Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Serialdakı Arda illər sonra (Foto)

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

Uşaqlar hələ də nağıllara inanırmı? Nuran Yaqub

Uşaqlar hələ də nağıllara inanırmı? Nuran Yaqub

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Nuran Yaqubun "Oxumayan uşaqlara yazılan ədəbiyyat" adlı yeni yazısını təqdim edir.

Uşaq olmaq bu dünyada ən az qaldığımız haldır. Amma nə qəribədir ki, ədəbiyyatın ən çox toxunduğu, ən çox arzuladığı hal da elə uşaq olmaqdır. Kitablar içində uşaq qalmaq istəyirik, qəhrəmanların saf duyğularında, sevincli dialoqlarında bir parça öz uşaqlığımızı görmək istəyirik. Bəs bu gün uşaq ədəbiyyatı kim üçündür?

Artıq yeni bir nəsil böyüyür – adını da qoymuşuq: alfa nəsli. Tabletlə doğulan, sosial media ilə dil açan, "sürətli baxış" funksiyası ilə böyüyən bir nəsil. Onlar üçün bir videonun ilk üç saniyəsi vacibdir, kitabın ilk sətri deyil. Onlar danışmırlar, "emoji"lər göndərirlər. Onlar kədərlənmirlər, səssiz rejimə keçirlər. Və belə bir zamanda, kağızın qoxusunu tanımayan, hər şeyə bir kliklə çatan bu uşaqlara biz hələ də nağıl yazırıq. Yazırıq, çünki inanırıq ki, hələ də kiminsə gözlərində Şəngülüm, Şüngülüm üçün yer var. Amma bir sual yaranır: onlar oxuyurmu?

Bu günün uşaqları düşünməkdən qaçmır. Sadəcə düşünmə forması fərqlidir. Uşaq ədəbiyyatı isə uzun illər eyni formada qalır. Klassik strukturlar, nağıl tipologiyaları, müəllifin monoloji danışığı artıq onlar üçün kifayət qədər maraqlı deyil. Onlar interaktivlik istəyir – cavab vermək, dəyişmək, seçim etmək.

Yəni məsələ ondadır ki, uşaqlar kitabı sevmir deyə yox, hazırkı istək və tələblərinə cavab vermir deyə oxumurlar.

Yəni bugünkü uşaq ədəbiyyatı bizim uşaqların istəklərinə cavab verə bilmir.

Uşaq ədəbiyyatı bu gün artıq təkcə “nə yazmaq” üzərində yox, “necə yazmaq” üzərində düşünməlidir. Və bu "necə" sualının cavabları artıq texnologiyadan, vizual mədəniyyətdən, psixoloji trendlərdən keçir. Bir uşaq indi özünü Tıq-tıq xanımda deyil, virtual oyundakı avatarında görürsə, biz ona yalnız keçmişdən danışaraq bu günə çata bilmərik.

Ədəbiyyat tarix boyu təkcə estetik yox, həm də sosial funksiya daşıyıb. Uşaq ədəbiyyatının isə bu funksiyası daha aydındır: formalaşdırmaq. Amma alfa nəsli artıq klassik formalaşma proseslərinə tabe olmur. Onlar üçün "oxu – anla – nəticə çıxar" ardıcıllığı çox ləng görünür. Çünki paralel şəkildə 10 ekran, 5 video və 3 səs onları daha “dinamik” düşünməyə vərdiş etdirir. Və nəticədə ədəbiyyatın verdiyi mədəni lənglik onlarda sıxıntı yaradır. Halbuki bu lənglik düşüncənin oturuşması üçün ən vacib mərhələdir.

Deməli, uşaq ədəbiyyatının bugünkü əsas problemi onun formasının aktuallığını itirməsi, funksiyasının isə hələ də yaşamasıdır. Beləliklə, janr öz varlığını məhz yenilənmə yolu ilə qoruyub saxlaya bilər.

Uşaq ədəbiyyatının müasir oxucu ilə əlaqə yaratmasında əsas məqam alfa nəslinin zövqünün digər nəsillərdən fərqlənməsidir. Alfa nəslinin zövqü daha çox vizual və interaktiv mətnlərə əsaslanır. Bu isə ədəbiyyatın ənənəvi “oxunmaq üçün” deyil, “yaşanmaq üçün” yaradılması zərurətini doğurur.

Bu nöqtədə fransız semiotiki Roland Bartsın “Oxucunun ölümü” tezisini xatırlamaq yerinə düşər. Barts mətnin müəllifdən çıxaraq oxucu tərəfindən yenidən qurulduğunu vurğulayır. Müasir uşaq oxucusu isə bu prosesi aktiv şəkildə həyata keçirir: o, mətnin davamını oyunda tapır, onun vizual versiyasını izləyir, sosial mediada paylaşır, hətta yeni versiyasını yaradır.


Maraqlı paradokslardan biri də odur ki, uşaq ədəbiyyatının bugünkü əsas istehlakçısı, əslində, birbaşa uşaq deyil, onun valideyni və ya müəllimidir. Bu isə müəllifi iki istiqamətdə yazmağa vadar edir: həm uşağın emosional və estetik ehtiyaclarını qarşılamaq, həm də böyüklərin pedaqoji gözləntilərinə cavab vermək.

Nəticədə yaranan ədəbiyyat– nə tam didaktik, nə də tam oyunvari olur. Bu ikililik bəzən ədəbi dəyəri zəiflədən faktora çevrilə bilər. Ona görə də, müasir uşaq ədəbiyyatı konsepti ikiqat auditoriyanı nəzərə alan çoxqatlı struktura malik olmalıdır. Yəni həm uşaq üçün vizual və emosional cəlbedici olmalı, həm də böyüklər üçün təhlil edilə bilən, mənəvi məzmun daşımalıdır.

Əgər uşaq ədəbiyyatının gələcəyindən danışırıqsa, bu janrın müasir dövrdə sadəcə mətn olmaqla kifayətlənə bilməyəcəyini qəbul etməliyik. Biz məsələni yalnız tematik və ya janr çərçivəsində deyil, mədəniyyət və texnologiya kontekstində də dəyərləndirməliyik. Alfa nəslinin inkişaf etdiyi dövrdə uşaq ədəbiyyatı artıq klassik modeldə – müəllifin danışdığı, uşağın isə yalnız dinlədiyi bir strukturda mövcud ola bilməz. Bu gün uşaq ədəbiyyatının qarşısında duran əsas vəzifə – paralel mədəniyyət axarlarında, yəni texnologiya, vizual estetika və sosial şəbəkə ritmində uşaqla ünsiyyət qurmağı bacarmaqdır.

Ədəbiyyat heç vaxt təkcə sözlərdən ibarət olmayıb. O, həm də dövrün dilini, duyumunu, düşüncə tərzini daşıyıb. İndi isə dövrün ritmi dəyişib və uşaq ədəbiyyatının dili də dəyişməlidir. Bu dəyişiklik sadəcə yeni obrazlar və ya müasir mövzular yazmaqla məhdudlaşmamalıdır. Söhbət uşaq ədəbiyyatının strukturunun, ifadə formalarının, təqdimat mexanizmlərinin və hətta məqsəd auditoriyasına çatdırılma yollarının yenidən düşünülməsindən gedir.

Uşaq ədəbiyyatın formalaşdırıcı gücü var, bəli. Amma bu güc yalnız o zaman işlək olur ki, uşaq həmin ədəbiyyatla bağ qura bilir. Bu bağ isə bu gün keçmişin romantik nostalgiyasına yox, bu günün dinamik reallığına söykənməlidir.

Yekunda demək olar ki, müasir uşaq ədəbiyyatının əsas missiyası — uşağı özünə uydurmaq yox, uşağın dəyişən reallıqlarına uyğunlaşmaqdır. Əgər uşaq dünyası artıq dəyişibsə, uşaq ədəbiyyatı da bu dəyişikliyi yalnız izləməməli, ona yaradıcı şəkildə cavab verməlidir. Yəni bu ədəbiyyat nəinki uşağın dilində danışmalı, həm də uşağın ritmində nəfəs almalıdır. Yalnız bu halda uşaq ədəbiyyatı oxunacaq və daha da önəmlisi: yadda qalacaq.

Everesti fəth etmək üçün nə qədər pul xərcləməlisiniz? Bağ evi - Rüstəm İbrahimbəyovun hekayəsi Mədəni irsimiz Aşqabadda
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://kulis.az
archiveBu xəbər 02 İyun 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see351

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see347

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see335

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see294

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see263

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see229

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see209

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see197

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see191

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see188

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see187

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see185

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see176

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see173

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see173

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see173

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see162

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see161

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see161

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri