Icma.az
close
up
RU
Uşaqların təhlükəsizliyi və çətin həyat şəraitində olan uşaqlara sosial xidmətlərin gücləndirilməsi: yerli və beynəlxalq təcrübələr, uğurlar və ehtiyaclar” mövzusunda dəyirmi masa

Uşaqların təhlükəsizliyi və çətin həyat şəraitində olan uşaqlara sosial xidmətlərin gücləndirilməsi: yerli və beynəlxalq təcrübələr, uğurlar və ehtiyaclar” mövzusunda dəyirmi masa

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Hüquq Dünyası” Hüquqi Təblığat İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ermənistanın Azərbaycana qarşı müharibəsindən zərərçəkmiş uşaqların müdafiəsi tədbirləri” layihəsini həyata keçirir.

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, bu barədə “Hüquq Dünyası” Hüquqi Təblığat İctimai Birliyi məlumat verib. Layihənin əsas məqsədini postmüharibə dövründə sosial mütəxəssislərin bilik və bacarıqlarını  artırmaqla, uşaq hüquqlarının qorunması, təbliği işini həyata keçirmək və uşaq hüquqlarının  müdafiə olunmasında sosial mütəxəssislərin və psixoloqlarının rolunun gücləndirmək təşkil edir.

Layihə çərçivəsində  Beyləqan  rayon İcra Hakimiyyəti ilə əməkdaşlıq çərçivəsində  Beyləqan Tarix Diyarşünaslıq Muzeyində  dəyirmi masa  keçirilmişdir. Tədbiri  Beyləqan  rayon  icra hakimiyyətinin böyük məsləhətçisi, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Suliddin Əsgərov  açaraq, qonaqları salamlamış, həyata keçirilən layihəni yüksək qiymətləndirərək, belə müzakirələrin keçirilməsinin xüsusi əhəmiyyətini qeyd etmişdir.

İctimai Birliyin sədri, layihə rəhbəri Zaur Quliyev layihənin məqsəd və  vəzifələri, layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər haqqında geniş məlumat vermiş, Vətən müharibəsində qələbəmizin qazanılmasında igid oğullarımızın qəhrəmanlığından söz açmış, post müharibə dövründə sosial mütəxəssislərin üzərinə də ciddi və məsuliyyətli bir vəzifənin düşdüyünü bildirib. Qeyd edilib ki, layihə çərçivəsində Tərtər, Goranboy və Beyləqan  rayonlarında sosial mütəxəssislərin iştirakı ilə “Uşaqların təhlükəsizliyi və çətin həyat şəraitində olan uşaqlara sosial xidmətlərin gücləndirilməsi: yerli və beynəlxalq təcrübələr,  uğurlar və ehtiyaclar” mövzusunda dəyirmi masalar təşkil  olunmuşdur tutulur.

Əsas məqsədin bu sahədə bölgədə mövcud vəziyyətlə tanış olmaq və dəyirmi masalar zamanı müəyyən edilmiş ehtiyaclara uyğun təlim təşkil olunmasından ibarət olduğu qeyd edilib.

Digər çıxış edənlər layihənin qarşılıqlı əməkdaşlıq çərçivəsində  həyata keçirilməsinin vacibliyini vurğulamışlar. Layihə üzrə ekspert, sosial iş üzrə mütəxxəsis, UNİSEF-in uşaqların müdafiəsi və  sosial xidmətlər üzrə milli məsləhətçisi Elmir Valehli “Uşaqların təhlükəsizliyi və həssas kateqoriyadan olan uşaqlara sosial xidmətlərin göstərilməsinin gücləndirilməsinin vəziyyəti, yeni yanaşmalar, uşaqların təhlükəsizliyi və həssas kateqoriyadan olan uşaqlarla sosial  işlə bağlı yerli və beynəlxalq təcrübə mövzusunda təqdimat etmiş və sağlamlıq imkanları məhdud və müharibənin təsirlərinə məruz qalmış bölgələrdə müharibənin acı nəticələri ilə üzləşmiş uşaqlara sosial xidmətlərin göstərilməsinin vəziyyəti: uğurlar, ehtiyaclar və müəyyən olunmuş təkliflər ətrafında müzakirələr təşkil olunub.

Bununla da layihənin son tədbiri keçirilmiş və Ermənistanın Azərbaycana qarşı müharibəsindən zərərçəkmiş uşaqların və onların ailələrinin adından dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara ünvanlanacaq bəyanatın mətni səsləndirilib. 

Tədbir iştirakçıları vacib və  aktual layihəni dəstəklədikləri üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, layihənin uğurlu icrasına görə “Hüquq Dünyası” Hüquqi Təblığat İctimai Birliyinə öz təşəkkürlərini  bildirmiş, gələcəkdə belə layihələrin davam etdirilməsinin faydalı, maraqlı olmaqla bərabər, gələcəyimiz olan uşaqların təhlükəsiz, sosial-psoxoloji və emosional baxımdan sağlam böyüməsində  mühüm rolu olduğunu ifadə etmişlər. 

Sonda iştirakçılarla çay- kofe fasiləsi zamanı da müzakirələr davam etdirilmiş, xatirə fotoşəkili çəkilib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Dekabr 2024 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see151

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri