Icma.az
close
up
RU
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib

Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Abşeron rayonunda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə silsilə bayram tədbirləri keçirilib.


Pravda.az xəbər verir ki, Abşeron RİH-nin, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlərdə Rayon İcra Hakimiyyətinin rəhbər işçiləri, YAP Abşeron Rayon Təşkilatının sədri, qəhrəman oğullarımızın yadigar övladları, rayon Ağsaqallar Şurasının, eləcə də Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid ailələri, regional mədəniyyət, təhsil, idman idarələrinin məsul şəxsləri iştirak ediblər.


İştirakçılar əvvəlcə Xırdalan şəhərində Ümummilli Lider Heydər Əliyev adına Parkda Ulu Öndərin abidəsini ziyarət ediib, önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad ediblər.


Sonra Abşeron Mədəniyyət Mərkəzində davam etdirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.


Tədbirdə Abşeron RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova çıxış edərək bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan uşaq və gənclər siyasəti sayəsində ölkəmizdə bu istiqamətdə olduqca əhəmiyyətli dövlət proqramları, o cümlədən qərarlar qəbul olunub. Uşaqların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi yetişməsi Ulu Öndər Heydər Əliyevin daim diqqətində olduğunu vurğulayan G.Rəhimova bu siyasətin bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O qeyd edib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daima uşaqların inkişafına xüsusi diqqət yetirilib və bu istiqamətdə Heydər Əliyev Fondu tərəfindən çoxsaylı və çoxşaxəli layihələr icra olunub.
Sonra Abşeron RİH-i yanında İctimai Şuraının sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Abşeron rayonu üzrə nümayəndəsi, aprel şəhidi Əbdülməcid Axundovun anası Ceyran Həsənova və Abşeron Rayon Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov çıxış edərək bildiriblər ki, hər zaman sonsuz sevgi, minnətdarlıq və qürurla xatırladığımız müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev daim uşaqlara böyük qayğı və diqqət göstərib, onların ən böyük himayədarı olub. Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi, uşaq hüquqlarının qorunması, uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı genişmiqyaslı işlər görülüb, müvafiq qanunvericilik aktları qəbul edilib. Bu gün də müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil, suveren və ərazi bütövlüyü tam bərpa olunan qalib ölkəmizdə uşaqlarımız tam təhlükəsiz və azad şəkildə yaşayaır, dövlətimizə, vətənimizə sevgi ruhunda böyüyürlər.


Rayon ərazisində fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarında tərbiyə alan uşaqlar, o cümlədən ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən hazırlanan konsert proqramı, eyni zamanda Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi tərəfindən hazırlanmış “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:26
embedMənbə:https://pravda.az
archiveBu xəbər 31 May 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see192

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see171

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see159

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see132

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see127

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see127

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see123

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see123

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see119

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see118

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see117

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see117

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see117

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see116

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see116

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see115

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see115

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see115

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see114

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri