Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Yenidən məhkəmədə üz üzə gələcəklər

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

Uşaqlar “rəqəmsal epidemiya” hədəfində

Uşaqlar “rəqəmsal epidemiya” hədəfində

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeni nəsli bu bəladan kim və necə qorumalıdır?

Dünən “Azərbaycan Uşaqları” İctimai Birliyinin və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “Yeni reallıqlar, yeni həllər: uşaqların ekran və virtual mühitə aludəçiliyi, müdafiəsiz vəziyyətə düşməsi” mövzusunda ictimai müzakirə keçirildi.

Məclisdə Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbər şəxsləri, müxtəlif universitetlərin sosial iş ixtisası üzrə təhsil alan tələbələri, eləcə də “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzinin sakinləri iştirak edirdilər.

İctimai müzakirəni giriş sözü ilə açan “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə tədbir iştirakçılarını salamlayaraq mövzunun son dövrlər xüsusi aktuallıq kəsb etdiyini vurğuladı. O, zərərli rəqəmsal mühitin təsirinə məruz qalan uşaqların sayının gündən-günə artmasının ciddi narahatlıq doğurduğunu diqqətə çatdırdı.

Tədbir çərçivəsində zərərli rəqəmsal mühitin qurbanına çevrilmiş real həyat hekayəsi əsasında hazırlanmış sosial çarxlar nümayiş etdirildi. Ardınca 4 panel müzakirəsi və açıq ictimai müzakirə təşkil olundu.

Birinci panel müzakirəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva və Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli “Təhsil və texnologiya arasında balans: rəqəmsal həllər uşağın inkişafına necə təsir edir?” mövzusu ətrafında çıxış etdilər.

Digər panellərdə Milli Məclisin deputatı Azər Allahverənov, Qadın Konsensus Mərkəzinin rəhbəri, jurnalist Aynur Camalqızı “Rəqəmsal uşaqlıq: süni intellekt dövründə uşaqlıq anlayışı necə dəyişir?”, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Bakı Psixologiya Mərkəzinin uzman psixoloqu və psixoterapevti Nərmin Osmanlı “Ekran arxasındakı təhlükələr: rəqəmsal mühitdə uşaqların psixososial riskləri”, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova və Regional İnkişaf İctimai Birliyinin nümayəndəsi Gülbağda Leysanova “Uşaqların rəqəmsal təhlükəsizliyi kimin məsuliyyətidir: valideyn, dövlət, yoxsa vətəndaş cəmiyyəti?” mövzuları ətrafında müzakirə apardılar.

Milli Məclisin deputatı Mehriban Vəliyeva çıxışında qeyd etdi ki, dünyanın yeni düzənində iqtisadi dövlətçiliyin önə çıxdığını müşahidə edirik: “Siyasi proseslər çoxqütblülüyə yol açsa da, rəqəmsallaşma bizi birqütblülüyə doğru aparır. Dünyanın texnoloji mərkəzlər tərəfindən idarə olunması, sanki klonlaşdırma prosesini reallaşdırır. Rəqəmsal idarəetmədə sosial təsir, mənəvi aşındırma, yeni insan modelinin yaradılması prosesləri güclü çay axınına bənzəyir. Bu prosesdə ya sən idarə etməlisən, ya səni idarə edəcəklər. Bu baxımdan yeni nəslin tərbiyəsində xarakterin formalaşması üçün yeni yanaşmalar bizi ciddi düşündürməlidir”.

Ekran asılılığını aradan qaldırmaq və özünənəzarətə keçmək lazımdırmı? Əslində, bəşəriyyət tarixində hər nəsil əvvəlkilərdən fərqli çətinliklər və imkanlarla üzləşib. Bu, xüsusilə son illərdə sürətlə inkişaf edən texnologiya və dəyişən cəmiyyətlərlə əlaqədar daha da aydın görünür. Hətta nəsillər arasında məsafə də kiçilib. “Zet nəsli” bitməmiş “alfa nəsli” və sonra digəri gəlir. Hərəsinin öz xarakterik xüsusiyyətləri və çətinlikləri olur. Sənaye inqilabları hər şeyi dəyişdirdiyi kimi, insan xarakterini də transformasiyaya uğradır. Texnoloji inqilab dövrünün insanı da yeni yanaşmalar və dəyişikliklərə uğrayır.

Əslində, insan bioloji varlıq kimi, təbii olaraq, dəyişərkən mütləq ki, ətraf mühitin təsirinə – sosial və psixoloji, texnoloji təsirə məruz qalır. Bundan əziyyət çəkən isə cəmiyyət üzvləri, xüsusilə valideynlər və müəllimlər olur. Övladlarımıza hakim olmadıqca və onların öhdəsindən gəlmədikcə isə fəsad uşaqların özündə görünür: stres, aqressiya, güvənsizlik, inamsızlıq, intihar, qeyri-müəyyənlik, autizm, diqqət əskikliyi kimi hallarla qarşılaşırıq.

Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli müzakirənin əhəmiyyətindən danışaraq bildirdi ki, birgə müzakirə etdiyimiz mövzu istiqamətində ixtisaslaşdırılmış QHT-lər var. Bu yöndə fəaliyyət göstərən uşaq “qaynar xətti” də böyük rol oynayır. O, çıxışında qeyd etdi ki, kibercinayətkarlar uşaqlara dost kimi yaxınlaşaraq şəxsi məlumatlarını əldə edirlər. Bu istiqamətdə media nümayəndələrinin də iştirakı ilə valideynlər üçün maarifləndirmə tədbirlərinin keçirilməsi vacib məsələdir.

R.İskəndərli uşaqların rəqəmsal mühitdə müdafiəsi istiqamətində dövlət siyasətinin sistemli şəkildə həyata keçirildiyini vurğuladı. O, həmçinin dedi ki, uşaqların zərərli informasiyalardan qorunması sahəsində qəbul olunmuş qanunvericilik sənədləri bu istiqamətdə hüquqi tənzimləməni təmin etməlidir.

Milli Məclisin deputatı Azər Allahverənov qeyd etdi ki, indi informasiya əsridir. Lakin ekran asılılığı, virtual aləmin gətirdiyi yeni dəyərlər bizi bizdən alır:  “Sanki, uşaqlarımız bizdən kənarda virtual aləmin təsiri ilə böyüyürlər.  Müasir dövrün təklif etdiyi yeni reallıqlar qarşısında valideynlərin və müəllimin məsuliyyəti artır. Müasir ­valideynlər və məktəb öz uşaqlarını həm həyatda uğurlu olmaq, həm də psixoloji sağlam böyümək üçün düzgün istiqamətləndirməlidirlər”.

Deputat diqqətə çatdırdı ki, kompüter, mobil vasitələr, smartfonlar, video oyunlar, sosial şəbəkələr və digər internet saytları ilə erkən yaşlarda tanış olan uşaqlar çox zaman sosial şəbəkələrin və əyləncə saytlarının mümkün təhlükələrini tam dərk etmirlər: “İnternetin əksər məkanlarda müxtəlif vasitələrlə əlçatan olması uşaqların virtual məkandakı fəaliyyətinin valideynlər tərəfindən nəzarət və idarə olunmasını çətinləşdirir. Bir çox hallarda valideynlər və himayəçi şəxslər internetin uşaqlar üçün təhlükəli tərəfləri barədə lazımi dərəcədə məlumatlı olmurlar. Məhz bu baxımdan belə treninq və görüşlərin keçirilməsi həm uşaqların, həm də valideynlərin maariflənməsi sahəsində mühüm əhəmiyyət kəsb edir”.

Daha sonra toplantı açıq müzakirələrlə davam etdi, mövzu ilə bağlı təklif və tövsiyələr dinlənildi. Səsləndirilən təkliflərilə bağlı kitabın hazırlanması qərara alındı. 

Müşfiq MİRZƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Dekabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see757

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see722

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see717

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see524

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see513

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see493

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see422

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see377

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see372

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see365

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see358

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see352

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see346

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see345

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see340

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see339

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see334

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see325

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see320

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see267
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri