Icma.az
close
up
RU
Uşaq İncəsənət Festivalı çərçivəsində seçmə turun ikinci mərhələsi davam edir

Uşaq İncəsənət Festivalı çərçivəsində seçmə turun ikinci mərhələsi davam edir

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 7 avqust, AZƏRTAC

Uşaq və yeniyetmələrin yaradıcılıq potensialının dəstəklənməsi, həmçinin onların istedadının üzə çıxarılması məqsədi ilə təşkil edilən Uşaq İncəsənət Festivalı çərçivəsində seçmə turun ikinci mərhələsi davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə həyata keçirdiyi Uşaq İncəsənət Festivalı layihəsi respublikamızın müxtəlif bölgələrindən olan istedadlı uşaqları birləşdirən genişmiqyaslı proqramdır. Bu platforma gənc istedadlara öz qabiliyyətini göstərmək, yaradıcılıq potensialını inkişaf etdirmək və peşəkar sahədə ilk addımlarını atmaq imkanı yaradır.

İkinci mərhələ çərçivəsində müxtəlif incəsənət sahələri üzrə həm həvəskarlar, həm də peşəkar iştirakçılar arasında seçim davam edir. Münsiflər heyəti iştirakçıların təkcə texniki hazırlığını deyil, həm də səhnə mədəniyyətini, bədii zövqünü və yaradıcı yanaşmasını qiymətləndirir.

Festivala qatılmaq üçün qeydiyyatdan keçmiş fərdi iştirakçıların ümumi sayı 21559 nəfər olub. Onlardan 16 117 nəfəri birinci mərhələdə iştirak edib, 8 596 iştirakçı ikinci tura yüksəlib.

Kollektiv iştirakçılara gəlincə, qeydiyyatdan keçmiş qrupların ümumi sayı 294 olub. Onlardan 255-i seçimin birinci mərhələsində iştirak edib, 3032 iştirakçının daxil olduğu 215 qrup növbəti mərhələyə keçib.

Qeyd edilib ki, seçim turunun ikinci mərhələsi sentyabrın əvvəlinə qədər davam edəcək.

Festivalın bütün mərhələləri uşaqların yaradıcılıq potensialının dəstəklənməsinə və incəsənət ustalarının yeni nəslinin formalaşmasına mühüm töhfə verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:45
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Avqust 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see218

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see192

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see183

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see174

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see164

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see160

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see146

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see144

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see141

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see139

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see138

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see137

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see136

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri