Icma.az
close
up
RU
Uşaqların “ulduz xəstəliyi”: Bu müdaxilə bəzən psixoloji istismar həddinə qədər gedə bilir

Uşaqların “ulduz xəstəliyi”: Bu müdaxilə bəzən psixoloji istismar həddinə qədər gedə bilir

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Elə bir dövrdə yaşayırıq ki, məşhurluq arzusu böyüklərin deyil, balacaların çiyninə yüklənir. Valideynlər və böyüklər tərəfindən sosial şəbəkələrdə, efirlərdə önə çıxarılan uşaqlar sanki "məşhur uşaq" brendinə çevrilir. Bu uşaqların təbii inkişafı, oyun oynamaq haqqı, öz tempində böyümək azadlığı artıq kamera qarşısında qurulan “səhnələrə” qurban gedir.

Bəs körpə yaşlarından olan məşhurluq gələcəkdə uşaqlara necə təsir edir?

Şərəbanu Abbasova: Uşaqla bağlı verilən hər qərar, atılan hər addım onun gələcəyinə təsir edə bilər

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən psixoloq Şərəbanu Abbasova bildirib ki, bu yaş dövrü uşaqlar üçün oyuncaqlarla oynamalı, azad şəkildə davranmalı, həyatın təbiiliyini yaşamalı dövrdür. Kamera arxasında vaxt keçirmək, böyüklərin dediyini etmək, süni pozalar vermək isə bu təbiiliyi bir növ pozur.

Onun sözlərinə görə, bəzən valideynlər “uşağım istedadlıdır”, “hamı bəyənir”, “bir xatirədir”, “nə ziyanı var ki?” deyə düşünür:

"Hər uşağın istedadı, parıltısı və potensialı var. Onu kamera qarşısına çıxarmaqla yox, onun rahat, xoşbəxt və təzyiqsiz bir mühitdə böyüməsini təmin etməklə bu istedadlar daha sağlam şəkildə üzə çıxa bilər. Uşaqlığın öz gözəlliyi, öz dadı var. Oynamaq, qaçmaq, səmimi gülmək, özünü istədiyi kimi ifadə etmək - bunlar heç bir fotosessiyada, heç bir televiziya çəkilişində əvəz edilə bilməz".

Psixoloq vurğulayır ki, bu həyat tərzi uşaqların rejiminə, psixoloji durumuna da təsir edir:

"Uşaq yuxudan vaxtsız oyadılır, uzun çəkilişlərdə yorulur, davranışlarını böyüklər yönləndirir. Bəzən səhv etsə, “kamera qarşısındasan, düz dur!” deyə təzyiq görür".

"Əgər uşağınızı efirə, reklama, ya da sosial şəbəkəyə çıxarmaq istəyirsinizsə, öncə bu sualları özünüzə verin: Bu, uşaq üçün zövqdürmü, yoxsa mənim istəyimdir?

Əgər bu suallara səmimi şəkildə “yox” deyə cavab verirsinizsə, demək uşağınızın maraqlarını qoruyursunuz. Amma cavabınızda tərəddüd varsa, bir az dayanın və düşünün. Körpə yaşdan efirə çıxmaq, model olmaq, sosial şəbəkələrdə tanınmaq bir uşaq üçün həm maraqlı təcrübə ola bilər, həm də onun təbii inkişafına mane ola biləcək bir yükə çevrilə bilər. Burada əsas məsuliyyət valideynlərə düşür. Uşaqla bağlı verilən hər qərar, atılan hər addım onun gələcəyinə təsir edə bilər",- deyə sonda Ş.Abbasova bildirib.

Yusif Nəbiyev: Uşağın ictimai sferada tez tanınması, fərdi zona və məxfiliyin itməsi deməkdir

Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışam sosioloq Yusif Nəbiyev də vurğulayıb ki, bu sualın cavabı, təbii ki, "o uşaq çox istedadlıdır" romantikasından daha dərinə gedir:

"Çünki məsələ əslində uşağın istedadı yox, valideynin ambisiyası və kapitalist sistemin doymaq bilməyən iştahasıdır. Uşaq yaşda televiziyaya və ya reklama çıxmaq sadəcə bir təcrübə deyil, çox zaman şəxsiyyət formalaşmasına müdaxilədir. Və təəssüf ki, bu müdaxilə bəzən psixoloji istismar həddinə qədər gedə bilir".

"Sosiologiyada Ervinq Qoffmanın “dramaturji yanaşması” ilə təsvir etməyə çalışsaq, deyə bilərik ki, insanlar sosial həyatda müəyyən rolları ifa edirlər. Amma bu "keys"-də rolları 4-5 yaşında uşaq özü seçmir - onun yerinə "rejissorluq" edənlər valideynləri və media qurumlarıdır. Belə olan halda uşaq real şəxsiyyətini yox, cəmiyyətin və valideynin ondan gözlədiyi rol modelini mənimsəyir".

Sosioloq qeyd edib ki, uşağın ictimai sferada tez tanınması, fərdi zona və məxfiliyin itməsi deməkdir:

"İllərin təcrübəsi göstərir ki, çox erkən yaşlarda ən etibarən məşhurlaşan uşaqlar gələcəkdə özlərini tanınmış bir sima kimi yox, "tanınan obyekt" kimi hiss edə bilirlər. İctimai rəyə görə yaşamaq, sosial media "feedback"-inə bağlı böyümək isə özünü qiymətləndirmə qorxusu, stress və hətta kimlik böhranına belə səbəb ola bilir".

"Jean Baudrillard bu fenomeni "simulyakr" adlandırardı. Yəni uşaq öz həqiqi şəxsiyyətini yox, televiziyada və reklamlarda gördüyümüz versiyasını yaşamağa başlayır.

Unudulmamalıdır ki, uşaqlar üçün efir "sadəcə bir oyun" deyil. Uşaqlar reytinq üçün deyil, böyümək üçün yaşayırlar. Bu böyümə yolunda onlara qeyri-sağlam, qeyri-real hisslər, davranışlar təcrübə etdirmək qəti faydalı deyil",- deyə Yusif Nəbiyev bildirib.

Nuriyyə Musayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 May 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see199

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see148

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see132

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see131

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri