Icma.az
close
up
RU
Uşaqlar üçün təhlükəli səssizlik: Müraciət var, sistem yoxdur

Uşaqlar üçün təhlükəli səssizlik: Müraciət var, sistem yoxdur

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sosioloq xəbərdarlıq edir: Qaynar xətt problemi yox, simptomu göstərir


Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə (AUQX) 2025-ci ilin yanvar-iyun ayları ərzində 2173 müraciət daxil olub.

Müraciətlər arasında psixoloji dəstəklə bağlı sorğular (497) üstünlük təşkil edib. Bununla yanaşı, hüquqi yardım üzrə 392, sosial məsələlərlə bağlı 378, təhsil üzrə 96, səhiyyə ilə əlaqədar 24 müraciət qəbul edilib. 750-dən çox zəng isə ümumi xarakterli sualları, xidmət haqqında məlumat sorğularını və digər müxtəlif mövzuları əhatə edib.

15-18 yaşlı yeniyetmələrdən gələn 1345 sorğu müraciətlərin əksəriyyətini təşkil edib. Qalan sorğuların 502-si 11-14 yaşlı, 326-sı isə 10 yaşadək uşaqlarla bağlı olub.

Bu müddət ərzində 78 ailə mərkəzə dəvət olunaraq, hüquqi, psixoloji və psixososial dəstəklə təmin olunub. Ümumilikdə, 300-dən çox sosial-psixoloji reabilitasiya işi həyata keçirilib. Həmçinin təcili müdaxilə tələb edən hallar üzrə 73 məktəb və ailəyə təxirəsalınmaz səfərlər baş tutub.

Hesabat dövrü ərzində xidmətin fəaliyyəti barədə məlumatlılığın artırılması məqsədilə Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin əməkdaşları Bakı, Sumqayıt və Abşeron üzrə üç peşə məktəbi, doqquz orta məktəb və bir Gənclər evində maarifləndirmə tədbirləri keçiriblər.

2010-cu ildə yaradılan “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti fəaliyyətini “Azercell Telekom” MMC və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi, "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyinin idarəçiliyi ilə davam etdirir.

24/7 rejimdə fəaliyyət göstərən Qaynar Xəttə 116111 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, elektron poçt ünvanı ([email protected]), Facebook və Instagram sosial şəbəkə profilləri (@usaqqaynarxetti), “Uşaq Qaynar Xətti” mobil tətbiqi və AUQX-nin rəsmi veb-saytı üzərindən müraciət etmək mümkündür.


Sosioloq Yusif Nəbiyev “Sherg.az”a bildirib ki, Uşaq Qaynar Xəttinin mövcudluğu müasir cəmiyyətlərdə sosial rifah sisteminin vacib bir hissəsidir:


“Belə xidmətlər, xüsusən də uşaqların öz hüquqlarını ifadə edə bilmədiyi və ya ailə içində təzyiq altında olduğu şəraitlərdə, onların səsini eşitməyə imkan yaradan nadir vasitələrdən biridir. 2173 müraciət isə, təəssüf ki, bu ehtiyacın nə qədər real və genişmiqyaslı olduğunu göstərir. Amma qaynar xəttin olması nə qədər lazımlı olsa da, bu o demək deyil ki, bununla hansısa problem köklü formada həll olunur. Əgər hər il minlərlə uşaq yardım istəyirsə, deməli, onları bu nöqtəyə gətirən səbəblərlə - zorakılıq, laqeydlik, yoxsulluq, təhsilsizlik — sistematik şəkildə mübarizə aparılmır. Bu, təkcə telefon nömrəsi ilə, qaynar xətlə yox, ailə institutuna, təhsil sisteminə, hüquqi mexanizmlərə yenidən baxmaqla həll oluna biləcək bir problemdir. Qısaca desək, bu qaynar xətt simptomları aradan qaldırmağa hədəflənib, lakin səbəblərin dərin kökləri yenə də olduğu yerdə qalır. Yəni, uşaq zəng vurur, psixoloq onu sakitləşdirir, məsləhət verir, vəssalam. Amma uşaq ertəsi gün yenə eyni evə, eyni valideynə, eyni sosial şərtlərə qayıdır. Nəticədə sistemik problemlərin fərdiləşərək gizlənə bilməsinə, kamuflyaj olmasına şərait yaranır”.  


Sosioloqun sözlərinə görə Əlavə bu kimi təşəbbüslərin bəzi arzuolunmaz nəticələri də ola bilir:

“Belə qaynar xətlərin varlığı, bəzən dövlətin və cəmiyyətin digər strukturlarının məsuliyyətini arxa plana keçirə bilir. Təhsil sistemi, sosial xidmətlər, hüquq-mühafizə orqanları passiv qalaraq məsuliyyəti bir qaynar xəttə həvalə edə bilirlər. Necə deyərlər, yardım var deyə, heç kim sistemli dəyişiklik üçün hərəkətə keçmir. Və ən qorxulusu budur ki, bəzi hallarda bu kimi qaynar xətlərdə "call center"-də oturan fərdlərin özləri də yetərincə peşəkar olmaya bilir. Uşaqlara "hər şeyi danışa bilərsən" deyilir, amma qarşıda peşəkar olmayan, empatiyadan uzaq və ya hətta danışığı və ya tərzi, üslubu ilə travmatizasiya edən biri varsa, bu, daha pis nəticələr doğura bilir. Yəni biz uşaqda etimad formalaşdırıb, sonra onu travmatik şəkildə sındıra da bilərik.  Yekunda bunu deyə bilərik ki, bu tip qaynar xətlər faydalıdır, amma onları dərman, həll yolu kimi yox, siqnal, indikator kimi qəbul etməliyik. Onlar qanayan yaranın varlığından xəbər verə bilər, amma bu o demək deyil ki, biz sadəcə bu qanı silməklə işi bitmiş saymalıyıq. Bu sadəcə vicdan rahatlatmaqdır və məsuliyyətdən boyun qaçırmaqdır. Əsas iş bu yaraya səbəb olan sistemik problemləri aradan qaldırmaqdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 İyul 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri