Icma.az
close
up
RU
Rayonlarda mədəniyyət şöbələrində sürücü və xadimə ştatları ləğv edilib Deputatdan SƏRT REAKSİYA

Rayonlarda mədəniyyət şöbələrində sürücü və xadimə ştatları ləğv edilib Deputatdan SƏRT REAKSİYA

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Milli Məclisdə "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Maliyyə Nazirliyinin təşəbbüsü ilə müəyyən lazımsız ştatların ləğv olunmasının zərurətə çevrildiyini qeyd edərək bunu təqdirəlayiq hesab edib. Lakin deputat burada müəyyən problemlərin yarandığını da qeyd edib. O, lazımlı ştatların da ləğv olunduğuna diqqət çəkib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Tahir Rzayev Modern.az-a danışıb.

O bildirib ki, lazımsız ştatların ləğvinə münasibəti müsbət olsa da, bir çox vacib ştatlar da ləğv olunur:

"Onların ləğv olunması məqsədəuyğun deyil və bunu bildirdim".

Deputat ləğv olunan önəmli ştatlar haqqında da danışıb:

"Rayonlarda mədəniyyət şöbələrində sürücü ştatları, müəyyən texniki ştatları, xadimə və digər ştatlar ləğv olunub. Belə bir sual yaranır: bəs bu sənət adamları hansısa hərbi hissəyə və ya başqa tədbirlərə gedirsə, nədən istifadə etməlidir? Yaxud rayonlarda fəaliyyət göstərən təhsil sektorları var. 70 məntəqəsi olan bir rayonun təhsil sektorunda 3-4 nəfərlik ştat saxlayıblar. Bu mütəxəssislər bu qədər məktəbi əhatə edə bilərlər? Təhsilin səviyyəsinin yüksəldilməsi ilə bağlı müəyyən tapşırıqları verə bilərlər? Yerlərə gedə bilərlər? Mümkün deyil. Sektor müdirinin maşını yoxdur, sürücüsü yoxdur. Hətta oradakı gözətçi və xadimə ştatları da ləğv olunub. Bu məktəbləri, bağçaları, bağları kim qorumalıdır? Kim yaşatmalıdır? Ya bu otaqları kim təmizləməlidir?"

"Elə nazir var ki, bir neçə müşavir götürüb, elə komitə sədri var, özünə ayrı-ayrı köməkçilər, məsləhətçilər, nələr-nələr götürüb yüksək əməkhaqqı verirlər. Amma yerlərdə, məktəblərdə bu texniki ştatlarının ləğv olunması, müəyyən sayda azaldılması heç də yerinə deyil", - qeyd edən deputat bu qədər vəzifənin lazım olmadığını qeyd edib.

"Bu gün ölkə rəhbəri qarşıya bir vəzifə qoyur ki, kənddən insanlar şəhərə axın etməsinlər, rayonlarda yaxşı şərait yaradılsın. Yerlərdə iş yeri açılsın, adamlar məşğul olsunlar. Ancaq kitabxanalar, klublar, mədəniyyət evləri, oralarda olan ştatlar, əksəriyyəti ləğv olunub, yoxdur.

Bu insanlar sözsüz ki, işsiz qalıb, ailəsinə baxa bilməyiblər. Nəticədə ali, orta ixtisas təhsilli insanlar məcbur olub şəhərə üst tuturlar. Buna görə də gərək bu barədə ciddi fikirləşilsin. Ləğv elədikləri ştatda çalışanlar da bir o qədər yüksək əməkhaqqı almırlar. Ancaq burada müşavirlər, köməkçilər, məsləhətçilər var, onlar həmin işçilərdən beş dəfə artıq əməkhaqqı alırlar və fəaliyyətləri də göz qabağında deyil. Amma məktəbin bağbanı, gözətçisi məktəbdə abadlıq işləri görür, təmizliyə riayət edir, konkret işlər görürlər".

Tahir Rzayev qeyd edib ki, ştatlar ixtisar olunarkən mütləq reallıqlar nəzərə alınmalıdır:

"150 min əhalisi olan rayonun aqrar inkişaf mərkəzində də eyni ştat olsun, əhalisi və ərazisi ondan iki dəfə az olan rayonda da eyni ştat olsun - bu, nə qədər doğrudur? Bu, hansı qaydaya, hansı əsaslara söykənərək belə ştatlar tərtib olunub və ya fəaliyyət göstərir?"

"Büdcəyə qənaət, büdcənin qorunması hər bir vətəndaşın, hər bir vəzifəli şəxsin borcudur. Ancaq sırf qənaət məqsədilə insanları işdən azad etmək, ixtisara salmaq mənə görə düzgün deyil", - deyə o bildirib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 15 Noyabr 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see233

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see201

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see190

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see182

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see153

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see146

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see145

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see144

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see143

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see140

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see140

Sabah da ayrılıq baş verə bilər, Rusiyaya geri qayıdır İDDİA

01 Yanvar 2026 13:32see138

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see137

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see137

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see136

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see136

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see136

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri