Icma.az
close
up
RU
Uşaq bir yaşda ən azı neçə söz deməlidir? Loqoped açıqladı

Uşaq bir yaşda ən azı neçə söz deməlidir? Loqoped açıqladı

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Ölkəmizdə gec dil açan və danışıq problemi yaşayan uşaqların sayı gündən-günə artmaqdadır.

Əsasən, oğlan uşaqlarında meydana çıxan bu problemi çox vaxt valideynlər etinasızlıqla qarşılayaraq, “öz-özünə düzələcək”, “onun atası da gec danışıb”, “oğlan uşaqları gec dil açır” deyib, uşağı həkimə aparmaqdan yan keçirlər.

Medicina.az uşaqların hansı səbəblərdən gec dil açmaları və bunun aradan qaldırılma yolları haqda defektoloq-loqoped Nərmin Vəliqızına bir sıra suallar ünvanlayıb:

- Uşaqlarda nitq qüsurları hansı səbəblərdən yaranır?

- Uşaqlarda müşahidə olunan gec dil açma və danışıq geriliyi bir sıra nevroloji problemlərin, o cümlədən, autizm xəstəliyinin əlaməti kimi ortaya çıxır. Baş beyinin inkişaf qüsurları zamanı nitq mərkəzinin də inkişafdan qalması halında gec dil açma və ya dildə danışıq qüsurları yaranır.

Vaxtında üstünə düşülərsə, yəni iki yaşından defektoloq-loqopedə müayinə edilərək müalicəyə başlanarsa, o zaman uşaqda yaşanan bu problemləri vaxtında aradan qaldırmaq mümkündür.

- Danışıq problemləri neçə yaşına qədər müalicə ilə aradan qaldırıla bilər?

- Analar çox diqqətli olmalı, övladlarının səhhəti ilə maraqlandıqları kimi onların danışıq qabiliyyətlərini də yaxından təqib edərək, bir şübhə yarandığı halda həkimə müraciət etməlidirlər. Çünki danışıq geriliyi olan iki yaşında bir uşağı müalicə etmək bu problemdən əziyyət çəkən altı yaşlı uşağı müalicə etməkdən daha rahat olur.

Belə olduqda qısa zamanda uğurlu nəticə əldə etmək mümkündür. Bir yaşda uşağın lüğət ehtiyatında ən az 10 söz olmalıdır. Bu sözlərə ana, ata, gəl, get, apar, gətir və s. misal çəkmək olar. Valideynlər fikir verməlidirlər: əgər uşaq bir yaşını tamam edərək iki yaşına doğru irəlilədikcə söz ehtiyatı artmır və uşaq əlavə sözlərdən istifadə etmirsə, o zaman vaxt itirmədən loqoped həkimə müraciət etməlidirlər.

Bu qüsurun aradan qaldırılması isə nitq geriliyinin ağır, orta və yaxud yüngül formada olmasından asılı olaraq həkim tərəfindən müalicə metodları təyin edilir. Əgər uşaqda yüngül nitq geriləməsi varsa, o zaman 2-3 ay içərisində intensiv məşğul olmaqla tam nəticə əldə etmək mümkündür.

- Uşaqlarda dil-dodaq qüsurları səbəbindən nə kimi danışıq pozğunluqları yarana bilər? Bunları aradan qaldırmaq mümkündürmü?

- Bir çox hallarda kəllə-beyin təzyiqi ilə doğulmuş uşaqlarda dil gərginliyi olur ki, bu zaman onlar danışmaqda çətinlik çəkirlər, sözləri düzgün tələffüz edə bilmirlər. Bu problemləri loqoped həkimlər müxtəlif alətlərin köməyilə dil kökünü və dilin özünü masaj edərək yumşaldır. Və ya bir sıra dil gimnastikaları da var ki, bu hərəkətlər də dilin əzələsində olan gərginliyi aradan qaldıraraq, onun elastikliyini bərpa edir.

Bundan əlavə, uşaqlarda anadangəlmə dovşandodaqlıq müşahidə oluna bilər ki, bu zaman da  danışıq problemi yaranır. Bu xəstəliyi yalnız cərrahi əməliyyat vasitəsilə aradan qaldırmaq mümkündür. Əməliyyatla uşağın dodağı normal vəziyyətinə qaytarıldıqdan sonra artıq defektoloq-loqoped uşağı müalicə etməli, bir sıra masajların köməyilə nitqdə yaranmış qüsurları aradan qaldırmalıdır.

- Baş beyində olan nitq mərkəzinin zədələnməsi uşağın nitq qabiliyyətinə təsir edə bilərmi?

- Uşaqlarda nitq geriləmələri və ya nitq qüsurlarının əsas səbəbləri hamiləlik vaxtı ana bətnində olan dölün oksigen çatışmazlığına məruz qalması, doğuş zamanı yaşanan travmalar, periferik nitq aparatının zədələnməsi, baş beyinin inkişafına bağlı olaraq nitq mərkəzində geriləmə kimi hallar müşahidə edilir.

Baş beynin zədələnməsi zamanı da nitq pozğunluğu, nitqin təmamilə itirilməsi kimi hallar yaşana bilər. Lakin hətta autizm xəstəliyindən əziyyət çəkən uşaqlarda belə defektoloq-loqoped həkimlərin köməyilə danışığı bərpa etmək və inkişaf etdirmək mümkündür.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 05:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri