Icma.az
close
up
RU
Cizgi filmlərindəki bu görüntülər və səslər uşağın narahatlıq səviyyəsini artıra bilər Psixoloqdan AÇIQLAMA

Cizgi filmlərindəki bu görüntülər və səslər uşağın narahatlıq səviyyəsini artıra bilər Psixoloqdan AÇIQLAMA

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Müasir dövrdə uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilmiş cizgi filmlərində savaş, aqressiya, qorxu hissini yaradan səhnələr daha çox nümayiş etdirilir. Bəs aqressiya, zorakılıq və qorxu elementləri olan cizgi filmləri uşaqlarda hansı davranış dəyişikliklərinə səbəb ola bilər? Valideynlər uşaqların seyr etdiyi cizgi filmlərinin məzmununa nə dərəcədə diqqət yetirməlidirlər və nəyə əsasən seçim etməlidirlər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında psixoloq Pərvanə Musayeva bildirdi ki, müasir cizgi filmləri uşaqların təkcə əyləncə deyil, eyni zamanda psixoloji inkişafında önəmli rol oynayır:

"Xüsusilə zorakılıq, fiziki güc nümayişi və aqressiv davranışlar ehtiva edən süjetlər uşaqların davranışlarına birbaşa təsir edə bilər. Uşaqlar bu personajlara bənzəməyə çalışır və gördüklərini normallaşdırırlar. Məsələn, problemi zorla həll edən bir qəhrəman uşağın gözündə qəhrəmanlıq simvoluna çevrilə bilər. Bu da nəticə etibarilə aqressiv oyunlar, qəzəbli davranışlar və hətta empati çatışmazlığına gətirib çıxara bilər.

Bu tip filmlərdən sonra uşaqlarda bu dəyişikliklər müşahidə oluna bilər: Aqressiv və impulsiv davranışlar, başqalarına qarşı dözümsüzlük və ya fiziki zor tətbiqi, yuxu pozuntuları, kabuslar, qorxu, narahatlıq və tək qalmaq istəməmək, sosial bacarıqlarda geriləmə və empati çatışmazlığı və başqa pozuntular".

Psixoloq qeyd etdi ki, valideynlər izlənilən məzmunun uşağın yaşına və inkişaf səviyyəsinə uyğun olmasına xüsusi diqqət yetirməlidirlər.

"Filmlərdə zorakılıq yox, dostluq, paylaşma və empati kimi dəyərlər ön planda olmalıdır. Ayrıca, seçim zamanı bu meyarlar nəzərə alınmalıdır:

Yaş uyğunluğu: Filmin təqdim etdiyi vizual və emosional məzmun uşağın yaşına uyğun olmalıdır.

Pozitiv mesajlar: Hekayənin sonunda problemin zorla deyil, dialoqla və əməkdaşlıqla həll olunması.

Zərərsiz vizual və səs tərzi: Sürətli görüntülər və kəskin səslər uşağın narahatlıq səviyyəsini artıra bilər.

Birgə izləmə və izah: Valideynin uşaqlarla birgə film izləməsi və sonradan söhbət etməsi uşağın baxdığı məzmunu düzgün anlamağa yardım edir.

Uşaqların ekran qarşısında keçirdikləri vaxt məhdudlaşdırılmalı, alternativ olaraq yaradıcılıq və sosial bacarıqları gücləndirən fəaliyyətlərlə gündəlik zənginləşdirilməlidir. Cizgi filmləri tərbiyə vasitəsinə çevrilə bilər, sadəcə doğru seçilməlidir", - deyə Pərvanə Musayeva vurğuladı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 May 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri