Icma.az
close
up
RU
Uşaqlarda əlavə qidalanmaya nə vaxt başlanmalıdır? PEDİATR DANIŞDI

Uşaqlarda əlavə qidalanmaya nə vaxt başlanmalıdır? PEDİATR DANIŞDI

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Körpənin sağlam və balanslı inkişafı üçün həyatın ilk ayları çox önəmlidir. Bu dövrdə ana südü, tərkibi ilə körpənin bütün ehtiyaclarını ödəyən, təbii və ən uyğun qida hesab olunur”. Bu sözləri SİA-ya açıqlamasında həkim pediatr Səbinə Məmmədova deyib.

Səbinə Məmmədova sözlərinə belə davam edib: “Araşdırmalar göstərir ki, yalnız ana südü ilə qidalanan körpələrin həm immuniteti güclü olur, həm də inkişafı daha sağlam şəkildə gedir.

Əlavə qidalanma nədir?

Əlavə qidalanma – körpəyə ana südünə əlavə olaraq verilən digər maye və bərk qidalardır. Bu mərhələyə keçid, körpənin inkişafına uyğun şəkildə, onun böyümə və enerji ehtiyaclarını qarşılamaq məqsədilə həyata keçirilir.

Əlavə qidalanmaya nə vaxt başlanmalıdır?

Əlavə qidalanma tam 6-cı aydan etibarən başlayır. Bu dövrdə körpənin orqanizmi artıq ana südü ilə yanaşı başqa qidaları qəbul etməyə hazır olur.

Əlavə qidalanmaya başlamadan əvvəl aşağıdakı əlamətlər müşahidə olunmalıdır:

Körpə başını dik saxlaya bilir;

Oturmağa başlayır və dayanıqlıdır;

Yeməyə maraq göstərir, böyüklərin yeməyinə baxır;

Əli ilə əşyaları ağzına aparır;

Yeməyi itələmə refleksi zəifləyib və udma bacarığı formalaşıb.

Erkən əlavə qidalanmanın təhlükələri

Əlavə qidalanmaya 6 aydan əvvəl başlamaq bəzi mənfi təsirlərə səbəb ola bilər:

1. Bağırsaq pozuntuları və həzm problemi
Körpələrin həzm sistemi ilk aylarda yalnız ana südünə uyğun şəkildə inkişaf edir. Erkən verilən qidalar bu sistemə yük salaraq ishal, qəbizlik və qaz problemi yarada bilər.

2. Allergik reaksiyalar
Körpənin immun sistemi hələ tam formalaşmadığı üçün erkən təqdim olunan bəzi qidalar (yumurta, balıq, süd məhsulları və s.) allergiyaya səbəb ola bilər.

3. Qidalanma pozğunluğu və iştahsızlıq
Qidaya vaxtsız başlama körpənin qida qəbulunda mənfi təcrübə yaşamasına səbəb ola bilər. Bu isə sonradan iştahsızlıq və yeməkdən imtina ilə nəticələnə bilər.

4. Dəmir çatışmazlığı
Əlavə qidaların düzgün seçilməməsi və erkən verilməsi dəmirin orqanizmə mənimsənilməsini azalda bilər. Bu da anemiya riskini artırar.

5. Ana südü ilə qidalanmanın azalması
Əlavə qidaya erkən başlandıqda körpənin ana südünə olan tələbatı azala bilər. Bu da ana südü ifrazının azalmasına gətirib çıxarar.

Əlavə qidaya keçiddə hansı məhsullardan başlamaq lazımdır?

Əlavə qidaya keçid zamanı ilk mərhələdə aşağı allergik riskə malik, yüngül və tərkibi zəngin qidalar seçilməlidir:

Tək tərkibli pürelər (məsələn, balqabaq, kartof, kök);

Süd yox, ana südü və ya su ilə hazırlanmış düyü, qarabaşaq sıyığı;

Alma, armud püresi (çiy deyil, buxarda bişirilmiş);

Kiçik miqdarda bişmiş yumurta sarısı (8 aydan sonra);

Tədricən artırılan ət püreləri və kəsmik (8-9 aydan sonra).

Qida allergiyası riskini azaltmaq üçün yeni bir qida veriləndə 3 gün qaydasına əməl olunmalı – yəni 3 gün ərzində yalnız bir yeni məhsul əlavə edilməlidir.

Nəticə

Əlavə qidalanma körpənin fiziki və zehni inkişafında vacib mərhələdir. Ancaq bu keçid düzgün zamanda və düzgün üsullarla aparılmalıdır. Erkən başlanan əlavə qida körpənin sağlamlığı üçün zərərli ola bilər. Körpənin yaşına və inkişafına uyğun şəkildə, tədricən və nəzarətli qidalanma sağlam gələcəyin əsasını qoyur”.

Ayşən Vəli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 May 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri