Icma.az
close
up
RU
Uşaqları qrip və soyuqdəymədən necə qoruyaq

Uşaqları qrip və soyuqdəymədən necə qoruyaq

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İlin soyuq aylarında uşaqlarda qrip və soyuqdəymə xəstəliklərinin riski olduqca çoxalır. Təbii ki, uşağı bu xəstəliklərdən tam sığortalamaq mümkün deyil.

Həm də uşaq belə xəstəlikləri keçirdikdə öz immun sistemini sanki "məşq etdirir". Nəticədə növbəti dəfə eyni virus və ya infeksiya ilə "görüşdükdə" uşağın immun sistemi onlara asanlıqla qalib gəlir.

Lakin hər şeydə olduğu kimi burada da müəyyən hədd var. Uşaq həddən artıq tez-tez və ağır xəstələndikdə bu onun immun sistemininə çox mənfi təsir edir.

Beləliklə, valideynlər bütün lazım olan profilaktik tədbirləri görməlidirlər ki, uşaq mümkün qədər gec-gec xəstələnsin, xəstəlik yüngül keçsin və ağırlaşmalar verməsin.

Bunun üçün bu kimi tədbirləri görmək lazımdır:

1. Uşaq yaxşı və xeyirli qidalanmalıdır. Hər gün uşağın pəhrizində təzə meyvə və tərəvəz (mütləq mövsümi!), süd məhsulları, yarmalar, ət (balıq, mal əti, toyuq əti), bitki yağları olmalıdır. Balığı xüsusi vurğulamaq lazımdır - bu xeyirli məhsul immuniteti  möhkəmləndirir. Tərkibində C vitamini olan məhsullar (limon, qarağat mürəbbəsi, itburnu dəmləməsi, portağal, mandarin) daim uşağın pəhrizində olmalıdır. Bu vitamin immuniteti yaxşılaşdırır, orqanizmin xəstəliklərə qarşı davamlılığını artırır. Xəstəliyin ilk simptomlarında həkimlə məsləhətləşdikdən sonra uşağa yaşına uyğun dozada C vitaminin preparatını verin.

2. Uşaq kifayyət qədər yatmalı və dincəlməlidir. Məktəblilər 10 saatdan az yatmamalıdır.

3. Uşaq hər gün 1-1,5 saat açıq havada olmalıdır.

4. Hər gün evin bütün səthlərini suya xüsusi dezinfeksiya vasitələri əlavə edərək nəm əsgi ilə silmək lazımdır. Bu qayda ilə siz evə düşən virus və infeksiyaları məhv edirsiniz. Bundan əlavə bu qayda ilə siz evin havasını nəmləndirirsiniz. Kondisioner və istilik sistemləri evin havasının həddindən artıq qurumasına səbəb olur. Nəticədə bizim selikli qişalarımız da quruyur. Selikli qişalar orqanizmin müdafiə sisteminə aiddir. Selikli qişalara düşən virus və mikroblar burada "bataraq" orqanizmə daxil ola bilmir. Lakin bu vəzifəni yerinə yetirmək üçün selikli qişalar daim nəm qalmalıdır. Quruduqda onlar öz müdafiə funksiyalarını itirir.

5. Virus və mikbobların əksəriyyəti hava "sevmir". Bu səbəbdən gün ərzində bir neçə dəfə mütləq evin havasını dəyişmək lazımdır.

6. Uşağı havaya uyğun geyindirin, lazım olduğundan isti geyindirməyin. Tərləmiş uşaq daha tez xəstələnəcək.

7. Həkimlə məsləhətləşdikdən sonra profilaktik olaraq uşağa yaxşı vitamin-mineral kompleksini verin.

8. Bir qrup məhsulların qəbulu immuniteti stimullaşdırır. Bu məhsulların arasında -  bal (uşağın 3 yaşından sonra), propolis, soğan və sarımsaq (uşağın 3 yaşından sonra), itburnu, moruq və s.

9. Xalq təbabətində immuniteti yaxşılaşdırmaq üçün bitki dəmləmələri istifadə olunur. Bu bitkilərin arasında - kəkotu, moruq və qarağat yarpaqları, badrənc (limonotu), nanə, adaçayı, itburnu, zəncəfil və s.

10. Ən sadə gigiyenik qaydalarına riayət edilməsi uşağı bir çox infeksiyalardan qorumağa imkan verir. Məktəbdən, çöldən qayıtdıqda, qida qəbul etdikdən əvvəl və s. uşaq mütləq əllərini yumalıdır. Uşaqda bu kimi sadə vərdiş formalaşdırın: heç bir halda əllərini üzünə vurmasın.

11. Uşaq daim sakit, rahat və mehriban şəraitdə yaşamalıdır, daim hiss etməlidir ki, onu sevirlər və onun qayğısına qalırlar.

12. Uşağın ağzı və burnu infeksiya və viruslar üçün "giriş qapısıdır". Çöldən evə qayıtdıqdan sonra uşaq boğazını yaxalamalı, burnunu su ilə yumalıdır. Bunun üçün duzlu sudan və ya bitki dəmləmələrindən (çobanyastığı, adaçayı və s.) istifadə etmək olar. Bu qayda ilə siz uşağın selikli qişalarına düşən virus və infeksiyalarla mübarizə aparırsınız.

13. Qış aylarında (xüsusilə də epidemiyalar zamanı) insanlar çoxlu olan yerlərə (dükan, teart, kino və s.) mümkün qədər az gedin, ictimai nəqliyyatdan mümkün qədər az istifadə edin.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 06:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri