Icma.az
close
up
RU
UŞAQ QIĞILTISI NƏĞMƏ SƏSİ

UŞAQ QIĞILTISI NƏĞMƏ SƏSİ

Icma.az bildirir, Adelet.az portalına istinadən.

Qəmbər Hüseynli - 110

 “Əgər musiqinin yoxluğu ilə dünya karlıq vahiməsi ilə üzləşərsə, təkcə “Cücələrim” kifayətdir ki, dünya musiqi xiffəti çəkməsin”, uşaq qığıltısının   təntənəsinə qovuşsun, insanlar yaşamın əbədiliyinə  sevinsin.

”Cücələrim” uşaq  mahnısı həmin qığıltının söz və musiqi ilə ifadə olunan ahəngidir. Gəncəli bəstəkar Qəmbər  Hüseynlinin  körpələri sevərək  onları yaşamın   gözəlliyinə səsləyən bu uşaq nəğməsindəki ilahi fəhm, ilahi duyum və ilahi ahəng bu dünya durduqca var olacaq, əbədiyyətin yaşam təntənəsinə çevrilən uşaq qığıltısı kimi əks-səda verəcək ...

Körpələrin ifasında səslənən bu nəğmə  yaşıdlarının qəlbində   hələ tam dolğunluğu ilə dərk etmədiyi sevinc hissi, şaqraq  duyğular  oyatdı,  böyüklər   isə yaşanın ömrün   qədr-qəymətinin sevincini yaşadı,  bir az da, “necə yaşamışam” sualının doğurduğu  xiffət hissinə   qapıldı... 

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında  böyük bəstəkar  Qəmbər Hüseynlinin  110 illik yubileyi münasibətilə təşkil olunan tədbir  körpə “cücələrin”  ifasında   bu  ecazkar nəğmə ilə başa şatdı...

Qəmbər Hüseynli Gəncədə  dəmirçi  Məşədi Muxtarın ailəsində dünyaya gəlib.  Dəmirçi atasının  polad  çəkiclə zindan  üzərində  döyəclədiyi dəmirin  yaratdığı   səs,    ritm kimi  onun qəlbində  xoş duyğular oyadıb, eşitdiyi   bu  səs onda   ahəngə   sevgi doğurub və  Gəncənin musiqi mühiti, çal-çağır məclisləri, xüsusilə  Qarabağın el şənlikləri  uşaq  qəlbində oyanan bu ritmə coşqu verib, onu musiqiyə bağlayıb. Görkəmli sənətkarlar Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbül, Xan Şuşinski, Məşədi Cəmil Əmirov və başqa görkəmli ifaçıların çıxışları bu coşqunu, bu arzunu   qanadlandırıb.  Və bu ecazkar musiqi dünyasının cazibəsindən çıxa bilməyib, nota çevrilən  ilk könül çırpıntıları onu  böyük musiqi yoluna çıxarıb.               

 Filarmoniyanın kiçik  zalında təşkil olunan  tədbir  tamaşaçı anşlaqı ilə keçdi,  əsl ümümxalq sevgisi və  gəncəlilərin öz  həmyerlilərinə, onun  ölməz yaradıcılığına   sonsuz etiramının ifadəsinə  çevrildi. Görkəmli bəstəkarın yaradıcılığında  mahnı və romans  yaradıcılığı xüsusi yer tutur.  Filarmoniyanın  xalq çalğı alətləri ansamblının müşaiyəti  ilə səslənən  “Ay işığında”,  “Gecələr uzanaydı”,  “Düşür yadıma”, “Gülə-gülə”, “Sən-sən”, “İlk məhəbbət”, “Tellər oynadı”, “Ömrümün yazı” və  ölməz bəstəkarın əbədilik hüququ qazanmış  digər mahnılarının  xalq artisti Şahnaz Həşimova,   əməkdar incəsənət xadimi Mehbarə Cəfərova,  gənc vokalçılar  Xəyal Əliyev, Zamira Mustafayeva  və Samirə Hacıyevanın yüksək sənətkarlıqla  ifaları dinləyicilərdə xoş  duyğular oyatdı. İllərin keşməkeşindən süzülüb   bu  mahnılar  Qəmbər Hüseynli yaradıcılığına sonsuz etiramın ifadəsinə çevrildi  və   alqışlarla qarşılandı.      

Gənc tarzən, musiqi məktəbinin 4-cü sinif şagirdi Rövnəq Binnətlinin məharətlə ifa etdiyi “İlk məhəbbət”  əsəri  Qəmbər Hüseynli yaradıcılığının həmişəyaşarlıq rəmzi kimi səsləndi.  Qəmbər Hüseynlinin 110 illik  yubileyi münasibətilə təşkil olunan  tədbir   dünyanın müxtəlif ölkələrindən  olan uşaqların doğma nəğməsinə çevrilən “Cücələrim” nəğməsi   gəncəli  körpələrdən ibarət  xorun ifası ilə başa çatdı.   

Bu ümümxalq coşqusu, bu körpə sevinci göstərdi ki, Qəmbər Hüseynlinin  şair Tofiq Mütəllimovun sözlərinə bəstələdiyi,   dünyanın 100-dən  çox xalqının   dilində səslənən,  yüz milyonlarla uşağın   və böyüyün  zövqünü oxşayan, sözün əsl mənasında  Azərbaycanımızın “vizit vərəqi”nə çevrilən “Cücələrim” nəğməsi  dünya durduqca var olacaq,  bəstəkarına və xalqımıza tükənməz şöhrət gətirəcək...  

                                                                                                 

Vaqif  TANRIVERDİYEV
 Gəncə 


Ancaq bəstəkarın mahnı çələngində öz təravəti, xalq təranələri ilə könüllər oxşayan, bütün dünyanı diyar-diyar dolaşan bir sənət incisi də var — "Cücələrim". Qəmbər Hüseynli deyəndə "Cücələrim", "Cücələrim"in sədası yayılanda isə Qəmbər Hüseynli yada düşür. Şair Tofiq Mütəllibovla birgə hələ 1948-ci ildə bu gözəl sənət incisini yaratmaq böyük sənət uğuru idi.
"Cücələrim" o vaxtdan indiyə qədər dünyanın 100-dən çox xalqının dilinə tərcümə olunub. Dünyada "Cücələrim" qədər geniş yayılan, yüz milyonlarla uşaqların və böyüklərin — müxtəlif nəsillərdən olan adamların zövqünü oxşayan ikinci bir Azərbaycan mahnısı yoxdur. Sənətşünasların, sənət bilicilərinin yekdil rəyinə görə, indiyə kimi "Cücələrim" qədər öz müəllifini bütün dünyada tanıtdıran ikinci mahnı olmayıb. Bu mahnı sanki Azərbaycanın "vizit vərəqi"nə çevrilib. 1955-ci ilin payızında sovet nümayəndə heyəti İsveçrədə qarşılanarkən qonaqları bir qrup İsveçrə məktəblisi "Cücələrim" mahnısının ifası ilə salamlayır. Bu, Azərbaycan musiqisinin sərhədləri aşması demək idi. Vaxtilə kino xadimlərimiz Fransada olarkən dünya şöhrətli Çarli Çaplin gələnlərin Azərbaycandan olduqlarını biləndə piano arxasına keçərək "Cücələrim"i ifa edir və qonaqlara üz tutuaraq deyir: "Demək siz bu melodiyanın vətənindənsiniz?! Məndən o bəxtəvər bəstəkara salam yetirin!"
Simli kvartet, fortepiano üçün pyeslərin, dram tamaşalarına musiqinin və mahnıların, o cümlədən dünyanın bir çox ölkəsində məşhur olan "Cücələrim" mahnısının müəllifidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://adalet.az
archiveBu xəbər 27 Aprel 2026 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri