarana bilər. Müəllimlə, sinif yoldaşı ilə müzakirə etmək imkanı azalır. Halbuki, qrup müzakirələri və ya müəllimdən sual soruşmaq öyrənmə prosesinin vacib hissəsidir”.

Evdə öyrənmənin müsbət və mənfi cəhətlərini izah edən Rizvan Fikrətoğlu deyir ki, valideyn nəzarətçi və istiqamətverici olmalıdır, icraçı olmamalıdır: “Müsbət nümunə; ana övladına hər gün Azərbaycan dili tapşırıqlarında kömək edir, amma yalnız istiqamət göstərir. Məsələn; “mətndə əsas fikri özün seç, sonra mənə de”. Beləliklə, uşaq həm ananın dəstəyini görür, həm də müstəqil düşünməni yaradır.

Mənfi nümunə; ata 7-ci sinif övladına hər gün bütün tapşırıqlarını izah edir, bəzən cavablarını özü yazır və uşaq da öyrəşir ki, ata onsuz da kömək edəcək. 8-ci sinifdə daha ağır mövzularda ata kömək edə bilməyəndə həmin uşaq çaşqınlıq yaşayır.

Ümumiyyətlə, 7-8 ci sinfə qədər valideyn dəstəyi faydalıdır. Amma bu da uşağın müstəqilliyini əlindən almamalıdır. Ən düzgün yol valideynin nəzarətçi və istiqamətverici rolda davranmasıdır, əsla icraçı olmamalıdır. İcraçı uşaq olsun. Yəni uşağın tapşırığını yazmaq yox, necə yazmağı göstərmək daha faydalıdır”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 11 Sentyabr 2025 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see216

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see214

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see201

“Payız Əfsanələri 2025” İncəsənət Müsabiqəsi keçiriləcək FOTO

25 Oktyabr 2025 17:30see182

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see153

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see142

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see137

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see132

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see131

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see129

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see129

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see128

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see128

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see127

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see127

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see126

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see125

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see123

Misli Premyer Liqası: “Araz Naxçıvan” “Sabah”la üz üzə

25 Oktyabr 2025 09:32see122

Saxta şərabı necə seçmək olar?

26 Oktyabr 2025 02:02see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri