Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Uşaq puluna alternativ: Vergi güzəşti modeli

Uşaq puluna alternativ: Vergi güzəşti modeli

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Müasir sosial dövlət konsepsiyasında vergi siyasəti yalnız fiskal gəlirlərin formalaşdırılması vasitəsi deyil, həm də sosial müdafiə, demoqrafik inkişaf və ailə institutunun gücləndirilməsi mexanizmi kimi çıxış edir. Xüsusilə iqtisadi qeyri-sabitlik, inflyasiya, yaşayış xərclərinin artması və sosial bərabərsizliyin dərinləşməsi şəraitində ailələrin maliyyə yükünün azaldılması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilir. 

Azərbaycanda uzun illərdir “uşaq pulu” məsələsi ictimai müzakirə predmetidir. Lakin dövlət büdcəsinin imkanları və sosial öhdəliklərin genişliyi səbəbindən universal uşaq müavinətlərinin tətbiqi məhdud xarakter daşıyır. Belə şəraitdə alternativ sosial dəstək mexanizmlərindən biri kimi evli və uşaqlı vətəndaşların gəlir vergisindən qismən və ya tam azad edilməsi məsələsi aktuallaşır.

Bu yanaşma bir tərəfdən ailələrin real gəlirlərini artırır, digər tərəfdən isə demoqrafik siyasətin iqtisadi alətinə çevrilə bilər.

Sosial dövlət və vergi siyasəti

Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 17-ci maddəsində isə “Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir” xüsusi vurğulanır.

Bu baxımdan vergi siyasəti yalnız iqtisadi deyil, həm də sosial funksiyaya malikdir. Vergi hüququ nəzəriyyəsində “ödəmə qabiliyyəti prinsipi” mühüm yer tutur. Həmin prinsipə görə: Daha çox sosial yük daşıyan şəxslər üçün vergi yükünün azaldılması sosial ədalət prinsipinin mühüm tələblərindən biridir. Ailə və uşaqların saxlanılması vətəndaş üçün əlavə maliyyə məsuliyyəti yaratdığından, ailəli və uşaqlı şəxslərin sərbəst istifadə edə bildiyi gəlir subay şəxslərlə müqayisədə daha aşağı olur. Buna görə də vergi siyasətində ailənin sosial yükü və uşaqların saxlanılması xərcləri nəzərə alınmalı, belə vətəndaşlar üçün diferensial vergi güzəştləri tətbiq edilməlidir.   Bu səbəbdən bir çox inkişaf etmiş ölkələrdə ailə əsaslı vergi güzəştləri tətbiq edilir.

Beynəlxalq təcrübə

Almaniya ailə yönümlü modeli – vergi siyasəti ilə seçilən ölkələrdən biridir. Burada: İki uşağı olan və illik ümumi bruto əməkhaqqı 151 min avroya qədər olan ailələr, eləcə də gəliri 73 min avrodan aşağı olan subay vətəndaşlar gəlir vergisindən tamamilə azad ediləcəklər.Almaniyada vergi ödəyiciləri “yardıma ehtiyaclılıq vergisi” adlanan bir vergi ödəyirlər və uşağı olan şəxslər üçün bu vergi daha aşağı olur. Bunun səbəbi, uşağı olmayan vətəndaşın gələcəkdə dövlət yardımına daha çox ehtiyac duya biləcəyi ehtimalı ilə izah edilir.

Fransada isə ailə əmsalları sistemi mövcuddur və bu sistem çərçivəsində uşaqlı ailələrə vergi güzəştləri tətbiq edilir.

Oxşar vergi güzəştləri bir çox digər ölkələrdə də mövcuddur və uşağı olmayan subay şəxslərlə iki uşaqlı, tək qazanc gətirən ailələr arasında gəlir vergisi dərəcəsi fərqi bəzi hallarda 10 faizə qədər çatır.

Turkiyədə -də minimum yaşayış güzəşti və ailə əlavələri tətbiq olunur. Dövlət ailə institutunun qorunmasını iqtisadi siyasətin tərkib hissəsi hesab edir. Nəticədə ailələrin vergi yükü azalır və doğum göstəricilərinin dəstəklənməsi məqsədi güdülür.

Azərbaycanda mövcud vəziyyət

Azərbaycanda gəlir vergisi əsasən əmək haqqı üzərindən tutulur.:

Mövcud sistemdə ailə vəziyyəti, uşaqların sayı və ailənin sosial yükü vergi siyasətində kifayət qədər nəzərə alınmır vəya praktiki olaraq vergi hesablamasında ciddi rol oynamır.Bu isə sosial ədalət baxımından müəyyən problemlər yaradır.

Məsələn, 1500 manat əməkhaqqı alan subay şəxslə eyni məbləğdə maaş alan, lakin 3 uşağı olan ailə başçısı hazırkı sistemdə eyni vergi yükü ilə qarşılaşır.Halbuki onların real sərbəst gəliri və sosial məsuliyyəti tamamilə fərqlidir.

İqtisadi əsaslandırma

Ailəli və uşaqlı vətəndaşların gəlir vergisindən azad edilməsinin bir sıra iqtisadi üstünlükləri mövcuddur:

Vergi güzəşti ailələrin sərbəst maliyyə resurslarını artırır.

Bu isə istehlakın genişlənməsinə, daxili bazarın aktivləşməsinə, eləcə də kiçik və orta biznesin dövriyyəsinin artmasına müsbət təsir göstərə bilər.Müasir dövrdə bir çox ölkələr doğum səviyyəsinin azalması problemi ilə üzləşir. Ailə yönümlü vergi siyasəti doğum səviyyəsinin stimullaşdırılması, gənc ailələrin dəstəklənməsi və sosial sabitliyin qorunması baxımından mühüm alət hesab olunur.

Vergi sisteminin əsas prinsiplərindən biri sosial ədalətdir. Uşaqlı ailələr üçün vergi güzəştləri sosial fərqlərin yumşaldılması, yoxsulluq riskinin azaldılması və orta təbəqənin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Hüquqi əsaslandırma

Bu təşəbbüs aşağıdakı hüquqi prinsiplərlə əsaslandırıla bilərik:

Azerbaycan  Konstitusiyası ailənin və uşaqların dövlət tərəfindən qorunmasını nəzərdə tutur. Vergi güzəşti həmin konstitusion prinsipin iqtisadi mexanizmi kimi çıxış edə bilər.

Vergi hüququnda bərabərlik “hamıya eyni vergi tətbiqi” deyil, “ödəmə qabiliyyətinə uyğun vergi yükü” deməkdir.

Ailə sosial institut olduğundan dövlət ailənin iqtisadi dayanıqlığının təmin edilməsinə, uşaqların rifahının qorunmasına və sosial risklərin azaldılmasına görə məsuliyyət daşıyır.

Mümkün tətbiq mexanizmləri

Azərbaycanda ailə yönümlü vergi siyasəti çərçivəsində evli şəxslərə gəlir vergisinin müəyyən hissəsindən azadolma, bir uşaqlı ailələrə əlavə vergi güzəştləri, iki və daha çox uşaqlı ailələrə yüksək həcmdə və ya tam vergi güzəştləri, azgəlirli çoxuşaqlı ailələrə isə tam vergi azadolması tətbiq oluna bilər. Alternativ yanaşma kimi vergi tutulmayan minimum gəlir həddinin artırılması, ailə üzrə diferensial vergi sisteminin yaradılması və uşağa görə vergi kreditinin tətbiqi də məqsədəuyğun hesab edilə bilər.

Belə siyasətin dövlət büdcəsi gəlirlərinin azalması, sui-istifadə halları, qeyri-rəsmi nikah və qeydiyyat problemləri, eləcə də əmək bazarında əlavə fiskal yükün yaranması kimi müəyyən riskləri mövcuddur. Buna görə də sistem mərhələli şəkildə, şəffaf elektron qeydiyyat əsasında və sosial ehtiyac meyarları nəzərə alınmaqla tətbiq edilməlidir.

Uşaq pulunun universal şəkildə verilməsi maliyyə baxımından çətin olduğu hallarda ailəli və uşaqlı vətəndaşların gəlir vergisindən qismən və ya tam azad edilməsi sosial dövlət siyasətinin alternativ və effektiv alətlərindən biri ola bilər.

Bu yanaşma ailələrin real gəlirlərinin artmasına, sosial ədalətin güclənməsinə, demoqrafik inkişafın stimullaşdırılmasına, yoxsulluq riskinin azalmasına və ailə institutunun iqtisadi müdafiəsinin təmin edilməsinə mühüm töhfə verə bilər.

Müasir sosial siyasətdə dövlət yalnız birbaşa subsidiya verən deyil, həm də vergi sistemi vasitəsilə sosial balans yaradan institut kimi çıxış etməlidir.

(İqtisad elmləri doktoru, professor,  Azərbaycan Respublikasının “Əməkdar müəllim”i Zahid Fərrux oğlu Məmmədov)

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:252
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 31 May 2026 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see510

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see481

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see294

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see273

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see267

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see264

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see255

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see255

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see253

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see248

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see244

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see232

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see229

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see228

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see221

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see220

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see208

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see204

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see202

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri