Uşağını göstərmədiyi üçün keçmiş arvadına aliment ödəmədi HƏBS EDİLDİ
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Aliment borcunu ödəməyən şəxs həbs edilib.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, 40 yaşlı A.İsgəndərov Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə həbs edilib.
Buna səbəb İsgəndərovun boşandığı xanımına alimenti ödəməməsi olub. Bir qızı olan İsgəndərov daha əvvəl də aliment ödəmədiyi üçün 15 sutka həbs olunmuşdu. Onun 11 min manat aliment borcu yaranıb.
İsgəndərov fərdi ustalıqla məşğul olduğunu, aylıq qazanc əldə etdiyini deyib. Bildirib ki, keçmiş arvadı qızını ona göstərmirmiş, buna görə də İsgəndərov aliment ödəmirmiş.
Məhkəmənin hökmü ilə İsgəndərov 1 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Boşandığı iki qadına aliment ödəmədi HƏBS EDİLDİ
18 İyun 2025 19:36
3 il aliment ödəmədi: 11 min manat borc yığıldı HƏBS EDİLDİ
04 Aprel 2025 09:37
24 minlik alimenti ödəmədi ikinci dəfə həbs edildi
28 Fevral 2025 11:20
Bakıda keçmiş arvadına xəsarət yetirən taksi sürücüsü həbs edildi
18 Aprel 2025 18:36
Su pulunu ödəmədi belə cəzalandırıldı
18 Noyabr 2024 18:14

