Icma.az
close
up
RU
Uşaqların Mehriban dünyası

Uşaqların Mehriban dünyası

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Türkün vüqarlı oğlu, möhtəşəm siyasi xadim Mustafa Kamal Atatürk deyirdi ki, Vətəni qorumaq uşaqları qorumaqla başlayır. Hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün əsas vəzifələrindən biri hesab edir. İşıqlı gələcəyimiz, xoş sabahlarımız olan uşaqlara yüksək qayğı və diqqət dövlətimizin həyata keçirdiyi siyasətin ana hədəflərindəndir. Dövlətimizin yürütdüyü siyasətin təməlində uşaqlara xüsusi diqqət mühüm yer tutur. Prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin respublikamızda “Uşaq ili” elan edilməsi balalarımıza məhəbbətin ən səmimi ifadəsi sayıla bilər.
Azərbaycanın fidan balalarına qayğı və onların sağlam böyüməsi Heydər Əliyev Fondunun da fəaliyyətində ən başlıca prinsiplərdən biridir. Fondun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti, Mehriban xanım Əliyevanın uşaqlara olan sonsuz məhəbbət, diqqət və qayğı xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Fond yarandıqdan sonra ilk ən böyük tədbir uşaqlarla bağlı oldu.
Heydər Əliyev Fondunun prezidenti “Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır” devizini rəhbər tutaraq, çox sadə bir mərama söykənib: Azərbaycan uşaqlarını bəxtəvər görmək!
Azərbaycanın Birinci xanımının bu istiqamətdə həyata keçirdiyi nəcib missiya onu fidan balalarımızın ən yaxın dostuna və böyük himayədarına çevirib. Onun gündəlik fəaliyyətini bu prinsiplər təşkil edir: Vətənə bağlılıq, millətinə, xalqına sonsuz məhəbbət, xəstə və kimsəsiz uşaqlara qayğı, zəngin mədəniyyətimizə dərin hörmət, bir sözlə, insanlıq və bəşəri duyğular naminə fədakarlıq.
Fondun həyata keçirdiyi tədbirlər ölkəmizdə ana və uşaqların sağlamlığının qorunmasına, uşaq müəssisələrinin fəaliyyətinin, eləcə də səhiyyə sisteminin maddi-texniki bazasının yaxşılaşdırılmasına, bilikli, savadlı, geniş dünyagörüşə malik peşəkar kadrların hazırlanmasına yönəldilib. Bu tədbirlərin nəticəsidir ki, son dövrdə uşaq müəssisələri əsaslı şəkildə yenidən qurulmuş, regionlarda müasir tələblərə cavab verən uşaq bağçaları, məktəblər, səhiyyə müəssisələri tikilib istifadəyə verilibdir.
Mehriban xanım Əliyeva bildirir ki, bizim ən böyük arzumuz, əlbəttə, uşaqlarımızı, gənclərimizi savadlı, təhsilli və sağlam görməkdir. Çünki hər bir gəncin, hər bir uşağın gələcəyi onun təhsilindən, savadından, biliyindən asılıdır: “Ölkəmizin gələcəyini, sabahını siz - bugünkü gənclər, bugünkü uşaqlar təmin edəcəksiniz. Ona görə də bu gün sizin ən vacib borcunuz yaxşı təhsil almaqdır. Müasir dünyanın çağırışlarına cavab vermək üçün siz gərək hərtərəfli savada və biliyə malik olasınız. Siz gərək öz Vətəninizi sevəsiniz, vətənpərvərlik ruhunda tərbiyə olunasınız, eyni zamanda, bütün dünyaya açıq olasınız”.
Azərbaycanın Birinci vitse-prezidentinin xoş gələcəyimizin əmanəti olan uşaqlara dərin məhəbbətlə qayğısı və hər zaman onlarla bir yerdə olması ənənə halını alıbdır. Mehriban xanımın uşaqlara olan məhəbbəti o qədər hüdudsuzdur ki, O həyatının ən əziz günlərində də uşaqların yanında olur. Öz doğum gününü uşaqlarla birlikdə qeyd etməsi Onun üçün ən böyük sevinc, ən dəyərli hədiyyədir.
Mehriban Əliyeva hər il 1 iyun - Uşaqların Beynəlxalq müdafiəsi günündə gələcəyimiz olan balacaları unutmur, onlarla bir yerdə olur, balacaların ən ülvi arzularını gerçəkləşdirir, sevinclərinə sevinc payı qatır, Ana nəvazişi göstərir. O, bütün uşaqları xoşbəxt görmək istəyir. İnsanları uşaqlara daim qayğı göstərməyə, onları qorumağa, müdafiə etməyə, cəmiyyətin fəal iştirakçısı, fəal üzvü etməyə çağırır.
2004-cü ildə Azərbaycanda və Türkiyədə keçirilmiş rəy sorğularına görə Mehriban Əliyevanın “İlin xanımı”adına layiq görülməsində onun uşaq dünyasına göstərdiyi diqqət və qayğının əsas götürülüməsi də əbəs deyil. O, bütün uşaqların şirin və xoş dünyasıdır.
Mehriban xanım nəcib və xeyirxah əməllərin sahibi, böyük ürək sahibi, insanpərvər və qayğıkeş xanım kimi sosial baxımdan ən həssas uşaqlara bü cür ehtiram və ehtişamı ilə bütün uşaq və yeniyetmələrin qəlbində sonsuz məhəbbət ocağı yaradıb. Uşaqların bu mehriban qadına olan məhəbbəti də hüdudsuzdur.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 02 İyun 2025 09:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see275

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see272

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see259

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see239

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see239

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see229

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see214

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see213

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see210

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see206

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see203

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see197

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see185

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see183

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see181

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see178

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see170

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see164

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see164

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri