Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

USAİD, Azadlıq və Amerikanın səsi nin gözlənilən sonu

USAİD, Azadlıq və Amerikanın səsi nin gözlənilən sonu

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Pərvanə SULTANOVA
[email protected]

ABŞ Prezidenti Donald Tramp Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ardınca "Azad Avropa/Azadlıq radiosu" və "Amerikanın səsi" radiosu ilə bağlı da qərarlar verib. Ağ Ev rəhbərinin martın 14-də imzaladığı fərman 7 federal qurumun ləğvini nəzərdə tutur ki, onların sırasında Qlobal Media Agentliyi (USAGM) də yer alır. Məlumat üçün bildirək ki, "Azadlıq", "Amerikanın səsi", "Azad Asiya" radiolarının fəaliyyəti Qlobal Media Agentliyinin ayırdığı vəsaitlə təmin edilib.

Amerikalı sahibkar İlon Mask hələ fevral ayında dövlət tərəfindən maliyyələşdirilən "Amerikanın səsi" və "Azadlıq" radiosunun bağlanmasını dəstəkləyib. O, ABŞ-nin Milli Kəşfiyyat İdarəsinin sabiq direktoru Rik Qrenellin bu mətbu orqanları "keçmişin qalığı" və "ultrasol aktivistlərlə dolu" adlandırdığı paylaşımı repost edərək "Bəli, onları bağlayın. Avropa artıq azaddır, bu KİV-i heç kim dinləmir və onlar "amerikalı vergiödəyicilərinin cibindən ildə 1 milyard dollar yeyirlər", yazıb.

Qrenell "Amerikanın Səsi" və "Azadlıq" radiosunu qərəzlilikdə ittiham edərək bu media platformalarının radikal solçuların meydanına çevrildiyini vurğulayıb.

Donald Trampın bu qərarları ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Onlardan biri də bu strukturların ABŞ-nin milli maraqlarına zidd fəaliyyət göstərmələri, eyni zamanda korrupsiya, mənimsəmə faktlarıdır. İlkin araşdırmalar zamanı həm USAID-in, həm də USAGM-ın böyük vəsaitləri aidiyyəti üzrə xərcləmədikləri, öz səlahiyyətlərinə aid olmayan fəaliyyətlərlə məşğul olduqları, korrupsiya əlamətləri aşkara çıxıb.

Onu da vurğulayaq ki, bu strukturların hər biri daim Azərbaycanla bağlı qərəzli kampaniya aparıb, "demokratik dəyərlər" adı altında düzgün olmayan məlumatlar yayıb, Qarabağ münaqişəsi və post-münaqişə dövründə ölkəmizə destruktiv yanaşma sərgiləyərək, işğalçıya dəstək veriblər. Azərbaycana qarşı əks təbliğat ötən ilin noyabrında ölkəmizdə keçirilən COP29 ərəfəsində və COP günlərində də davam edib.

Hətta "Azadlıq radiosu"nun Azərbaycan xidmətində bir sıra qadağalar tətbiq edilib. Məsələn, şərh yazmaq, şəxsi fikir ifadə etmək olmaz, "erməni işğalçılar" ifadəsini belə işlətmək olmazdı.

Rəsmi Bakı dəfələrlə bu strukturların antiazərbaycan mövqeyini tənqid edib.

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib: "Prezident Tramp Dövlət Departamentində belə bir addım atdı ki, USAID ləğv olundu, korrupsiyaya uğramış siyasətçi Robert Menendes də cəzalandırıldı. Amma o, sonuncu olmalı deyil. Yəni, necə deyərlər, bir qaranquşla bahar olmaz? Çünki onlar pulları onlardan alıb ciblərinə qoyurlar. Məsələn, cənab Adam Şif, cənab Frank Pallone, xanım Nensi Pelosi və bir çox digərləri. Onlar onilliklərlə erməni diaspor təşkilatlarından ABŞ-də o pulları alırdılar ki, Azərbaycana hücum çəksinlər, gözdən salsınlar".

Milli Məclisin deputatı Azər Allahverənov "525"ə şərhində əvvəlcə ABŞ administrasiyasının qərarlarını zəruri edən səbəblərə toxunub: "İstər USAID, istərsə də "Azadlıq radiosu" və "Amerikanın səsi" olsun, bunların bağlanması birmənalı şəkildə yeni administrasiyanın mövcud vəziyyətə bir qədər fərqli baxışının olmasından xəbər verir. Çünki faktiki olaraq Donald Tramp inaqurasiyadan sonra bu istiqamətdə çox ciddi radikal addımlar atmağa başladı, xüsusilə də fevral ayının əvvəllində USAID-in bağlanması ilə bağlı qərar verdi. Bunun da əsas səbəbi kimi göstərildi ki, bu agentliyin xətti ilə vəsaitlər ABŞ-nin maraqlarına zidd şəkildə xərclənir, israf olunur, xərclənmə zamanı müəyyən dələduzluq halları da müşahidə olunur. Burda bir növ pulların yuyulması üçün hansısa bir piramidanın olması barədə də fikirlər söylənilir. Ən azından nəzərə alsaq ki, məhz Donald Trampın qərarı ilə DOGE - Hökumətin Effektivliyinin Artırılması Departamenti yaradılıb. Onun da rəhbəri İlon Maskdır və o, USAID-in cinayətkar təşkilat olduğunu dilə gətirdi. Bu da göstərir ki, onun bağlanması geridönməz bir prosesdir. Bu tip cinayətkar fəaliyyətlə məşğul olan strukturlar öz fəaliyyətlərini dayandırmalıdır. Düzdür, sonrakı mərhələdə ABŞ-nin federal hakimi Teodor Çuan faktini olaraq USAID-in bağlanmasını blokladı, indi onunla məhkəmə araşdırması aparılmaqdadır.

Amma istənilən halda bu, birincisi onu göstərdi ki, həqiqətən də hüquqi baxımdan çox ciddi islahatların həyata keçirilməsinə ehtiyac var. Çünki hətta dövlətin maraqlarına zidd olan bu kimi fəaliyyət göstərən təşkilatlar ölkənin vəsaitini tamamilə qeyri-rasional şəkildə xərcləyərək müəyyən dairələrin maraqlarına xidmət edirlər. Bu da ölkənin milli maraqlarına cavab vermir. Buna bənzər vəziyyət "Azadlıq" və "Amerikanın səsi" radioları ilə bağlı da oldu. Ona görə ki, söhbət yenə dövlət vəsaitlərinin məqsədsiz xərclənməsindən gedir. Nəticə etibarilə bu iki radiostansiyanın əməkdaşlarının inzibati məzuniyyətə göndərilməsi, eyni zamanda vəsaitlərin dayandırılması, fəaliyyətində məhdudiyyətlərin tətbiq olunması onunla bağlıdır ki, zamanında, xüsusilə də soyuq müharibə dönəmində bu tip ruporlara ehtiyac var idi. Tramp hakimiyyətə ikinci dəfə gəldikdən sonra bu tip alətlərin olmasında elə də maraqlı deyil. Çünki hesab edir ki, bu qurumlar tamamilə başqa fəaliyyətlə məşğul olublar. Humanitar dəstək adı ilə USAID ölkələrin daxili işlərinə qarışıb, qeyri-ənənəvi dəyərlərin təbliğ olunması, ailə institutlarının dağıdılmasına yönəlik fəaliyyətlərin dəstəklənməsi kimi işlərlə məşğul idi. Artıq yeni bir şəraitdə bu tipli strukturların fəaliyyət göstərməsi ABŞ-nin xarici siyasət kursuna ziddir. Həmin vəsaitlər faktiki olaraq ABŞ-nin daha çox daxili ehtiyaclarının ödənilməsinə yönələ bilər ki, məhz bu səpkidə məsələyə münasibət bəslənilir. Bu və ya digər formada belə strukturların fəaliyyətində məhdudiyyətlərin tətbiq olunması, bir qisminin ümumiyyətlə dayandırılması başadüşüləndir və ABŞ-nin indiki daxili siyasətini, beynəlxalq müstəvidə həyata keçirdiyi fəaliyyətlərin müəyyən bir qisminin məhz daxili problemlərin aradan qaldırılmasına yönəlməsi baxımından, eyni zamanda həmin vəsaitlərin daxili problemlərə xərcləməsi də anlaşılandır. ABŞ-ni daha güclü görmək istəyən Tramp məhz beynəlxalq müstəvidə böyük, bəzi hallarda şübhə doğuran müəyyən o cinayətkar maliyyə sxemləri üzərindən xərclənən vəsaitlərin yuyulması və digər proseslərin qarşısının alnması üçün bu məhdudiyyətləri tətbiq edir. Həmçinin, zamanında hansısa məqsədlər üçün yaradılmış həmin o radiostansiyaların bundan sonra fəliyyətinə ciddi ehtiyac olmadığı dilə gətirilir və bu da ölkənin xarici siyasət kursu ilə bağlı olan məsələdir".

Deputat əlavə edib ki, bu strukturlar digər ölkələrə, o cümlədən Azərbaycana qarşı hər zaman təzyiq aləti rolunu oynayıblar. Xüsusilə də demoktarların dövründə bu ruporlardan çox ciddi şəkildə istifadə olunurdu: "Bu, özünü qarayaxma kampaniyalarında, qərəzli materiallarda, dövlətlərə yanaşmada ayrı-seçkilik münasibətində göstərirdi. Bunlar ABŞ-nin xarici siyasət müstəvisində maraqlarının hansısa bir formada tam şəkildə təmin olunmasına qarşı çıxan dövlətlərlə münasibətdə daha sərt qərarların verilməsinə xidmət edən strukturlar olublar. Bundan da daha çox əziyyət çəkən dövlətlərdən biri məhz Azərbaycan olub. Çünki 30 illik Ermənistan-Azərbaycan münaqişəsi dönəmində gördük ki, bu strukturlar hər zaman sözdə insan hüquqlarının qorunması, söz və ifadə azadlığından, demokratik dəyərlərin təbliğ olunması şüarları ilə tam əks olan bir siyasət yürüdürdülər. Münaqişənin qurbanı olan Azərbaycan, soyqırımına məruz qalan bizim xalqımız, torpağı işğal olunmuş, şəhərləri, kəndləri, qəsəbələri viran edilmiş, milyona yaxın insanın hüququ pozulan da Azərbaycan idi. Amma belə bir şəraitdə Azərbaycanı beynəlxalq ictimaiyyətin gözündə daha çox hüququ tapdalayan tərəf kimi göstərirdilər. Onların təsir etdikləri müəyyən mətbu orqanlar var idi ki, həmin siyasətin yürüdülməsində bilavasitə iştirak edirdilər. Nəticə etibarilə bu və ya digər formada haqlı olan Azərbaycanı hər zaman haqsız mövqedə göstərməyə çalışırdılar. Sübut olunmuş bir faktdır ki, USAID-in rəhbəri olmuş Samanta Pauer Ruben Vardanyandan külli miqdarda hədiyyə şəklində vəsait alıb. Erməni diaspor təşkilatlarının bu strukturlara sirayət etməsi, onlara təsir göstərmələri və digər məsələlər faktiki olaraq ABŞ kimi bir nəhəng dövlətin dövlət resurslarını özünün merkantil maraqlarının təmin olunmasına yönəltməyə nail olmuşdur. Həmin o lobbi qruplarının, diaspora təşkilatlarının tək Azərbaycanla deyil, digər ölkələrlə bağlı da buna bənzər proseslərinin şahidi olurduq. Azərbaycan hər zaman bu strukturların ölkəmizə qərəzli mövqeyini, çirkin kampaniya aparmalarını çox sərt şəkildə dilə gətirirdi. Bəlli idi ki, bu strukturların bu kimi fəaliyyəti gec, ya tez praqmatik qüvvələr tərəfindən dəyərləndiriləcəkdir və onlar bu mövqeləri, siyasətləri ilə bağlı çox ciddi cavablar verməli olacaqlar ki, artıq ABŞ-də bu strukturlarla bağlı gedən proseslər bir daha onu göstərir ki, cavab vermək vaxtı çatıbdır".

Deputat deyib ki, Trampın onlarla bağlı verdiyi qərarlar Azərbaycanda da çox böyük rəğbətlə qarşılanır: "Çünki on illiklərdir onların bu kimi fəaliyyətlərindən əziyyət çəkmişik. Hər zaman çox böyük resurslar, çox böyük iradə hesabına biz özümüzün haqlı olduğumuzu dünyaya çatdırmağa nail olmuşuq. Amma bizim qarşımızda hər zaman maneə törədən bu tip strukturlar, onların əlaltıları, təsir etdikləri beşinci kalon və digərləri olub".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:275
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Mart 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see350

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see277

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see265

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see262

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see253

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see239

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see236

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see219

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see215

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see210

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see202

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see202

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see193

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see191

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see184

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see182

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see180

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri