Icma.az
close
up
RU
Uşaq inkişaf mərkəzinin şagirdləri rusiyalı kosmonavt Fyodor Yurçixin ilə virtual bağlantı yaradıblar VİDEO

Uşaq inkişaf mərkəzinin şagirdləri rusiyalı kosmonavt Fyodor Yurçixin ilə virtual bağlantı yaradıblar VİDEO

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 24 may, AZƏRTAC

Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) nəzdində fəaliyyət göstərən Kosmik Akademiyada “Uniq” uşaq inkişaf mərkəzinin təşkilatçılığı ilə rusiyalı kosmonavt, mühəndis və Beynəlxalq Kosmik Stansiyanın (BKS) təcrübəli iştirakçısı Fyodor Nikolayeviç Yurçixin ilə virtual görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə 153 nömrəli orta məktəbin nəzdində fəaliyyət göstərən 3 saylı Uşaq-gənclər inkişaf mərkəzinin “Proqramlaşdırma” dərnəyinin şagirdləri, “Uniq” uşaq inkişaf mərkəzinin üzvləri və onların valideynləri iştirak edib.

Tədbirdə çıxış edən “Proqramlaşdırma” dərnəyinin rəhbəri Zaur Əliyev tədbir iştirakçılarına kosmonavt Fyodor Yurçixin barədə ətraflı məlumat verib. O qeyd edib ki, Rusiya kosmonavtı, mühəndis və Beynəlxalq Kosmik Stansiyanın (BKS) təcrübəli iştirakçısı olan Fyodor Yurçixin beş kosmik missiyada iştirak edib.

Bildirilib ki, Fyodor Yurçixin 3 yanvar 1959-cu ildə Gürcüstan SSR-in Batumi şəhərində anadan olub. O, Moskva Aviasiya İnstitutunu bitirib və mühəndis kimi fəaliyyətə başlayıb. Yurçixin əvvəlcə “Energiya” Raket Kosmik Korporasiyasında kosmik gəmilərin dizaynı və idarə edilməsi üzrə işləyib.

Fyodor Yurçixin 1997-ci ildə Rusiya Kosmik Agentliyinin (“Roskosmos”) kosmonavtlar korpusuna seçilib. O, beş kosmik missiyada iştirak edib. 2002-ci ildə “STS-112” adlı missiya zamanı F.Yurçixin “Atlantis” kosmik gəmisi ilə BKS-ə uçub və stansiyanın qurulması işlərində iştirak edib. 2007-ci ildə “Soyuz TMA-10” missiyasında Yurçixin BKS-in 15-ci əsas ekipajının üzvü kimi 6 ay stansiyada qalıb və bir neçə fəza gəzintisi həyata keçirib. “Soyuz TMA-19” (2010) missiyası zamanı o, BKS-in 24-cü əsas ekipajının komandiri kimi fəaliyyət göstərib. “Soyuz TMA-09M” (2013) – Yurçixin, BKS-in 36-cı əsas ekipajının üzvü kimi yenidən stansiyada uzunmüddətli missiya həyata keçirib. “Soyuz MS-04” (2017) missiyası onun son kosmik uçuşu olub. O, BKS-in 51-ci və 52-ci əsas ekipajlarının üzvü kimi fəaliyyət göstərib.

F.Yurçixin kosmosda ümumi 672 gün keçirərək Rusiyanın ən təcrübəli kosmonavtlarından biri oldu. O, həmçinin 9 fəza gəzintisi həyata keçirib və kosmik stansiyanın qurulması və təmir işlərində fəal iştirak edib.

Kosmik uçuşlardan sonra Fyodor Yurçixin “Roskosmos”da məsləhətçi kimi çalışıb və gənc kosmonavtların hazırlanmasında iştirak edib. O, həmçinin kosmik təhsil və elmi təbliğat sahəsində fəal iştirak edir.

F.Yurçixinin mükafatları və nailiyyətləri barədə məlumat verən Z.Əliyev bildirib ki, kosmonavt 2008-ci ildə “Rusiya Qəhrəmanı”, “Lenin” ordeni və digər yüksək dövlət mükafatlarına layiq görülüb. Kosmik tədqiqatlarda əvəzolunmaz töhfələrinə görə dünyada tanınıb.

Virtual bağlantı zamanı Fyodor Yurçixin kosmosda olmaq imkanı olduğu üçün özünü çox şanslı insan hesab etdiyini qeyd edib.

Tədbir çərçivəsində uşaqların suallarını cavablandıran kosmonavt Fyodor Yurçixin deyib: “Bizim evimiz - bizim planetimizdir. Hər bir insan bizim Yer planetimizi ailəmizi və evimizi qoruduğu kimi qorumalıdır. Mən çox xoşbəxt insanam ki, bizim planetimizə kosmosdan baxmışam və onun necə gözəl olduğunu müşahidə etmişəm. Əgər sizin də böyük xəyalınız varsa, mütləq ardınca gedin və arzunuzu reallaşdıranadək dayanmayın”, - deyə Fyodor Yurçixin vurğulayıb.

Sovet kosmonavtı, Sovet İttifaqı Qəhrəmanı, kosmosa uçan ilk insan Yuri Qaqarinin daim öz idealı olduğunu diqqətə çatdıran F.Yurçixin uşaqlara kosmik səyahət barədə ətraflı danışıb.

Tədbir çərçivəsində dərnək fəaliyyətində fərqlənən şagirdlərə sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 May 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri