Icma.az
close
up
RU
Uşaqlar birinci sinfə necə adaptasiya oluna bilər?

Uşaqlar birinci sinfə necə adaptasiya oluna bilər?

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

"Məktəb həyatı uşaqlar üçün yeni bir mərhələnin başlanğıcıdır. Uşaq bağçadan məktəbə keçid edərkən gündəlik həyatında, sosial münasibətlərində və öyrənmə mühitində böyük dəyişikliklər yaşayır. Bu dəyişikliklərə uyğunlaşmaq, adaptasiya prosesi valideynlərin və müəllimlərin düzgün yanaşması ilə daha asan və sağlam şəkildə həyata keçirilə bilər".

Bu fikirləri Redaktor.az-a açıqlamasında psixoloq Pərvanə Musayeva birinci sinfə gedən şagirdlərdə adaptasiya prosesindən danışarkən bildirdi.

"Valideynlər üçün uşağı məktəbə psixoloji cəhətdən hazırlamaq vacibdir. Onlara məktəbin yalnız dərs və qaydalardan ibarət olmadığını, həm də yeni dostlar, maraqlı fəaliyyətlər və kəşflərlə dolu bir mühit olduğunu anlatmaq lazımdır. Valideynlər məktəbi qorxulu bir yer kimi təqdim etməməli, əksinə öyrənməyin əyləncəli tərəflərini vurğulamalıdır. “Artıq sən böyümüsən” kimi müsbət mesajlar uşağın özünə inamını artırır. Həmçinin düzgün gündəlik rejim qurmaq, yuxu, qidalanma və istirahət vaxtlarını məktəb rejiminə uyğunlaşdırmaq uşağın həm fiziki, həm də emosional rahatlığı üçün önəmlidir. Uşağa geyinmək, çantasını toplamaq və kiçik məsuliyyətləri yerinə yetirmək vərdişi qazandırmaq müstəqilliyi təşviq edir və məktəb həyatına uyğunlaşmanı asanlaşdırır. Uşaq məktəblə bağlı qorxu və ya həyəcan yaşadıqda isə onu diqqətlə dinləmək və hisslərini qəbul etmək adaptasiya prosesini dəstəkləyir".

Psixoloq qeyd etdi ki, müəllimlər ilk günlərdə mehriban və anlayışlı olmalıdır.

"Müəllimin səmimi yanaşması uşaqların məktəbə münasibətini müsbət istiqamətdə formalaşdırır. Dərsləri yalnız akademik biliklərlə məhdudlaşdırmamaq, oyun, mahnı və qrup fəaliyyətləri ilə zənginləşdirmək uşaqların məktəbi sevməsinə kömək edir. Sinifdə dostluq mühiti yaratmaq, əməkdaşlıq, paylaşma və qarşılıqlı hörməti təşviq etmək adaptasiyanı asanlaşdırır. Müəllimlər valideynlərlə sıx ünsiyyət saxlamalı, uşağın adaptasiya prosesində yaranan çətinlikləri birlikdə həll etməlidirlər. Hər bir uşağın fərqli xarakteri və öyrənmə tərzi olduğu üçün müəllimin fərdi yanaşması adaptasiya prosesini sürətləndirir. Uşaqların 1-ci sinfə adaptasiyası həm valideynlərin, həm də müəllimlərin birgə dəstəyi ilə daha asan keçir. Əsas məqsəd uşağın özünü təhlükəsiz, sevilən və dəyərli hiss etməsini təmin etməkdir. Bu halda məktəb həyatına müsbət münasibət formalaşacaq və öyrənmə prosesi daha səmərəli olacaq", - deyə müsahibimiz yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Sentyabr 2025 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri