Icma.az
close
up
RU
Uşaq olandan sonra niyə sevgi bitir ? AÇIQLAMA

Uşaq olandan sonra niyə sevgi bitir ? AÇIQLAMA

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Uşaq dünyaya gəldikdən sonra ailə münasibətlərində müəyyən psixoloji və emosional dəyişikliklərin baş verməsi tez-tez müşahidə olunan hallardan biridir. Bəzi qadınlarda bu dövrdə həyat yoldaşına qarşı yaxınlıq və emosional bağlılığın azalması kimi hallar ortaya çıxa bilər. Bu dəyişikliklər hormonal proseslər, yorğunluq, gündəlik məsuliyyətlərin artması və psixoloji adaptasiya kimi müxtəlif amillərlə bağlı ola bilər. 
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən psixoloq Sibel Piriyeva bildirib ki, uşaq dünyaya gətirən qadınlarda doğuşdan sonra bəzi hallarda postpartum depressiya müşahidə olunur. 
"Postpartum depressiya doğuşdan sonra yaranan depressiv vəziyyətdir. Bu hal adətən doğuşdan sonra ilk həftələrdə başlayır və bir neçə həftə davam edə bilər. Lakin bəzi hallarda aylarla davam etdikdə artıq müalicə və psixoloji terapiyaya ehtiyac olduğunu göstərir. Bu dövrdə qadınlarda yorğunluq, şişkinlik, enerjisizlik, özünü dəyərsiz hiss etmə, motivasiyanın azalması kimi hallar müşahidə olunur. Eyni zamanda, bəzi analar körpə ilə emosional bağ qurmaqda çətinlik çəkirlər. Bəzən uşağı qucağa almaqdan çəkinir, hətta mövcud vəziyyətlərinə görə özlərini və ya körpəni günahkar hesab edə bilirlər. Bu hallar əsasən hormonal dəyişikliklərlə bağlıdır. Doğuşdan sonra estrogen və progesteron hormonlarının səviyyəsi kəskin şəkildə aşağı düşür və bu da psixofizioloji dəyişikliklərə səbəb olur".
Psixoloq bildirib ki, əgər bu vəziyyət aylarla davam edərsə, mütləq şəkildə psixoloji dəstəyə və terapiyaya ehtiyac yaranır:
"Belə psixoloji vəziyyətdə olan qadının həyat yoldaşı ilə emosional və ya fiziki yaxınlıq göstərməsi də çətinləşir. Çünki bu dövr qadın üçün son dərəcə həssas sayılan lohusalıq mərhələsidir. Bu səbəbdən həyat yoldaşına qarşı diqqətin azalması müəyyən qədər təbii hal kimi qiymətləndirilə bilər. Əslində hamiləlik və uşaq planlaşdıran cütlüklərin bu prosesə əvvəlcədən hazırlaşması vacibdir. Bir çox ölkələrdə cütlüklər planlı şəkildə valideyn olmağa hazırlaşır, mütəxəssis dəstəyi alır və valideynlik məsuliyyətləri barədə əvvəlcədən məlumatlandırılır. Bəzi böyük və tanınmış hospitallarda doğuşdan əvvəl cütlüklər üçün maarifləndirici görüşlər keçirilir və onlara doğuşdan sonrakı dövrdə qarşılaşa biləcəkləri psixoloji vəziyyətlər izah olunur. Lakin bu təcrübə daha çox özəl tibb müəssisələrində mövcuddur və dövlət tibb müəssisələrində geniş şəkildə tətbiq olunmur".
Onun sözlərinə görə, bu dövrdə kişilərin anlayışlı olması və həyat yoldaşlarına daha çox dəstək göstərməsi xüsusilə vacibdir:
"Zahılıq mərhələsində qadının həm həyat yoldaşının, həm də ailə üzvlərinin dəstəyinə ehtiyacı olur. Kommunikasiya problemi isə adətən tərəflər bir-birini dinləmədikdə və anlamadıqda yaranır. Əgər cütlüklər arasında anlayış və empatiya varsa, ünsiyyət prosesində ciddi çətinliklər yaşanmır. Lakin bəzi hallarda, xüsusilə Azərbaycanda bəzi kişilərin doğuşdan sonra qadına münasibəti dəyişir. Onlar həyat yoldaşlarını artıq daha çox ana rolunda görür və nəticədə münasibətdə emosional və fiziki yaxınlıq azala bilir. Bu isə doğru yanaşma deyil. Qeyd etmək lazımdır ki, bu fikir bütün kişilərə aid deyil, lakin müəyyən hissəsində belə yanaşma müşahidə olunur".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Mart 2026 22:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri