Icma.az
close
up
RU
“Uşaqların psixoloji sağlamlığı və inkişafında ailənin rolu” adlı konfrans keçirilib Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə (FOTOLAR)

“Uşaqların psixoloji sağlamlığı və inkişafında ailənin rolu” adlı konfrans keçirilib Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə (FOTOLAR)

Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mil-Muğan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə İmişli rayon ümumi təhsil müəssisələrinin müəllimlərinin, tərbiyəçi, psixoloq və valideynlərin iştirakı ilə geniş tərkibdə konfrans keçirilib.

Mia.az-ın məlumatına görə, tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov, Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli, eləcə də İmişli rayonu üzrə təhsil sektorunun müdiri Elşad Uğurliyev iştirak edərək mövzu ilə bağlı çıxışlar ediblər.

Konfransın məqsədi ailədaxili münasibətlərin uşaqların emosional rifahına təsiri, ailədə davranış modelləri, sağlam psixoloji mühitin yaradılması və uşaqların sosial-emosional inkişafına dəstək mexanizmləri barədə iştirakçıları məlumatlandırmaq idi.

Tədbirdə çıxış edən Rabil Şahbazov “Ümumi təhsil müəssisələrində 2025-2026-cı tədris ilinin təşkili barədə “Elm və Təhsil Nazirliyinin 10 sentyabr 2025-ci il tarixli 3-29/3-2-563F/2025 nömrəli əmrini diqqətə çatdırıb və bildirib ki, uşaqlarla təlim-tərbiyə işi həmin əmrin tələblərinə uyğun qurulmalıdır.

O, əlavə ediib ki, uşağın təməli ailədə qoyulur və psixoloji sağlamlıq ilk növbədə ev mühitindən başlayır: "Məktəb isə uşağın dünyagörüşünü genişləndirən mühüm məkandır, eyni zamanda, emosional dayanıqlıq və davranış vərdişləri ailədə formalaşır. Hər bir ailə uşaq üçün güvən verən, sevgi dolu mühit yaratmalıdır".

Cavid Məmmədli isə məktəb-valideyn əməkdaşlığı, uşaqların təlim-tərbiyəsində onun rolunu əks etdirən fikirlər söyləyib. Qeyd edib ki, hər bir işdə valideynlərin davamlı nəzarəti olduqca vacibdir: "Uşaq yalnız dərs nailiyyətləri ilə deyil, emosional vəziyyəti, sosial münasibətləri ilə də diqqət tələb edir. Bu baxımdan, ailə-məktəb münasibətlərinin mövcud qadalara uyğun qurulmalıdır".

Tədbir zamanı ailədaxili ünsiyyətin gücləndirilməsi, uşaqlarda stress və gərginliklə mübarizə yolları, müasir dövrdə uşaqların qarşılaşdığı psixoloji risklər və onların qarşısının alınması barədə geniş müzakirələr aparıldı.

Valideynlər onları narahat edən suallar səsləndirib, fikir mübadiləsinə qoşulublar.

Konfransda belə maarifləndirici tədbirlərin davamlı keçirilməsinin vacibliyi qeyd olunub.

Səxavət Tağlar,

Azərbaycan Respublikasının Əməkdar müəllimi, Prezident təqaüdçüsü.

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://mia.az
archiveBu xəbər 04 Dekabr 2025 07:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri