Uşaqlarda bağırsak parazitlərinə qarşı qorunma və müalicə yolları
Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.
Bağırsaq parazitləri uşaqların düzgün böyüməsinə mane ola bilər.
Pravda.az bildirir ki, yaxşı qidalanan uşaq belə, bağırsaq parazitlərindən əziyyət çəkə bilər. Bu xəstəlik çox zaman ailələr tərəfindən fərq edilmir, amma müalicə edilmədikdə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Əsas simptomlar
Yuxu zamanı ağızdan su gəlməsi
Daimi bulantı və qusma
Şiddətli qarın ağrısı
İştahsızlıq və halsızlıq
Çox az və ya ani kilo itkisi
Ciddi nəticələr
Müalicə olunmazsa parazitlər anemiya, qaraciyər və dalaq böyüməsi, bağırsaq tıxanması, dəridə səpkilər, astma, böyümə geriliyi və ağır orqan zədələnmələrinə səbəb ola bilər.
Müalicə və tədbirlər
Müalicə parazitin növünə görə fərqli olur. Eyni zamanda, bütün ailə üzvləri müalicə edilməlidir. Parazitlərdən qorunmaq üçün uşaqlara yemək hazırlarkən və təmizlikdə diqqətli olunmalı, meyvə və tərəvəzlər yaxşıca yuyulmaldır.
Qorunma üsulları
Əllərin yaxşıca yuyulması
Çiy meyvə və tərəvəzlərin yuyulması
Az bişmiş ət yeməmək
Uşaqları çirkli sahələrdən uzaq tutmaq
Dırnaqları qısa saxlamaq
Bütün bu tədbirlərlə uşaqların sağlamlığını qorumaq mümkündür.
Əminə Bayramova


