Icma.az
close
up
RU
Uşaqlar arasında voleybolun inkişafı

Uşaqlar arasında voleybolun inkişafı

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan voleybolu son illərdə həm ölkədaxili, həm də beynəlxalq səviyyədə diqqətəlayiq uğurlar əldə edib. Milli komandalarımız beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edir, yerli idmançılarımız müxtəlif xarici klublarda çıxış edərək təcrübələrini artırırlar.

Eyni zamanda, regionlarda uşaq və gənclərin voleybola cəlb edilməsi istiqamətində sistemli və davamlı işlər aparılır, yeni nəsil idmançıların yetişdirilməsi üçün müasir proqram və layihələr həyata keçirilir. Müxtəlif yaş qruplarında təşkil olunan yarışlar, uşaq və yeniyetmələrə Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən yaradılan imkanlar və regionlarda aparılan seleksiya işləri Azərbaycan voleybolunun inkişafında mühüm rol oynayır.

Bununla yanaşı, idmançıların beynəlxalq standartlara uyğun hazırlanması, texnoloji yeniliklərin tətbiqi və məşqçilərin peşəkar səviyyədə yetişdirilməsi istiqamətində federasiya ardıcıl tədbirlər görür.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Respublika dərəcəli hakim, beynəlxalq dərəcəli voleybol məşqçisi, sabiq voleybolçu Pərvin Hüseynova bildirib ki, valideynlər uşaqları voleybola daha çox fiziki inkişaf üçün sövq edirlər:

“Mənim özüm vaxtilə “Rabitə” klubunun Azərbaycan heyətində oynamışam. Oğlanların fiziki inkişafı üçün onları futbola yönləndirdikləri kimi, qızları da voleybola yönləndirirlər.

Özüm hazırda baş məşqçi olaraq fəaliyyət göstərirəm. Uşaqlar voleybola 7 yaşından etibarən başlayır. Hər məşqçinin özünün taktikası, voleybolu sevdirmə qabiliyyəti var. Uşaqlar arasında, komandaya çıxanlar, fiziki aktivlik üçün gələnlər var. Çalışıram ki, hər kəsi razı salım.

Bəzi valideynlər övladlarını fiziki inkişaf və sağlamlıq üçün voleybola yönləndirir. Bəzi uşaqlar isə sırf peşəkar olaraq, bu idman növü ilə məşğul olur. Əksəriyyət sağlamlığa fokuslanıb. Bu isə dərs yükünün çox olması ilə əlaqədardır.

Futbolda qız komandası çox az olduğu kimi, voleybolda da oğlan komandaları azlıq təşkil edir. Əvvəllər komandalar heyətlərində daha çox xarici oğlan voleybolçulara üstünlük verirdilərsə, artıq yerli idmançıların da sayı xeyli çoxalıb. Regionlar arasında voleybolun inkişafı və ənənəsi baxımından Şəki xüsusilə seçilir. Hər rayonun özünün şəraiti var”.

Pərvin Hüseynova qeyd edib ki, bu idman növü ilk əvvəl uşaqların, yeniyetmələrin boyunun uzanması üçün olduqca faydalıdır:

“Voleybolda da futbolda olduğu kimi, peşəkar karyera maksimal olaraq, 40 yaşında bitir. Bu idman növü ilk əvvəl uşaqların, yeniyetmələrin boyunun uzanması üçün olduqca faydalıdır. Valideynlər daha çox övladlarının boyunun uzanması üçün voleybolla məşğul olmasını istəyir.

Hər məşqçinin özünün keçdiyi fiziki hərəkətlər var. Uşaq var ki, görürsən ağır məşqlərə tab gətirəcək fiziki dözümlülüyü yetərincə deyil. Bəzi uşaqlar da var ki, doğuşdan güclüdür. Ümumilikdə isə voleybol uşaqların boy artımına mütləq şəkildə təsir göstərir. Təbii ki, burada genetik amil də öz sözünü deyir. Hazırda uşaqların bir çoxunda sosial şəbəkə hesabları var.

Məsələn, voleybolla məşğul olan 1 uşaq yarışda əldə etdiyi nailiyyəti öz səhifəsində paylaşır. Başqa uşaqlar da ona baxırlar və həvəslənirlər. Ona görə də istər yerli, istərsə də beynəlxalq voleybol yarışlarının təşkili bu idman növünün inkişafına olduqca ciddi təsir edir.

Biz uşaqlar arasında yoldaşlıq görüşləri keçirilən zaman onlara bildiririk ki, əsas qalib olmaq deyil, iştirak etməkdir. Belə olduqda, uşaqlara psixoloji olaraq, neqativ təsir etmir”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 05 Dekabr 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see370

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see346

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see340

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see321

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see274

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see273

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see260

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see247

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see226

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see223

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see222

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see218

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see217

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see216

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see216

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see210

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see202

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see196

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri