Icma.az
close
up
RU
Uşakov: Görüş üçün hazırlıq görülür

Uşakov: Görüş üçün hazırlıq görülür

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

Uşakov bu barədə yerli mətbuata açıqlama verərkən diqqətə çatdırıb ki, liderlərin görüşünün reallaşması məqsədilə hazırda konkret işlər görülməkdədir. Onun sözlərinə əsasən, görüş üçün təklif Vaşinqtondan gəlib.
"Tədbirin gələn həftə ərzində keçirilməsi variantı nəzərdən keçirilib. Bu varianta müsbət yanaşırıq", - deyən köməki vurğulayıb ki, ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof dünən Kremldə Vladimir Putinlə görüşərkən ABŞ, Rusiya və Ukrayna prezidentlərinin üçtərəfli görüşü təklifini irəli sürüb. Halbuki Moskva "ikitərəfli sammitin keçirilməsini daha məqbul sayaraq" bu təklifə şərh verməyib.
Tramp və Putin gələn həftə görüşə bilərlər
Britaniyanın "The Guardian" qəzeti, ABŞ-nin "The New York Times" qəzeti və "CNN" telekanalı kimi nüfuzlu media orqanları da, öz mənbələrinə istinadən, gələn həftə Donald Trampla Vladimir Putin arasında görüşün baş tuta biləcəyi məlumatını yayıb. Eyni zamanda, Donald Tramp öz elçisinin Rusiyaya səfərini və apardığı danışıqları "Ukraynada müharibənin həlli istiqamətində "böyük irəliləyiş" adlandıraraq, bu xəbəri təsdiqləyib.
Hərçənd görüşün harada və nə vaxt keçiriləcəyi barədə hələlik rəsmi təfərrüat açıqlanmayıb. Belə bir görüş reallaşarsa, bu, sabiq prezident Co Bayden ilə Vladimir Putin arasında 2021-ci ilin 16 iyununda İsveçrənin Cenevrə şəhərində aparılmış danışıqların ardınca ilk ABŞ-Rusiya liderlər sammiti kimi tarixə düşəcək.
Xatırladaq ki, ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof dünən Moskvada Prezident Vladimir Putinlə görüşüb. Onlar mətbuata qapalı surətdə təqribən 3 saat söhbətləşiblər. Xüsusi nümayəndənin səfəri ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə verdiyi "möhlət" fonunda baş tutur. Belə ki, Tramp Putinin qarşısında şərt qoyub: cümə günü möhlət başa çatdıqca o, Ukraynada atəşkəsə razılıq verməlidir, əks təqdirdə, Moskva ağır sanksiyalarla üzləşəcək.
Firudin Həmidli
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azvision.az
archiveBu xəbər 07 Avqust 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see335

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see319

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see259

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see237

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see226

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see221

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see215

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see213

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see207

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see184

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see182

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see179

Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır

24 Avqust 2026 13:23see175

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see170

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see164

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see164

Qarabağın bərpasında ilk kömək edən ölkə... Prezident

24 Avqust 2026 01:00see163

Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək

24 Avqust 2026 01:34see151

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see150

Polşa ordusu üçün minlərlə “Piorun” zenit raket kompleksi alacaq

24 Avqust 2026 07:23see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri