Icma.az
close
up
RU
Uşaq yağı təkcə körpələr üçün faydalı deyilmiş

Uşaq yağı təkcə körpələr üçün faydalı deyilmiş

Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Uşaq yağı yalnız körpələr üçün deyil, böyüklərin də gündəlik həyatında tez-tez istifadə etdiyi çoxfunksiyalı dəri baxım vasitəsidir. Adətən yeni doğulan körpələrin dərisini nəmləndirmək və qorumaq məqsədi ilə istifadə olunan bu məhsul, tərkibində paraben, parafin və digər kimyəvi maddələr olmadığı üçün həm uşaqlar, həm də böyüklər üçün təhlükəsiz hesab olunur.

Bitki mənşəli yağlarla zəngin olan uşaq yağı – xüsusilə, çobanyastığı və lavanda yağı tərkibli versiyaları dəriyə, saça və bədənə bir sıra faydalar verir.

Pravda.az uşaq yağının dəri üçün faydalarını təqdim edir:

Uşaq yağı dərini intensiv nəmləndirir, quruluq və qabıqlanmanın qarşısını alır. Həssas dərilər üçün sakitləşdirici təsir göstərir, qızartı və kiçik yaraların sağalmasına kömək edir. Qış aylarında quruyan və çatlayan dodaqlara tətbiq edilə bilər, dodaqları nəmləndirib dolğun və parlaq görünüş qazandırır.

Eyni zamanda makyaj təmizləyici kimi də istifadə olunur – gözləri yandırmadan və dərini qıcıqlandırmadan makyajı təmizləyir. Ayaq topuqlarındakı çatlar üçün, həmçinin quru ayaqlarda massajla tətbiq edilə bilər.

Saç üçün faydaları:

Uşaq yağı saç baxımında da geniş istifadə olunur. Saç dərisini bəsləyir, quruluq və kəpək kimi problemlərin qarşısını alır. Saç uclarını bərpa edir və saçların sağlam uzanmasına kömək edir. Duşdan sonra saçlara tətbiq edildikdə, saçların daha asan daranmasını təmin edir. Digər təbii yağlarla qarışdırılaraq saç maskası şəklində istifadə oluna bilər.

İstifadə qaydası:

Uşaq yağı həm duşdan əvvəl, həm də sonra istifadə oluna bilər. Körpənin təmiz və nəmləndirilmiş dərisinə massajla tətbiq edildikdə, sakitləşdirici təsiri ilə körpənin rahat yatmasına kömək edir. Böyüklər isə onu makyaj təmizləyici, təraşdan əvvəl və sonra dərini qoruyucu vasitə kimi də istifadə edə bilərlər.

Ev işlərində istifadəsi:

Təəccüblü olsa da, uşaq yağı ev işlərində də əlverişli vasitədir. Şüşə və plastik qablarda qalan etiket izlərini asanlıqla təmizləyir. Mətbəxdə paslanmayan polad səthlərdəki barmaq izi və kir ləkələrini aradan qaldırır. Dolab qolları, qapı tutacaqları və su armaturlarında parıltı yaradır və əşyaları zədələmədən təmizlik təmin edir.

Əminə Bayramova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://pravda.az
archiveBu xəbər 01 May 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Əvvəlcə Zəngəzur dəhlizini verəcəklər, sonra Ermənistana azı 300 min azərbaycanlını gətirəcəklər” Erməni ekspertlər

18 İyun 2025 17:44see152

Survivor dan qazancı məlum oldu

18 İyun 2025 17:25see130

Yaponiyada güclü zəlzələ baş verib

19 İyun 2025 06:21see128

Osmanlı dövründə baş verən ürpədici Vampir hadisəsi FOTOLAR

19 İyun 2025 01:37see126

Kazino mövzusu diqqətlə və mərhələli şəkildə araşdırıla bilər MÜNASİBƏT BİLDİRİLDİ

18 İyun 2025 17:16see125

Rusiya XİN ABŞ yə xəbərdarlıq edir

19 İyun 2025 15:23see125

Azər Qasımlının məhkəməsi başlayıb

18 İyun 2025 17:46see123

Putin Ərdoğana təşəkkür edib

19 İyun 2025 02:51see123

Yenidən B seriyasında işləyəcək

19 İyun 2025 05:48see123

Tramp: İran təslim olmalı və müqaviməti dayandırmalıdır KONKRET

18 İyun 2025 20:29see122

24 il sonra ilk: ABŞ ın “Qiyamət günü təyyarəsi”... Video

18 İyun 2025 17:37see122

Mariya Zaxarova Rusiya Ermənistan münasibətlərinə dair sualı cavablandırdı

19 İyun 2025 18:50see120

Arxeoloqlar dinozavr dövrünə aid “qoblin” qalıqlarını tapıblar...

19 İyun 2025 22:15see120

Yeni komissiya yaradıldı SƏRƏNCAM KONKRET

19 İyun 2025 09:48see119

Yamal Messinin bu yaşda olduğundan daha güclüdür

18 İyun 2025 21:56see118

Avropa Komissiyası bir sıra Aİ ölkələrinə qarşı məhkəmə iddiası qaldıracaq

18 İyun 2025 17:36see116

Müharibəyə görə 12 mindən çox iranlı zəvvar geri dönə bilmir

20 İyun 2025 01:59see116

Damla tanınmış müğənninin əri ilə sevgili olub; Afaq SİRLƏRİ AÇDI (VİDEO)

20 İyun 2025 05:15see113

İranın yeraltı zavodları var, onlara heç nə olmayıb

19 İyun 2025 07:04see113

İpək mövsümü davam edir

19 İyun 2025 01:53see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri