Icma.az
close
up
RU
Uşaqarda qanazlığnın səbəbləri və müalicəsi Pediatrdan TÖVSİYƏLƏR

Uşaqarda qanazlığnın səbəbləri və müalicəsi Pediatrdan TÖVSİYƏLƏR

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qanazlığı (anemiya) uşaqlar arasında geniş yayılmış sağlamlıq problemlərindən biridir.

Bəs qanazlığı uşaqlarda ən çox hansı səbəblərdən yaranır? Qanazlığı qidalanma ilə nə dərəcədə düzələ bilər, dərman mütləqdirmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında pediatr Şəlalə Poluxova bildirdi ki, qanazlığı, yəni anemiya, uşaqlarda müxtəlif səbəblərdən yarana bilər.

"Ən çox rast gəlinən səbəb dəmir çatışmazlığıdır. Bu hal, adətən, dəmirlə zəngin qidaların ət, qaraciyər, yumurta sarısı az qəbul edildiyi hallarda müşahidə olunur. Digər səbəblərə vitamin çatışmazlıqları xüsusilə fol turşusu və B12 vitamini azlığı, qan itirmə burun qanaxmaları, mədə-bağırsaq qanaxmaları, xroniki xəstəliklər böyrək, ürək, qaraciyər və iltihabi xəstəliklər, irsi qan xəstəlikləri talassemiya, oraqvari hüceyrə anemiyası, eləcə də vaxtından əvvəl doğulma və az çəkili doğuş daxildir.

Qidalanma ilə müalicə yüngül dəmir çatışmazlığı hallarında effektiv ola bilər. Bu zaman qırmızı ət, qaraciyər, toyuq, balıq, yumurta sarısı, paxlalılar, ispanaq, quru meyvələr kimi dəmir mənbələri, həmçinin C vitamini ilə zəngin portağal, kivi və pomidor kimi qidalar tövsiyə olunur. C vitamini dəmirin orqanizm tərəfindən daha yaxşı mənimsənilməsinə kömək edir".

Pediatr əlavə etdi ki, süd və süd məhsullarının çox miqdarda verilməsi dəmirin sorulmasını zəiflədə bilər.

"Dərman müalicəsi isə orta və ağır dərəcəli anemiyalarda zəruridir. Belə hallarda tək qidalanma ilə bərpa prosesi yavaş gedir və kifayət etmir. Dəmir çatışmazlığı laborator müayinələrlə təsdiqlənibsə, adətən 2-3 ay müddətində dəmir preparatları təyin olunur. Əgər B12 vitamini və ya fol turşusu çatışmazlığı mövcuddursa, müvafiq vitamin preparatları qəbul edilir", - deyə Şəlalə Poluxova bildirdi.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Avqust 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see168

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see141

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see131

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see128

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri