Icma.az
close
up
RU
Uşaq yeni doğulan körpəni qısqanıb, şiddət göstərirsə, nə etməli?

Uşaq yeni doğulan körpəni qısqanıb, şiddət göstərirsə, nə etməli?

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünyaya planlı şəkildə ikinci uşaq gətirmək istəyən valideynlər adətən düzgün qərarın hansı zamanda veriləcəyi ilə bağlı tərəddüd edirlər: ya birinci övlad çox kiçikkən dünyaya gətirirlər, ya da birinci uşaq kifayət qədər böyüdükdən sonra qərar verirlər ki, bu da bəzən problemlərə yol aça bilir.

Bundan əlavə, ailəyə ikinci uşağın gəliş xəbəri adətən birinci övladda qıcıq hissi yaradır. Bu hisslər isə çoxuşaqlı valideynlərə yad deyil. Valideynlər əsas problemi də bu zaman yaşayır.

Medicina.az-a psixoloq Ruhiyyə Rüstəmova bu məsələlərdən danışıb:

- Ruhiyyə xanım, problem olmaması üçün ailədəki uşaqlar arasında neçə yaş fərq olmalıdır?

- Birinci uşaqla ikinci arasında 3 yaşa qədər fərq olmalıdır. Əgər ailə dünyaya uşaq gətirməyi planlı şəkildə həyata keçirmək istəyirsə, 3-6 yaş arası eqosentrizm dövrü olduğundan, ikinci uşağın birinci uşaqdan 6 il sonra olması məsləhətdir. Çünki uşaq şüurlu şəkildə ikinci övladın gəlməsinə hazırlıqlı olmalıdır.

- Uşaq ikinci gələn körpəni qısqanırsa, bunu adətən hansı formada biruzə verir?

- Qısqandığı zaman uşaq aqressivləşir, gecələr yerini islatmağa, dırnaq yeməyə, yeni doğulan körpəyə şiddət tətbiq etməyə başlayır. Və yaxud öpmək adı ilə uşağı möhkəm sıxa, çimdik götürə bilər. Bundan başqa iməkləməyə, uşaq kimi hərəkət etməyə başlayır. Bəzən butulkadan yemək istəyə də bilər.

- Doktor, valideynlər bu zaman nə etməlidir?

- Valideyn bu zaman hər iki uşağa diqqəti bərabər ayırmalıdır. Birinci uşağın qısqandığını görürsə, onu daha çox öpməyə, əzizləməyə əl atmamalıdır. Özünə vicdan əzabı yükləməməlidir.

- Yeni doğulan uşağa diqqət ayrılan zaman birinci övladın qısqanmaması üçün nə etmək lazımdır?

- Uşağı qısqandırmamaq üçün ona ya ana, ya da ata obrazını yükləmək lazımdır. Məsələn, qızdırsa ona kiçik ana vəzifəsi verilir. "Bacının (qardaşının) pampersini gətir. Yeməyini gətir. Ağıllı qızım, afərin" və s. motivasiya verərək danışmaq lazımdır. Hərəkətini alqışlamaq mütləqdir. Oğlandırsa, eyni formada ona da ata obrazını verərək eyni şəkildə davranmaq lazımdır. "Sən 5 dəqiqə yanında dur, ağıllı balam" deyərək qısqanclıqdan uzaq saxlanılmalıdır. Uşaq onu rəqibi kimi görməməlidir. Bu şəkildə davranılsa heç bir qısqanclıq olmayacaq və azyaşlı "işini" sevə-sevə görəcək.

- Bəs həyəcan təbili nə zaman çalınmalıdır?

- 3 ay ərzində ana müşahidə aparmalıdır. Çünki qeyd etdiyim kimi valideyn kimi davranarsa, bu qısqanclıq hissi azalmalıdır. Yox, əgər valideyn bu davranışların azalmaq əvəzinə artdığını görərsə, aqressiya, davranış pozlunluğu müşahidə edərsə, bu zaman həyəcan təbili çalmağın zamanıdır, yəni uşağı uşaq psixoloquna yönləndirməlidir.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see200

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see197

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri