Jurnalist Masazır avtobusundan şikayət etdi: Abır həya qalmayıb, qanqaraçılıqdır
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Mümkünsə, 525 saylı Masazır-Memar Əcəmi marşrutuna bir əl gəzdirin. Camaat hər səhər pik saatlarda yollarda qalır".
Ölkə.Az xəbər verir ki, bu barədə jurnalist Elgün Mənsimov Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət ünvanlayıb. O, avtobusların intervalının çox olmasından kəskin narazılığını bildirib:
“Avtobusların sayı artırıldı, interval guya 5 dəqiqəyə düşəcəkdi, amma 10-15 dəqiqəyə ancaq gəlirlər. Gələndə də sürücülər, saxlamır, saxlasalar da, minməyə yer yoxdur. İnsanlar rəsmən presslənir. Camaat yazıqdır. Belə olmaz!
Zəngilan şəhərciyinə hər iki avtobusdan birinin 2-3 nəfərlə getməyi mütləqdirmi? Olmazmı pik saatlarda 3-4 avtobusdan birini ora göndərəsiniz?! Şəhər istiqamətindən gələn o 2-3 nəfər düşüb digər avtobusu gözləyə bilər. Amma minlərlə insana yazıq deyilmi?
Vətəndaşlar arasında, vətəndaşlar və sürücülər arasında abır-həya da qalmayıb. Hər gün dava, hər gün söz-söhbət, hər gün qanqaraçılıq! Sərnişinlərin də, sürücülərin də psixologiyası pozulub artıq!”
Qeyd edək ki, sözügedən şikayətlə əlaqədar Ölkə.Az AYNA-ya sorğu ünvanlayıb.
Billurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:20
Bu xəbər 23 Dekabr 2025 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















