Icma.az
close
up
RU
USAID terroru və LGBT ni dəstəkləyib

USAID terroru və LGBT ni dəstəkləyib

Xalq qazeti-dan alınan məlumata görə, Icma.az bildirir USAID terroru və LGBT ni dəstəkləyib.

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) təsis olunduğu gündən humanitar fəaliyyət ilə deyil, ölkəsinin müxtəlif lobbi təşkilatlarının maraqlarının ifadəçisi kimi tanınıb. Bu qərəzli qurum QHT-lərə, media mənsublarına maliyyələr ayırmaqla onları asılı vəziyyətə gətirib. Sonra öz maraqlarını həyata keçirməyə çalışıb. Ölkələrin daxilindəki proseslərə bu yolla təsir göstərib. Bunu deməyə ortaya çıxan sənədlər, faktlar əsas verir.

USAID Cənubi Qafqazda da pozucu fəaliyyəti ilə seçilib. O, müxtəlif yollarla ənənəvi dəyərləri dağıdaraq, üzdəniraq ideyaları təbliğ edib. Qonşu Gürcüstanda inqilab cəhdi də USAID-in məkrli planının tərkib hissəsi olub. 2020-ci ildə bu ölkədə keçirilən seçkilərin nəticələri ilə bağlı saxta hesabatlar hazırlanıb, seçkilərin saxtalaşdırıldığı iddia edilib. Qurum tərəfindən tez-tez maliyyələşdirilən Gürcüstan QHT-ləri ölkədə vəziyyəti gərginləşdirmək cəhdlərinə cəlb olunub. Nəticədə iqtidar müxalifət qarşıdurması pik həddə çatıb. Sonradan bu saxta iddiaların hamısı ifşa olunub.

Eyni proses 2024-cü il oktyabrın 26-da baş tutmuş parlament seçkiləri ilə bağlı da baş verib. Bununla bağlı Gürcüstanın Baş naziri İrakli Kobaxidze USAID tərəfindən maliyyələşdirilən “Beynəlxalq Ədalətli Seçkilər və Demokratik Cəmiyyət” (ISFED) QHT-ni nümunə gətirib.

İ.Kobaxidze iddia edib ki, 2020-ci il parlament seçkilərində təşkilat cəmiyyətdə iğtişaşlar törətmək məqsədilə səsvermənin nəticələrinin paralel hesablanmasında saxtakarlığa yol verib: “Siz indi də proseslərin necə inkişaf etdiyini görürsünüz. İnqilab cəhdlərinin önündə məhz xaricdən maliyyələşdirilən QHT-lər dayanır. Bunlar USAID, NED (Demokratiyaya Dəstək Milli Fondu) tərəfindən maliyyələşdirilən təşkilatlardır. Onları artıq ABŞ-ın yeni administrasiyası da açıq şəkildə tənqid edir”.

Kobaxidze yeni administrasiya dövründə ABŞ səfirliyinin, ilk növbədə, gürcü xalqına və Gürcüstan dövlətinə münasibətinin dəyişəcəyinə və səfirlik, USAID, NED və digər müvafiq strukturlar arasında mövcud olan çirkin koordinasiyaya son qoyulacağına ümid etdiyini deyib.

USAID-in Ermənistandakı fəaliyyəti də qərəzliliyi ilə seçilib. Bildirilib ki, Ermənistana maliyyə yardımının həcmi iki dəfədən çox – 120 milyon dollardan 250 milyon dollara qədər artırılacaq. Məlumata görə, vəsaitlər demokratik proseslər, regional əməkdaşlıq, fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi və s. kimi sahələrə yönəldiləcək. Rəsmi açıqlamalarda belə deyilir. Əslində, USAID-in Ermənistana ayırdığı vəsaitlərin böyük hissəsi başqa məqsədlərə yönləndirilib. Azərbaycan əleyhinə təbliğatın aparılması üçün istifadə edilib.

Deyə bilərik ki, ABŞ-ın Prezident Administrasiyasının USAID-in fəaliyyətini dayandırması haqqında qərarı təkcə bu təşkilatın fəaliyyət dairəsinin məhdudlaşdırılması deyil, eyni zamanda, Ermənistanın uzun illərdir beynəlxalq yardımlardan sui-istifadə etməsinin nəticəsi kimi qiymətləndirilməlidir.

Əlbəttə ki, ən çox qarayaxmalara məruz qalan ölkələrdən biri də Azərbaycandır. USAID dəfələrlə Azərbaycanı irqi ayrı-seçkilikdə ittiham edib, öz rəhbərinin dili ilə böhtanla dolu, humanitar fəaliyyətin ruhuna zidd olan bəyanatlar səsləndirib. Hazırda məhkəməsi gedən müharibə cinayətində təqsirləndirilənlərin azadlığa buraxılması və Ermənistanın hərbiləşdirilməsi barədə çağırışlar edib.

Bundan başqa, agentlik “vətəndaş cəmiyyətinə dəstək” adı altında bir sıra təxribatçı addımlar atıb. Ötən dövrdə təşkilatın ayırdığı 450 milyon dollar heç də yardım məqsədilə xərclənməyib.

Yerli mətbuatın araşdırmasına görə, bu təşkilat Azərbaycanda bir sıra KİV və QHT-lərin əsas donoru hesab olunur. Məsələn, qaçaqmalçılıqda ittiham olunan “Toplum TV”, “Abzas Media” üzvlərinin qrant aldığı təşkilatlar arasında USAID-in də adı xüsusi qeyd edilir. Bu qurum ABŞ–Azərbaycan münasibətlərinə ciddi zərər vurmaqla yanaşı, regionumuzda gərginlik yaratmağa çalışıb. Azərbaycan QHT-lərindən USAID ilə əlaqədar ABŞ Prezidenti Donald Trampa müraciətdə deyilir: “ABŞ vergiödəyicilərinin pulları USAID-in korrupsiya yeminə çevrilib, Bayden–Blinken administrasiyasının qara şəbəkəsinin formalaşdırılması üçün istifadə olunub. Azərbaycan–ABŞ münasibətlərinin itirilmiş illərinə çevrilən Bayden–Blinken dövründə Azərbaycan cəmiyyətində USAID-in ölkədən qovulması, fəaliyyətinin dayandırılması ilə əlaqədar çağırışlar, ictimai qəzəb də artan xətt üzrə güclənib. USAID qrantları Azərbaycanda da ənənəvi, milli-mənəvi dəyərlərə təhqir mahiyyəti daşımaqla, ABŞ-ın bölgədəki imicinə və strateji maraqlarına zərbə vurub.

İctimailəşdirilən faktlar göstərir ki, 1991-ci ildən USAID Azərbaycanda müxtəlif adlar altında layihələrə 410 milyon ABŞ dollarından artıq vəsait xərcləyib. Yeni faktlar hazırda aktiv olan 17 milyon dollarlıq ABŞ-ın müxtəlif qrant layihələrində Azərbaycanın da adının keçdiyini göstərir.

Ümid edirik ki, siz USAID-in Azərbaycandakı cinayətlərinə də nəzər salacaq, ayrılmış qrantların təftişinin aparılmasına göstəriş verəcəksiniz”.

Xatırlatmaq yerinə düşər ki, rəsmi Bakı dəfələrlə ermənipərəst təşkilatın anti-Azərbaycan mövqeyini, səsləndirdiyi bəyanatları sərt tənqid edib, ABŞ rəhbərliyinə bununla bağlı öz mesajlarını çatdırıb.

***

Qərb mediası açıq şəkildə yazır ki, USAID-dən MKİ əməkdaşları üçün “çətir” kimi istifadə olunub. “Bilirsiniz, MKİ 1947-1997-ci illər arasında 83 hökuməti devirdi. Bu, Yer üzündəki hökumətlərin üçdə biri deməkdir və onların əksəriyyəti demokratik idi”, – bunu kiçik Robert Kennedi deyib. O bildirib ki, agentlik bütün dünyada totalitarizmin və müharibənin pis yayıcısına çevrilib: “Bu əməliyyatların əksəriyyətində USAID Amerika kəşfiyyatı ilə çiyin-çiyinə işləyib”. Məsələn, Kubada bu qurum humanitar yardım göstərmək adı altında hökumətə qarşı genişmiqyaslı təxribat kampaniyası həyata keçirib. Xarici mətbuatın məlumatına görə, proqram iki əsas əməliyyatdan ibarət olub. Birincisi, rejim əleyhinə “ZunZuneo” adlı “sosial şəbəkə yaratmaq idi. İkincisi isə özünü turist və humanitar təşkilatın əməkdaşı kimi təqdim edən gizli agentlərin əlaqə saxladığı potensial dissidentləri işə cəlb etmək olub. Amerikalı agentlər adada kütləvi iğtişaşlar törətməyə cəhd edib. Bunula yanaşı, radikal sui-qəsdçilərin görüşləri İİV-in qarşısının alınması ilə bağlı seminarlar kimi maskalanıb.

USAID Boliviyada ölkə sakinlərini üsyana təhrik etmək üçün Evo Moralesin əleyhdarlarını maliyyələşdirib. Braziliyada agentlik sağçı amerikapərəst qüvvələrə üstünlüklər verəcək siyasi islahatlar üçün lobbiçilik edib. Bir-birinin ardınca rəngli inqilabların baş verdiyi Qırğızıstanda “demokratiyanın qorunmasına” milyonlarla dollar xərcləyib. BMT-də səsvermə zamanı ABŞ nümayəndələri USAID adından inkişaf etməkdə olan ölkələrin səfirlərini humanitar maliyyələşməni dayandıracaqları ilə açıq şəkildə şantaj ediblər. Bu ölkələrdən ABŞ-ın marağına uyğun səs vermələri tələb olunurdu. Bu, bir vaxtlar Yəmən ABŞ-ın anti-İraq qətnaməsini dəstəkləməkdən imtina edərkən baş vermişdi. Siyahını kifayət qədər uzatmaq da olardı. Bu siyasətdən ABŞ həm də qazanan tərəf oldu.

Onu qeyd edək ki, liberal “gündəm” dalğasında bəzi ölkələrdə amerikapərəst rejimlər hakimiyyətə gəldilər. Onlar Vaşinqtonun maraqlarına uyğun beynəlxalq siyasət yürüdüb, ABŞ korporasiyalarına yerli sakinlərdən milyardlarla dollar qazanmağa imkan verdilər.

***

Amerika büdcəsindən pullar, hətta terror təşkilatlarının maliyyələşdirilməsində istifadə olunub. Bunu, USAID-lə bağlı araşdırmalar ortaya çıxarıb. Belə ki, ABŞ-da qadağan olunmuş “Əl-Qaidə” terror təşkilatı ilə əlaqəli suriyalı silahlıların qidalanmasına vəsait ayrılıb. Təşkilatın gələcək lideri Ənvər əl-Avlakinin kollec təhsili tam şəkildə ödənilib. Həmin şəxs ABŞ kəşfiyyat orqanları tərəfindən 2001-ci il sentyabrın 11-də törədilən terror aktlarında, eləcə də 2000-ci illərin ikinci yarısında bir sıra hücumlarda iştirakda şübhəli bilinirdi. Sirrin üzə çıxmaması üçün terrorçu 2011-ci il sentyabrın 30-da Yəməndə ABŞ-ın pilotsuz uçuş aparatının endirdiyi zərbə nəticəsində öldürülüb.

Maraqlıdır, qlobal terrorizmlə mübarizəni əsas məqsədlərindən biri elan edən ABŞ hökumətinin nəzarətində olan bir qurum terrorçunu maliyyələşdirib. Bu cür maliyyələşdirmələrin həyata keçirilməsi isə ciddi suallar yaradır.

Həmçinin agentlik müxtəlif ölkələrdə gender və LGBT layihələrinə böyük həcmdə vəsaitlər ayırıb. Məsələn, Kolumbiyada transgender operasının maliyyələşdirilməsi, Peruda transgender komikslərinin hazırlanması, İrlandiyada LGBT mövzulu musiqili tamaşaların təşkil edilməsi, Qvatemalada cinsi dəyişiklik əməliyyatlarının dəstəklənməsi və inkişaf etməkdə olan ölkələrdə kontraseptivlərin (hamiləlik əleyhinə həblə) istifadəsi kimi layihələrə milyonlarla dollar ayrılıb. USAID-in ayırdığı vəsaitin bir hissəsi Serbiyada işçi kollektivləri və işgüzar dairələrdə gender bərabərliyinin təşviqinə və Əfqanıstanda narkotik maddələrin ixrac olunduğu rayonlara gübrələrin alınmasına yönəldilib. Bu sistem narkotik istehsalında daha çox istifadə olunub. Bunlara qarşı çıxmaq USAID tərəfindən sərt reaksiya ilə qarşılanıb. Məsələn, Gürcüstan parlamentinin LGBT təbliğatını və cinsiyyətin dəyişdirilməsini qadağan edən qanun layihəsini qəbul etməsi qurumun xoşuna gəlməmişdi.

Üzdəniraq qurumla bağlı bu faktlar yanvarın 20-dən bəri, yəni Tramp hakimiyyətə gəldikdən sonra üzə çıxanlardır. ABŞ rəsmilərinin açıqlamalarından isə aydın olur ki, USAID-in fəaliyyəti ilə bağlı araşdırmalar davam edəcək. Bu isə onu deməyə əsas verir ki, Bayden administrasiyası və Samanta Pauerin rəhbərlik etdiyi dövrdə USAID-in çirkin əməlləri ilə bağlı hələ çox faktlar üzə çıxacaq...

Pünhan ƏFƏNDİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://xalqqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ötən il gəmi bərələrlə daşınan sərnişin sayı 20 faiz artıb

17 Fevral 2025 19:54see128

Qanunsuz saxlanılan silah sursat götürülüb

18 Fevral 2025 10:35see127

Makron Trampla telefon danışığı aparıb

17 Fevral 2025 19:23see126

Ançelottinin aqibəti iki tituldan asılıdı

17 Fevral 2025 20:13see125

Zelenskini Ərdoğanın ayağına aparan SƏBƏBLƏR

17 Fevral 2025 22:44see123

BMT Ukrayna ilə bağlı görüşü diqqətlə izləyir

17 Fevral 2025 23:27see121

Çiynindən zədə alan Ceyhun Nuriyevin SON DURUMU

17 Fevral 2025 17:23see121

İngilis aparıcı, süni intellektlə xəbərlər “AnewZ”da nələr gördük?

18 Fevral 2025 09:59see120

Nazirlik əməkdaşı özünü güllələdi

17 Fevral 2025 15:30see120

525 ci qəzet Feminizm günəşi qürub edir Günel Musa yazır

17 Fevral 2025 17:02see120

ABŞ də yaşı 300 ü keçən insanlar aşkarlandı

18 Fevral 2025 03:32see120

Azərbaycan ötən ay neft ixracını 2,4 dəfə artırdı KONKRET

17 Fevral 2025 18:18see119

Ukraynanın NATO ya qoşulması qurumu birbaşa Rusiya ilə qarşıdurmaya sürükləyə bilər Analitik

17 Fevral 2025 18:24see119

NAZİRLİK MƏNİM 34O MANAT MAAŞIMA GÖZ QOYUB 58 yaşlı tənha qadın işdən qanunsuz olaraq çıxarılıb

18 Fevral 2025 12:48see119

Öz oyunumdan məmnun qalmadım, amma çempionat möhtəşəm keçdi Qrossmeyster Aydın Süleymanlı ilə eksklüziv MÜSAHİBƏ

17 Fevral 2025 16:53see118

Papanın vəziyyəti kritikdir: xəstəxanada qalacaq

17 Fevral 2025 17:37see118

Tayvan ABŞ dən silah almaq imkanını nəzərdən keçirir KİV

17 Fevral 2025 23:39see117

Ürək sağlamlığı üçün həkimlər bunları TÖVSİYƏ EDİR

18 Fevral 2025 06:02see115

Çempionlar Liqası: Milan Feyenoord u, Bavariya Seltik i qəbul edir

18 Fevral 2025 10:09see115

“Predo 99 Sevinc Gətirir” lotereya kampaniyasının avtomobilinin qalibi müəyyən olundu

17 Fevral 2025 17:27see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri