Icma.az
close
up
RU
Uşaq ekranı boş qalıb: “Bizim balalar Maşanın nağılları ilə böyüyür”

Uşaq ekranı boş qalıb: “Bizim balalar Maşanın nağılları ilə böyüyür”

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

"Uşaqlar üçün maraqlı, maarifləndirici proqramlar demək olar ki, yoxdur. Milli cizgi və bədii filmlər isə ya köhnədir, ya da baxılası deyil. Kitablar da uşağın marağını cəlb etmir - nə dilində cazibə var, nə də məzmununda öyrədicilik. Televiziyada faktiki “ARB Günəş” var, amma o da müasir uşağın zövqünə və informasiya vərdişlərinə cavab vermir".

Moderator.az Moderator.az-a istinadən bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib.

O qeyd edir ki, Rusiya və Türkiyədə uzun illərdir uşaqlar üçün bütöv media mühiti yaradıblar: "TV kanallar, sosial şəbəkə kontenti, cizgi qəhrəmanları, interaktiv tədris süjetləri. Azərbaycanda isə problem təkcə kanalın olmaması deyil, idarəetmə və məzmun dizaynıdır".

Mütəxəssisin fikrincə, dövlət sifarişi, qrant mexanizmləri və peşəkar ssenari müəllifləri ilə bu sahə yenidən qurulmalıdır:

"Uşağı ekranda saxlayan “rəngli səhnə” deyil, ağılla qurulmuş hekayədir. Əgər bu hekayəni biz yazmasaq, uşaqlarımız başqalarının hekayəsi ilə böyüyəcək".

Niyə bu gün Azərbaycan televiziyalarında uşaqlar üçün maraqlı proqramlar azdır? Uşaqlar üçün hazırlanmış cizgi filmləri niyə əvvəlki kimi maraqlı deyil? Azərbaycanda ayrıca “Uşaq Media Mərkəzi” olmalıdırmı?

Mövzu ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü Azər Həsrət Musavat.com-a danışıb:

"Məsələ ondadır ki, Azərbaycanda, bəli, uşaqlar üçün qardaş Türkiyə ilə müqayisədə o səviyyədə televiziyaçılıq yoxdur. Amma bu, o demək deyil ki, ümumiyyətlə heç nə yoxdur. Elə ARB Günəş-in özü unikal bir layihədir və kifayət qədər də tamaşaçı auditoriyası var. Əlbəttə ki, onun populyarlaşdırılması, daha geniş auditoriyaya çatdırılması da bizim kimi insanların vəzifəsidir. Yəni, onu tanıtmalıyıq və təbii ki, uşaqlar üçün milli kontent istehsalına da əlavə dəstək verməliyik. Bunu yaxşı olar ki, dövlət etsin.

İkincisi, elə mənim yayım şurasında olduğum İctimai Televiziyada da uşaqlar üçün, əslində qalanda, kontent var. Amma bizim arzu etdiyimiz qədər deyil. O məsələdə mən razılaşıram. Məsələn, son bir il ərzində özümün də həvəslə baxdığım uşaqlar üçün bir serial var - “Mən, Lala, bir də Şerlok Holms” adında. Olduqca gözəl bir serialdır. 12 seriyadan ibarətdir və orada uşaqların ədəbiyyatla, kitabla, dürüstlüklə, yəni özünüinkişafla tanış edilməsi, ümumiyyətlə cəlb edilməsi, motivə edilməsi çox gözəl həll yolunu tapıb.

Düzdür, İctimai Televiziya sırf uşaq kanalı deyil, fərqli yönlərdən proqramlar olur, həm öz istehsalı, həm də başqa istehsalçılardan alıb efirə verdiyi materiallar. Orada da, təbii ki, boşluğu doldurmaq hələ ki, tam alınmayıb".

Azər Həsrətin fikrincə, dövlət hər şeydən öncə uşaqlar üçün televiziya kontentinin yaradılmasına xüsusi qayğı göstərməlidir:

"Yoxsa biz məcburuq başqa ölkələrdən cizgi filmləri, ayrı-ayrı filmləri və proqramları alıb uşaqlarımıza təklif edək. İndi, xarici ölkələrdən alınmış cizgi filmləri sizcə bizim uşaqlarımızın milli ruhda böyüməsinə, yetişməsinə nə qədər töhfə verə bilər? Şəxsən mən düşünürəm ki, verə bilməz. Məsələn, son vaxtlar çox populyar olan “Maşa və Ayı” adlı Rusiya istehsalı olan cizgi filmi var. Adından da görürsünüz, bir tərəfdə Maşadır, bir tərəfdə Ayı. Yəni, bu sırf rus personajlardır.

İndi onu tərcümə edib Azərbaycan dilində efirə verirlər. Sizcə, balaca körpələr, uşaqlar “Maşa” adını eşidərək, “Ayı”nı görərək, milli ruhda böyüyə bilərlərmi? Əlbəttə ki, xeyr. Mən düşünürəm ki, bunun ümumiyyətlə qarşısı alınmalıdır. Xaricdən cizgi filmi alıb uşaqlara təqdim etmək dayandırılmalıdır, birmənalı şəkildə.

Qardaş Özbəkistanın mərhum prezidenti İslam Kərimov sağlığında çox ciddi bir addım atmışdı. O, uşaqlar üçün oyuncaqların məhz milli ruhda hazırlanmasına göstəriş vermişdi. Yəni, sırf özbək oyuncaqları olsun, demişdi. Uşaqların yetişdirilməsində bu da çox vacibdir.

Amma belə ucdan-tutma, yəni hamını gözdən salmaq, yaxud da görməzdən gəlmək də doğru deyil. Mən adını çəkdim - ARB Günəş kifayət qədər işlər görməyə cəhd edir. Təbii ki, əllərindəki imkanlar hesabına. Daha böyük imkanları olsa, əminəm ki, daha böyük işlər görə bilərlər.

O baxımdan düşünürəm ki, problemin kökündən həllinə dövlət öz dəstəyini verməlidir. Dəstək olacağı təqdirdə, əlbəttə ki, biz bu vəziyyətdən tez çıxa biləcəyik".

Azər Həsrət vurğulayıb ki, uşaqlar üçün kanalların çoxaldılması vacibdir:

"Məsələn, İctimai Televiziyanın, yaxud da Azərbaycan Dövlət Televiziyasının ayrıca bir uşaq kanalı olmalıdır.

Bu, sadəcə cizgi filmləri üçün deyil, elmi və tədris məqsədli proqramlar üçün də nəzərdə tutulmalıdır. Belə şeyləri həll etmək, əlbəttə ki, mümkündür.

Qardaş Türkiyədə, yeri gəlmişkən, bu yöndə çox böyük işlər görülüb. TRT-nin özünün çox böyük şəbəkəsi var. Tədris məqsədli, təhsilə yardımçı kanalları, cizgi filmi kanalları və digər tematik yayımlar. Amma TRT dövlət kanalıdır.

O baxımdan deyirəm ki, Azərbaycan da bu təcrübəni tətbiq edə bilər. Yəni, uşaqlara milli qəhrəmanlarımızı əks etdirən cizgi filmləri göstərilməlidir. Milli kimliyimizi tanıdan filmlər və proqramlar daha çox təqdim edilməlidir.

Bunu kommersiya kanalları vasitəsilə etmək mümkün deyil, çünki o kanallar daha çox gəlir əldə etmək üçün çalışırlar. Tamaşaçı az olanda auditoriya da kiçilir, gəlir də azalır. Ona görə nə etməliyik? Əlbəttə, dövlət bu işə əl qoymalıdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Oktyabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri