Icma.az
close
up
RU
Uşaqları həşərat dişləməsindən qoruyun Tövsiyə

Uşaqları həşərat dişləməsindən qoruyun Tövsiyə

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Həşəratın dişlədiyi yerdən asılı olaraq da vəziyyət ağırlaşa bilər



Yay mövsümündə açıq havada daha çox vaxt keçirən uşaqlar tez-tez həşərat dişləməsinə məruz qalırlar. Bəzən bu, sadəcə, keçici bir qaşınma ilə müşahidə olunsa da, bəzi hallarda ciddi allergik reaksiyalara və hətta həyati təhlükə yarada biləcək ağırlaşmalara səbəb ola bilər. Xüsusilə də allergik orqanizmə malik uşaqlarda bu vəziyyətin ağır formaya keçmə riski yüksəkdir. 


Sherg.az-ın xəbərinə görə, mütəxəssislər valideynləri bu hallara hazır olmağa çağırır və qeyd edirlər ki, həşərat dişləməsi təkcə narahatlıq deyil, bəzi hallarda təcili tibbi müdaxilə tələb edən bir vəziyyətə çevrilə bilər. Pediatr Aytən İsmayılova sosial media hesabında bildirib ki, hər orqanizm həşərat dişləməsinə fərqli reaksiya verə bilər. Eyni zamanda həşəratın dişlədiyi yerdən asılı olaraq da vəziyyət ağırlaşa bilər: 

“Əgər arı ağız içində yanaqda, dildə, damaqda dişləyibsə, bu zaman ödem qırtlağa kimi yayıla bilər və adam ölə bilər. Əgər uşağınızın həssaslığı yüksəkdirsə, yəni allergik uşaqdırsa, o zaman yanınızda Deksametazon, Dimedrol və ya Prednizalon, Suprastin ampulları və əlbəttə şpris olsun. Xüsusilə də bir yerə gedəndə bu dərmanlar götürülməlidir. Bəzən arı olmasa da, başqa zəhərli cücülər olur. Təcili yardım gələnə qədər gözləmək olmaz. Hətta bir neçə ampul vurula bilər. Onsuz da bədən artığını atır. Hormonal müalicə uzun müddət ediləndə yan təsiri olur. Kəskin halda yüksək doza ancaq bizə kömək edə bilər.

Ağcaqanad da dişləyəndə şok olmasa da, yerli güclü reaksiyalar  yaranır. Əsas da gözətrafı yerdən dişləyərsə, çox şişkinlik görülə bilər. Bəzən ağcaqanad, ya başqa həşərat dişləməsi yerində bərkimə, çox qızartı, yanma, göynəmə hissi, yerli istilik olur. Bu, əlbəttə, güclü allergik reaksiya əlamətləridir. Bu zaman ümumi vəziyyətdə də dəyişiklik görə bilirik. Uşaq halsız və narahat olur, başağrı ola bilir, yanma-göynəmə hissi onu narahat edir.

Belə olduqda əlimizdə heç nə yoxdursa, həmin yerə soyuq su şüşəsi, dondurma, buz qoya bilərik. Bu zaman damarlar daralır və ora iltihab hüceyrə axını azalır, yerli keyidici effektli olur.

Həmin yerə sürtmək üçün Fenistil gel, Hidrokortizon məlhəm istifadə edə bilərsiz. Qatıq soyuq deyilsə çəkməyin mənası yoxdur. Zelyonkalamaq da faydasızdır. Sadəcə, nəzarət etmək lazımdır ki, uşaq qaşıyarkən dırnağı ilə zədələyib infeksiya salmasın. Belə ehtimal varsa, yod ya betadin vura bilərsiz. Əgər yerli məlhəmlər 3-4 dəfə istifadədən sonra effekt vermədisə, o zaman daxilə qəbul üçün bir antihistamin verilməlidir, Novosetrin damcı, Loradin sirop, ya Suprastin tablet, ya Diazolin. Dozanı isə həkimlə danışıb müəyyənləşdirmək lazımdır. Güclü reaksiyalar olanda doza artıq və gündə 3 dəfə də verilə bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 İyul 2025 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri