“Uşaq İncəsənət Festivalı 2025” çərçivəsində birinci seçim turu davam edir FOTO
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Tovuz, 26 aprel, Ruslan Novruzoğlu, AZƏRTAC
Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Uşaq İncəsənət Festivalı – 2025” çərçivəsində birinci seçim turu davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival çərçivəsində Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi tərəfindən birinci seçim turunun başlanılması ilə bağlı tədbir keçirilib.
Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi şəhər və rayonlarda 24 nominasiya üzrə 6-17 yaşarası 1500-dən çox iştirakçı qeydiyyatdan keçib. Onlar aprelin 21-dən etibarən start verilən 1-ci seçim mərhələsində öz bacarıqlarını nümayiş etdirirlər.
Festival iştirakçılarının, həmçinin bölgədə yaşayan uşaq və gənclərin əyləncəli vaxt keçirmələri məqsədilə Ağstafa rayon Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən tədbirdə rəngarəng guşələr yaradılıb, interaktiv proqramlar təşkil edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 26 Aprel 2025 18:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















