Icma.az
close
up
RU
Uşaq sığınacağına daha 13 azyaşlı GƏTİRİLDİ

Uşaq sığınacağına daha 13 azyaşlı GƏTİRİLDİ

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"20 mart - 3 aprel tarixlərində uşaq sığınacağına 4-ü oğlan, 9-u qız olmaqla 13 uşaq qəbul edilib". 

Bu barədə Modern.az-a Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib.

Onun sözlərinə görə, sığınacağa yerləşdirilən qızların yaş həddi 14-15-dir.

K.Ağazadə deyib ki, uşaqlardan cəmi 3 nəfəri valideynləri tərəfindən müvəqqəti olaraq sığınacağa verilib.
"Onların anaları da zorakılıq qurbanıdır, işləmək istədikləri üçün uşaqlarını müvəqqəti olaraq sığınacağımıza gətirdilər. Biz də öz tərəfimizdən bildirmişik ki, onlar bizim kontingentimizə daxil deyil. Biz hüquq-mühafizə orqanlarının iştirakı ilə zorakılıq qurbanlarını qəbul edirik. Bunlar isə valideynin qısa müddətli olaraq uşaqlarını yerləşdirmək istəməsi ilə bağlı müraciətlərdir".

K.Ağazadə qeyd edib ki, digər uşaqlar hüquq-mühafizə orqanlarının, icra hakimiyyətlərinin müvafiq  komissiyalarının, eyni zamanda Sosial Xidmətlər Agentliyinin əməkdaşlarının iştirakı ilə yerləşdirilib:

“Onların hər biri sosial təhlükəli vəziyyətdə olublar. Buraya erkən nikaha məcbuetmədən başlayaraq, təhsildən yayınma, xoşagəlməz halların içərisində olma, xoşagəlməz situasiyalara düşmə, baxımsız vəziyyətdə qalma halları daxildir. Məsələn, 2 gün əvvəl gətirilən bacı-qardaş var idi ki, ana alkoqolik, içki düşkünü idi və ailə bərbad vəziyyətdə yaşayırdı. Uşaqlar ailədən alınıb və indi iş aparılır. O uşaqların həmin ananın yanında təhlükələrlə üzləşmə ehtimalının yüksək olması məsələsi var. Bura potensial insan alveri qurbanı olmaqdan başlayaraq, cinsi zorakılığa məcburetmə, təhriketmə, seksual hərəkətə məcburetmə kimi cinayətlər də daxil ola bilər. Son 2 həftə ərzində daxil olan uşaqların 4-5 nəfəri Bakının müxtəlif rayonlarına aiddir. Digərləri isə regionlarda yaşayan uşaqlardır”.

“Müəssisəmiz 20 nəfərlikdir. Amma 44 uşaq qeydiyyatdadır. Onların 16 nəfəri sanatoriyadadır, qalanları sığınacaqdadır. Bu aralarda virus yayıldı, uşaqlarımız arasında xəstəxanada olan, müalicə alanlar da var”-K.Ağazadə əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Aprel 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see284

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see269

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see260

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see260

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see258

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see252

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see246

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see244

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see235

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see227

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see221

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see221

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see218

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see212

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see208

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see207

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see206

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see198

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri