Uşaq evi sosial xidmət müəssisələrində yaşayan uşaqlar üçün futbol dərslərinə başlanıb
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 və 2 saylı Uşaq evi sosial xidmət müəssisələrinin sakinləri olan uşaqlar üçün futbol dərslərinə başlanıb.
Agentliklə AFFA-nın əməkdaşlığı çərçivəsində bu idman dərsləri AFFA tərəfindən ayrılan məşqçilər tərəfindən həftədə iki dəfə həyata keçirilir.
Layihənin məqsədi uşaqlar arasında idmana və sağlam həyat tərzinə marağı təşviq etmək, uşaqlarda komanda ruhunu aşılamaq, onların sosial bacarıqlarını artırmaq və sosial reabilitasiyasına dəstək göstərməkdir.
Məşqlərdə müəssisə sakinlərinə futbol texnikası öyrədilməklə yanaşı, onların fiziki və zehni bacarıqlarının inkişaf etdirilməsinə də xüsusi diqqət yetirilir.
Məşqlərdə fərqlənən uşaqların gələcəkdə peşəkar futbola cəlb olunması nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 12 Mart 2025 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















