Icma.az
close
up
RU
Uşaq danışmır, ətrafdakılarla ünsiyyətə girmirsə... AUTİZMin simptomları və müalicəsi

Uşaq danışmır, ətrafdakılarla ünsiyyətə girmirsə... AUTİZMin simptomları və müalicəsi

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Autizm ətraf aləmin dərk etməsinin və digər insanlarla ünsiyyət qurmasının pozulması ilə xarakterizə olunan xəstəlikdir.

Hollivudun məşhur "Yağış adamı" filmində əsas qəhramanlardan biri autizmdən əziyyət çəkən insandır. Bu filmdə autizm, onun simptomları və tazahürü çox dəqiqliklə əks etdirilib.

Saglamolun.az bildirir ki, autizmin inkişaf etmə səbəbləri tibbdə hələ ki qədiq müəyyən edilməyib. Ən real səbəb hamiləlik zamanı anada virus infeksiyanın olması sayılır. Həkimlərin müşahidələrinə görə, autizm bir çox hallarda hamiləlik zamanı qızılca, məxmərək, suçiçəyi keçirilmiş anaların uşaqlarında inkişaf edir.

Autizmi olan insanların baş beyində müəyyən orqanik pozulmalar müşayiət olunur. Oğlanlarda qızlarla müqayisədə bu xəstəliyə daha tez-tez hallarda rast gəlinir.

Autizmin bir neçə forması var. Xəstəliyin yüngül formasında uşaqda xəstəliyin simptomları az gözə çarpır, ağır formasında isə uşaq digər insanlarla heç bir əlaqəyə girmir.

Adətən bu xəstəliyin diaqnozu uşağa 3 yaşından sonra qoyulur. Bu zaman autizmi olan uşağın adi uşaqla olan fərqi daha gözəçarpan olur. Adətən valideynlər ilk dəfə həkimlərə bu kimi şikayətlərlə müraciət edir: uşaq digər uşaqlarla oynamır, danışmır, onun üçün yeni olan şəraitdən qorxur və s.

Xəstəliyin diaqnozu nə qədər tez qoyularsa, uşağın ətraf aləmələ uyğunlaşması da o qədər müvəffəqiyyətli olacaq.

Autizmin ilk əlamətləri uşağın 3 ayında üzə çıxmağa başlayır. Lakin bu yaşda heç bir həkim dəqiq diaqnoz qoya bilməz.

3 ayında olan adi uşaq tanış adamları, xüsusilə ananı, görəndə sevinir, gülümsəyir. Autizmi olan uşaq heç kimi tanımır, gülümsəmir, ananın döşündən imtina edir və ya çox zəif əmir, uşaqda yuxusuzluq olur (uşaq uzun müddət oyaq qalır, sakit uzanır, ağlamır, onun gözləri açıqdır). Sağlam uşaq ananın qucağında olduqda, anaya sıxılır, autizmi olan uşaq isə əksinə belini əyir və ana onu sinəsinə sıxa bilmir.

Daha böyük uşaqlar öz çarpayıda oturanda uzun müddət ərzində bir tərəfdən o biri tərəfə yellənir və bu zaman ətrafda baş verənlərə fikir vermir.

Bir çox hallarda valideynlər autizmi olan uşaqda eşitmə qabiliyyətinin zəif olmasından və ya uşağın kar olmasında şübhələnərək (uşaq öz adını eşidəndə, güclü səslər eşidəndə heç bir reaksiya vermir) həkimə müraciət edirlər. Lakin belə uşaqlarda eşitmə ilə heç bir problem yoxdur. Bu uşaqlar özləri üçün özünəməxsus aləm yaradır və sanki bu aləmdə yaşayırlar. Bu səbəbdən belə uşaqlar xarici aləmin qıcıqlandırıcılarına əksər hallarda heç bir reaksiya vermir (bu qıcıqlandırıcılar onlara diskomfort verməyənə kimi) .

Autizmi olan uşaqların nitq inkişafı da gecikir. Adətən onlar yalnız 2 yaşından sonra danışmağa başlayır. Bu uşaqların nitqi də qeyri-adidir. Danışmağa başlayandan bu uşaqlar dərhal söz və cümlələrdən istifadə edir, böyüklərdən eşidtiyi sözlərini dəqiq şəkildə təkrarlayır, yalnız bir dəfə eşidtiyi mahnı və ya şeyiri asanlıqla təkrar edirlər.

Autizmi olan uşaqlar digər uşaqlarla deyil, böyüklərlə ünsiyyət qurmağa üstünlük verir. Lakin bu "ünsiyyət" də çox zəif olur ki, belə uşağın diqqətini cəlb etmək olduqca çətindir.

Autizmi olan uşaqların əsas kliniki əlaməti digər insanlarla ünsiyyətə girməməsidir. Bu uşaqlar ətrafda olan insanları sanki görmürlər. Onların diqqətini yalnız onlara hər hansı işdə mane olmaqla cəlb etmək olur. Uşaq kollektivlərdə autistlər hər zaman tək oynayır, digər uşaqlara fikir vermirlər.

Autizmi olan uşaqlar ətrafda olan şərait dəyişilməsinə çox həssas olur. Hər hansı əşyanın, mebelin və s. yerinin dəyişilməsi bu uşaqlara çox ağır təsir edir, onları çaşdırır, onlar bilmir, hara getsin, nə ilə məşğul olsunlar. Belə uşaqlar ananın uzun müddət ərzində olmamasına fikir verməyə bilərlər, lakin hər hansı xırda əşyanın yerində olmamasına mütləq fikir verəcəklər.

Autizmi olan uşaqlar bir çox hallarda güclü səsləri, musiqini, toxunuşları xoşlamır və bu qıcıqlandırıcılar onlarda ən qəribə reaksiyalara səbəb ola bilər.

Bu xəstəliyin müayinəsi və müalicəsi ilə həkim psixiatr məşğul olur. Autizmin müalicəsi çox çətin və uzunmüddətli prosesdir. Uşağın valideynləri ağır və hər zaman lazım olan nəticə verməyən mübarizəyə hazır olmalıdırlar. Əsas müalicə üsulu psixoterapiya və sosial adaptasiyadır.

Autizmi olan uşağın müalicəsində hansı qaydalara əməl etmək lazımdır?

1. Təcrübəli psixiatrı seçin. Həkimi dəyişməyin, bu yalnız xəstənin vəziyyətinin pisləşməsinə gətirib çıxardacaq.

2. Autizmi olan uşağın müalicəsi yalnız həkimin deyil, bu uşağın bütün ailəsinin işidir. Müalicə evdə, çöldə, uşaq bağçasında və s. davam edir.

3. Autizm xəstəliyi olan uşağın müalicəsi daim təkrarlanmaqdan ibarətdir. Hər gün eyni hərəkəti (məsələn, köynəyi düymələmək) təkrar etmək lazımdır. Hətta uşaq hər hansı  vərdişi öyrəndikdə, vaxtaşırı olaraq onu təkrarlamaq lazımdır ki, uşaq bu vərdişləri unuda bilər.

4. Uşağın gününü dəqiqliklə planlaşdırmaq lazımdır. Uşaq hər zaman hər hansı işi və s. bitirdikdən sonra nə ilə məşğul olduğunu (növbəti iş və s.) bilməlidir. Belə dəqiq plan olmadıqda, uşaq özünü itirir.

5. Uşağı əhatə edən mühit dəyişilməməlidir. Bütün əşyalar daim eyni yerlərdə qalmalıdır.

6. Uşağın diqqətini cəlb etməyə çalışın. Bunun üçün uşağı bir neçə dəfə çağırın. Səsinizi qaldırmayın. Uşağın adını eyni intonasiya ilə o vaxta kimi təkrarlayın, ki uşaq sizə fikir versin. Uşağı vurmaq və ya zorla sizə fikir verməyə məcbur etmək olmaz.

Hər bir konkret halda müalicənin müddəti və nəticəsi fərqlidir. Möcuzə gözləməyin, gözləməyin ki, 1 aylıq müalicədən sonra uşağınız tam normal olacaq. Autizmi olan uşaqların müalicəsi onların ömrünün sonuna kimi fasiləsiz davam edir.

Bəzi uşaqlarda müsbət dəyişikliklər 2-3 həftədən sonra müşahidə olunmağa başlayır, 6-8 aydan sonra uşaq artıq kontakta girir, suallara cavab verir və s. Bəzi hallarda isə hətta bir neçə illik müalicə heç bir effekt vermir.

Mənbə: Həkim-pediatr Litaşov M.V. (www.7gy.ru)

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 06:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri