FHN şəhid övladları üçün Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “açıq qapı günü” keçirib
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə silsilə “açıq qapı günü” tədbirləri
Fövqəladə Hallar Nazirliyi tərəfindən “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə silsilə “açıq qapı günü” tədbirləri keçirilib.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, nazirliyin İctimaiyyətlə əlaqə idarəsi və regional mərkəzlərinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlərdə şəhid ailələrinin üzvləri, FHN-in, yerli icra hakimiyyəti və müvafiq qurumların məsul əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirlərin açılışında, əvvəlcə Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Açıq qapı günü”ndə uşaqlara Nazirliyin regional mərkəzlərinin xilasediciləri və Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən yanğınsöndürmə və xilasetmə texnikası və avadanlıqları təqdim olunub, xilasedicilərin gündəlik iş fəaliyyəti barədə məlumat verilib, uşaqların sualları cavablandırılıb. Uşaqların iştirakı ilə təşkil olunan təlim isə onlarda böyük marağa səbəb olub.
Sonda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi uşaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlayır və bu məqsədlə mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 27 May 2025 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















