Icma.az
close
up
RU
Uşaqlara satılan qidalar nə qədər təhlükəsizdir? EKSPERT ŞƏRHİ

Uşaqlara satılan qidalar nə qədər təhlükəsizdir? EKSPERT ŞƏRHİ

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Jelibonlar, sürpriz yumurtalar, peşmaniyə və bubble tea kimi məhsulların uşaqlar üçün aktiv şəkildə satışı və reklamı aparılır.

Rəngarəng qablaşdırma və cəlbedici təqdimat bu qidaları uşaqlar üçün daha cazibədar etsə də, onların tərkibinə nəzarətin nə dərəcədə yetərli olduğu isə sual altındadır.

Maraqlıdır, uşaqlar üçün zərərli hesab olunan bu məhsulların satış və reklamının qarşısı necə alınmalıdır?

Xüsusilə bayram hədiyyələrində sağlam alternativlərin təşviqi hansı mexanizmlərlə mümkün ola bilər?

Mövzu ilə bağlı Gununsesi.info -ya danışan qida məsələləri üzrə ekspert Asim Vəliyev bildirib ki, bu tip məhsulların əksəriyyətində yüksək miqdarda şəkər, süni rəngləndiricilər, dadlandırıcılar və bəzən uşaqların sağlamlığı üçün uyğun olmayan qatqı maddələri yer alır:

“Uşaqlar cəmiyyətimizin ən həssas və xüsusi diqqət tələb edən risk qrupuna daxil olan kateqoriyadır. Çünki onların immunitet sistemi hələ inkişaf mərhələsindədir. Bu səbəbdən uşaqlar üçün nəzərdə tutulan jelibonlar, sürpriz yumurtalar, peşmaniyə və bubble tea kimi məhsulların tərkibinə müəyyən nəzarət mexanizmləri mövcuddur. Lakin bir çox hallarda bu nəzarət kifayət qədər effektiv olmur. İdxal olunan məhsullarda etiket məlumatlarının tam və aydın şəkildə göstərilməməsi əlavə risk yaradır. Reklamlarda isə məhsulun mümkün zərərləri deyil, əsasən cəlbedici görüntüsü və uşaqlar üçün maraqlı təqdimatı ön plana çıxarılır”.

Asim Vəliyev uşaqlar üçün zərərli məhsulların qarşısının alınması məqsədilə atılmalı olan bir sıra vacib addımlara toxunub.

“İlk növbədə, uşaqlara yönəlik qidalarda şəkər və kimyəvi qatqı maddələrinin miqdarı ciddi şəkildə məhdudlaşdırılmalıdır. Reklam məsələsinə də xüsusi diqqət yetirilməlidir. Dövlətin aidiyyəti qurumları tərəfindən televiziya və sosial şəbəkələrdə uşaqlara yönəlik zərərli qidaların reklamına məhdudiyyətlər tətbiq olunmalıdır. Digər vacib məsələ valideynlərin maarifləndirilməsidir. Hər bir valideyn övladına hansı məhsulu aldığını və onun tərkibini bilməlidir.

Uşaqlar üçün hazırlanan Yeni il hədiyyələri də bu baxımdan xüsusi diqqət tələb edir. Klassik şirniyyat paketləri əvəzinə quru meyvələr, çərəzlər, şəkərsiz peçenyelər, təbii şirələr və digər sağlam məhsullar hədiyyə bağlamalarına daxil edilə bilər. Eyni zamanda, kitablar, oyuncaqlar və inkişaf etdirici oyunlar da daha sağlam və faydalı alternativ hesab olunur. Bu prosesdə istehsalçıların, satıcıların və valideynlərin koordinasiyalı fəaliyyəti mühüm rol oynayır. Bazarda sağlam seçimlər nə qədər çox olarsa, valideynlərin düzgün və təhlükəsiz seçim etməsi də bir o qədər asanlaşar”,-deyə Asim Vəliyev fikirlərini yekunlaşdırıb.

Firuzə Mahmudova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 30 Dekabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see744

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see677

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see257

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see224

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see220

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see217

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see211

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see185

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see178

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see177

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see175

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see170

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see169

Kanada ABŞ a dizel yanacağı ixracını artırmağı planlaşdırır

12 Oktyabr 2026 04:50see162

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri