“Uşaq Avroviziyası 2025” müsabiqəsində Azərbaycan özünə səs verə biləcək
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2025-ci il “Uşaq Avroviziyası” Mahnı Müsabiqəsinin onlayn səsverməsi dekabrın 13-də rəsmi olaraq start götürür.
Globalinfo.az xəbər verir ki, bu müsabiqədə tamaşaçılar öz ölkəsinə də səs verə biləcək.
Bununla yanaşı, bütün dünya ölkələrinin nümayəndələri heç bir məhdudiyyət olmadan səsverməyə qoşulacaqlar.
Səsvermə tamamilə ödənişsizdir və bütün izləyicilər jesc.tv platforması üzərindən səs verə bilərlər. Qaydalara əsasən, hər bir tamaşaçı 3 ölkəyə səs verməlidir və bu seçimlərdən biri, şübhəsiz ki, Azərbaycan ola bilər.
Səsvermə iki mərhələdə həyata keçiriləcək:
Birinci mərhələ 12 dekabrdan 13 dekabra keçən gecə Bakı vaxtı ilə 00:00-dan başlayaraq 13 dekabr saat 19:59-dək davam edəcək.
İkinci mərhələ dekabrın 13-də canlı şoudakı son ifadan dərhal sonra başlayacaq və təxminən 15 dəqiqə aktiv olacaq.
Hər iki mərhələdə Azərbaycan nümayəndəsinə dəstək göstərmək mümkündür.
Azərbaycanı təmsil edən 12 yaşlı Yağmur izləyicilərə müraciət edərək hamını səsvermədə fəal iştirak etməyə çağırır:
“Dəstəyiniz mənim üçün çox önəmlidir. Bu müsabiqədə Azərbaycanın özünə səs vermək imkanı var və hər kəsi jesc.tv saytına daxil olub Azərbaycanı və iki digər ölkəni seçməyə dəvət edirəm.”
“Uşaq Avroviziyası 2025”in finalı dekabrın 13-də baş tutacaq və yekun nəticələrin 50%-i tamaşaçı səsverməsi əsasında müəyyən olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 11 Dekabr 2025 19:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















