Icma.az
close
up
RU
USAID in, “Azadlıq radiosu” və “Amerikanın səsi”nin cavab vermək vaxtı çatıb Deputat

USAID in, “Azadlıq radiosu” və “Amerikanın səsi”nin cavab vermək vaxtı çatıb Deputat

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), “Azad Avropa/Azadlıq radiosu” və “Amerikanın səsi” radiosu digər ölkələrə, o cümlədən  Azərbaycana qarşı hər zaman təzyiq aləti rolunu oynayıblar. Xüsusilə də demoktarların  dövründə bu ruporlardan çox ciddi şəkildə istifadə olunurdu. Bu özünü qarayaxma kampaniyalarında, qərəzli materiallarda, dövlətlərə yanaşmada ayrı-seçkilik münasibətində göstərirdi".

Bu barədə 525.az-a Milli Məclisin deputatı Azər Allahverənov deyib.

Onun sözlərinə görə, bunlar ABŞ-nin xarici siyasət müstəvisində maraqlarının hansısa bir formada tam şəkildə təmin olunmasına qarşı çıxan dövlətlərlə münasibətdə daha sərt qərarların verilməsinə xidmət edən strukturlar olublar:

“Bundan da daha çox əziyyət çəkən dövlətlərdən biri məhz Azərbaycan olub. Çünki 30 illik Ermənistan-Azərbaycan münaqişəsi dönəmində gördük ki, bu strukturlar hər zaman sözdə insan hüquqlarının qorunması, söz və ifadə azadlığından, demokratik dəyərlərin təbliğ olunması şüarları ilə tam əks olan bir siyasət yürüdürdülər. Münaqişənin qurbanı olan Azərbaycan, soyqırımına məruz qalan bizim xalqımız, torpağı işğal olunmuş, şəhərləri, kəndləri, qəsəbələri viran edilmiş, milyona yaxın insanın hüququ pozulan da Azərbaycan idi. Amma belə bir şəraitdə Azərbaycanı beynəlxalq ictimaiyyətin gözündə daha çox hüququ tapdalayan tərəf kimi  göstərirdilər. Onların təsir etdikləri müəyyən mətbu orqanlar var idi ki, həmin siyasətin yürüdülməsində bilavasitə iştirak edirdilər. Nəticə etibarilə bu və ya digər formada haqlı olan Azərbaycanı hər zaman haqsız mövqedə göstərməyə çalışırdılar. Sübut olunmuş bir faktdır ki, USAID-in rəhbəri olmuş Samanta Pauer Ruben Vardanyandan külli miqdarda hədiyyə şəklində vəsait alıb. Erməni diaspor təşkilatlarının bu strukturlara sirayət etməsi, onlara təsir göstərmələri və digər məsələlər faktiki olaraq ABŞ kimi bir nəhəng dövlətin dövlət resurslarını özünün merkantil maraqlarının təmin olunmasına yönəltməyə nail olmuşdur. Həmin o lobbi qrupları, diaspora təşkilatlarının tək Azərbaycanla deyil, digər ölkələrlə bağlı da buna bənzər proseslərinin şahidi olurduq. Azərbaycan hər zaman bu strukturların ölkəmizə qərəzli mövqeyini, çirkin kampaniya aparmalarını çox sərt şəkildə dilə gətirirdi. Bəlli idi ki, bu strukturların bu kimi fəaliyyəti gec ya tez praqmatik qüvvələr tərəfindən dəyərləndiriləcəkdir və onlar bu mövqeləri, siyasətləri ilə bağlı çox ciddi cavablar verməli olacaqlar ki, artıq ABŞ-də bu strukturlarla bağlı gedən proseslər bir daha onu göstərir ki, cavab vermək vaxtı çatıbdır”.

Deputat deyib ki, Trampın onlarla bağlı verdiyi qərarlar Azərbaycanda da çox böyük rəğbətlə qarşılanır:

“Çünki on illiklərdir onların bu kimi fəaliyyətlərindən əziyyət çəkmişik. Hər zaman çox böyük resurslar, çox böyük iradə hesabına biz özümüzün haqlı olduğumuzu dünyaya çatdırmağa nail olmuşuq. Amma bizim qarşımızda hər zaman maneə törədən bu tip strukturlar, onların əlaltıları, təsir etdikləri beşinci kalon və digərləri olub”.

A.Allahverənov düşünür ki, istər USAID, istərsə də “Azadlıq” və “Amerikanın səsi” radioları olsun, bunların bağlanması birmənalı şəkildə yeni administrasiyanın mövcud vəziyyətə bir qədər fərqli baxışının olmasından xəbər verir. Çünki faktiki olaraq Donald Tramp inaqurasiyadan sonra bu istiqamətdə çox ciddi radikal addımlar atmağa başladı, xüsusilə də fevral ayının əvvəllərində USAID-in bağlanması ilə bağlı qərar verdi. Bunun da əsas səbəbi kimi o göstərdi ki, bu agentliyin xətti ilə vəsaitlər ABŞ-ın maraqlarına zidd şəkildə xərclənir, israf olunur, xərclənmə zamanı müəyyən dələduzluq halları da müşahidə olunur. Burda bir növ pulların yuyulması üçün hansısa bir pramidanın olması barədə də fikirlər söylənilir.

Deputat əlavə edib ki, humanitar dəstək adı ilə USAID ölkələrin daxili işlərinə qarışıb, qeyri-ənənəvi dəyərlərin təbliğ olunması, ailə institutlarının dağıdılmasına yönəlik fəaliyyətləırin dəstəklənməsi kimi işlərlə məşğul olub: “Artıq yeni bir şəraitdə bu tipli strukturların fəaliyyət göstərməsi ABŞ-nin xarici siyasət kursuna ziddir. Həmin vəsaitlər faktiki olaraq ABŞ-nin daha çox daxili ehtiyaclarının ödənilmısinı yönələ bilər ki, məhz bu səpkidə məsələyə münasibət bəslənilir”.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Mart 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri