Hacıların sonuncu qrupu da Vətənə qayıtdı
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarların sonuncu qrupu Bakıya çatıb.
Bunu Teleqraf -a açıqlamasında Qafqaz Müsəlmanları (QMİ) İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri bildirib.
Onun sözlərinə görə, sonuncu zəvvar qruplarında təxmini 190 nəfər olub.
"Hacılar Heydər Əliyev Beynəlxalq Hava Limanına çatıblar. Onlar bu gün sonuncu reyslə yola çıxıb AZAL-la Azərbaycana qayıdıblar", - o əlavə edib.
Qeyd edək ki, QMİ bu il 1250 azərbaycanlı zəvvarı Məkkəyə Həcc ziyarətinə aparıb. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edib. Ziyarət vahid formada təşkil olunub və hava nəqliyyatı ilə həyata keçirilib.
Baxış sayı:138
Bu xəbər 20 İyun 2025 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















