Xaricdə yaşayan azərbaycanlılar üçün ana dili dərslərinə başlanılır
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlar üçün həyata keçirilən “Ana dili – Azərbaycan məktəbi” layihəsinin 2025–2026-cı tədris ilinin II yarımili üzrə qeydiyyat prosesinə start verilib.
525.az xəbər verir ki, II yarımil üzrə dərslərin 1 fevral 2026-cı il tarixində başlaması planlaşdırılır.
Bildirilib ki, tədris proqramı yalnız dil bacarıqlarının inkişafını deyil, eyni zamanda Azərbaycanın tarixi, ədəbiyyatı, coğrafiyası və mədəni irsi haqqında sistemli biliklərin aşılanmasını da əhatə edir.
Qeyd olunub ki, qeydiyyat üçün son müraciət tarixi 28 yanvar 2026-ci ildir.
Proqramı uğurla bitirən şəxslərə Azərbaycan dilini bilmə haqqında müvafiq səviyyəyə uyğun sertifikat verilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 14 Yanvar 2026 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















