Icma.az
close
up
RU
Uşaq doğulandan sonra ər arvad münasibəti Sevgi ölür ?

Uşaq doğulandan sonra ər arvad münasibəti Sevgi ölür ?

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Uşaq dünyaya gəldikdən sonra bəzi ailələrdə gözlənilməz dəyişiklik baş verir: sanki ər və arvad “yox olur”, onların yerini isə yalnız ana və ata rolları tutur. Mütəxəssislər bu vəziyyəti valideyn tələsi adlandırır və bildirirlər ki, azyaşlı uşağı olan cütlüklərin təxminən 80%-i bu mərhələdən keçir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki. psixoloqların sözlərinə görə, əsas problemlər bir neçə tipik səhvdən qaynaqlanır.

Birinci səhv – cütlük olmağı unutmaq

Valideynlər bütün enerjini uşağa yönəldir, münasibətlər isə arxa plana keçir. Nəticədə tərəflər arasında emosional bağ zəifləməyə başlayır.

İkinci səhv – hər şeyin öz-özünə düzələcəyini gözləmək

Uşaq böyüyəcək, hər şey yaxşı olacaq düşüncəsi geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, uşağın qrafiki ilə yaşamaq və bir-birini görməməzlikdən gəlmək tez bir zamanda vərdişə çevrilir.

Psixoloqlar cütlüklərə məsləhət görür ki, yalnız özlərinə aid olan vaxt ayırsınlar. Məsələn, uşaq yatdıqdan sonra yarım saat belə olsa, telefonsuz və gündəlik qayğıları müzakirə etmədən birlikdə vaxt keçirmək münasibət üçün vacibdir.

Üçüncü səhv – yaxınlığı sevginin sübutu kimi tələb etmək

Doğuşdan sonrakı dövrdə yorğunluq, hormonal dəyişikliklər və yuxusuzluq libidonu azalda bilər. Seksuoloqlar bildirir ki, ilk ildə hər iki tərəfdə istəksizlik normaldır.

Eyni zamanda vurğulanır ki, yaxınlıq yalnız fiziki münasibət demək deyil. Qucaqlaşmaq, söhbət etmək, sakit bir çay içmək də emosional bağın qorunmasına kömək edir.

Dördüncü səhv – narazılığı içində saxlamaq

“Sən kömək etmirsən”, “mən hər şeyi tək edirəm” kimi fikirlər münasibətdə gərginlik yaradır. Mütəxəssislər hesab edir ki, sakit və səmimi söhbət qışqırıqdan da, susmaqdan da daha effektivdir.

Beşinci səhv – qadın və kişi rolunu unutmaq

Cütlüklər yalnız valideyn rolunda qalanda münasibət zəifləyir. Psixoloqlar bildirir ki, uşaqlarsız görüşlər zəruri ehtiyacdır. Hətta həftədə bir dəfə qısa müddətlik də olsa, birlikdə vaxt keçirmək vacibdir.

Araşdırmalar göstərir ki, uşağın doğulmasından sonra evlilik məmnuniyyəti azalır, lakin uşaqlar böyüyüb evdən ayrıldıqda yenidən yüksəlir. Bu dövrdə münasibətini qoruyan cütlüklər isə böhranı daha asan keçirir və tərəfdaş olaraq qalırlar.

Mütəxəssislər tövsiyə edir ki, hisslər haqqında danışın, yalnız gündəlik işlərdən yox, məsuliyyəti ədalətli bölüşdürün, bir-birinizi başqalarının yanında dəstəkləyin, münasibətinizi uşaqlardan əvvəlki dövrlə əlaqələndirməyi unutmayın.

Sonda vurğulanır ki, uşaqlar münasibətləri dağıtmır. Əksinə, problem onların hər şeydən daha vacib olduğu düşüncəsindən yaranır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 Aprel 2026 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri