Icma.az
close
up
RU
Uşaqlıqda “KQB” yə yazılanlar bu gün Avropada Azərbaycana qarşı casusluq edirlər ANALİZ

Uşaqlıqda “KQB” yə yazılanlar bu gün Avropada Azərbaycana qarşı casusluq edirlər ANALİZ

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Aparılan araşdırmalarla və müvafiq sənədlərlə sübuta yetirilir ki, xaricdəki antimilli ünsürlər müxtəlif ölkələrin xüsusi xidmət orqanının əməkdaşıdır. O da sübuta yetirilir ki, özlərini nəzarətsiz küçə uşaqları kimi aparan Arif Məmmədov, Trol Sadıqlı, Sevinc Osmanqızı, Orduxan Temirxan, Məhəmməd Mirzəli, Nihad Cəfərov və digərləri çalışdıqları xüsusi xidmət orqanlarında müəyyən statuslara malikdilər. Hətta Orduxan Bəbirovun, Arif Məmmədovun, Nihad Cəfərovun, Trol Sadıqlının rütbələri mövcuddur. Bu isə onu təsdiq edir ki, xüsusi zabit rütbəsi daşıyan satqınlar üzərlərinə imtinası mümkün olmayan öhdəliklər götürüblər. Həm də sübuta yetirilir ki, onlar hələ uzun illər öncə Almaniyanın, Fransanın, Hollandiyanın, Rusiyanın, ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən ələ alınıb, özlərinin agentlərinə çeviriblər. Orduxan Bəbirovun Rusiya agenturası tərəfindən ələ alınması barədə müfəssəl məlumatlar mövcuddur. Cəbrayıl rayonunun Horovlu kənd orta məktəbində oxuyarkən O.Bəbirov Rusiya “KQB”sinin diqqətini özünə cəlb etmiş və müəyyən söhbətlərdən, başının sığallanıb, əlinə konfet filan verilməsindən sonra rəsmən agent olaraq xüsusi xidmət orqanlarının sıralarına qəbul edilmişdir. Məhz O. Temirxanın agent olmasından sonra Horovlu kənd orta məktəbinin direktoru və kəndin kolxoz sədri, eləcə də rayonun bəzi məsul şəxsləri həbs edilərək, həbsxanaya göndərilmişlər. Səbəbi də O.Temirxanın onlar haqqında əsası olmayan, şər və böhtandan ibarət məlumatları “KQB”-yə göndərməsi olmuşdur. Sonradan kənd camaatı “suka”nın O.Temirxan olduğunu öyrənsələr də, artıq iş-işdən keçmiş olmuşdur. Çünki həbsxanaya göndərilənləri geri qaytarmaq, işindən olanları iş yerlərinə bərpa etmək mümkün olmamışdır. O.Temirxan isə “KQB”-nin dəstəyi ilə öz arzu etdiyi həyatını davam etdirməkdə idi. Onun Ukraynada 98-ci hava-desant diviziyasında xidmətə göndərilməsi və xidmətdə olarkən yaşadığı kəndində etdiyi satqınlığını davam etdirməsi əsgər yoldaşları tərəfindən hələ də söz –söhbətlərin mövzusu olaraq qalır. O. Bəbirov hərbi-kəşfiyyat idarəsinin zabitlərinə hərbi hissə komandiri, onun müavinləri haqqında çuğulluq etməsi ilə onların bəzilərini həbsxanaya, bəzilərini isə ehtiyata göndərilməsinə nail olması hərbi hissədə ciddi əks-səda doğurmuşdur.

Bəbirovun 20 Yanvar faciəsi zamanı Bakıya göndərilməsi təsadüfi sayıla bilməz

O.Bəbirovun hava –desant diviziyasına göndərilməsində heç şübhəsiz “KQB”-nin rolu və dəstəyi olmuşdur. Çünki strateji xidmət sahəsi olan hava-desant diviziyasına azərbaycanlılar buraxılmırdılar. Soydaşlarımız adətən “stroybat”da xidmət keçmələrinə göndərilirdi. Əlimizdə olan sənədlərə görə, 16 oktyabr 1988-ci ildə SSRİ hərbi əks-kəşfiyyat orqanı tərəfindən DTK-dən konfidensial əməkdaşlığa namizədliyi öyrənilən O.Bəbirovla bağlı geniş və əhatəli məlumatlar istənilmişdir. Həmin ilin oktyabrın 28-də Azərbaycan DTK O.Bəbirovla bağlı müsbət xasiyyətnamədən ibarət arayışı SSRİ hərbi əks-kəşfiyyat komitəsinə göndərmişdir. Bəbirovun 20 Yanvar faciəsi zamanı Bakıya göndərilməsi təsadüfi sayıla bilməz. Bununla “KQB” Bəbirovun davranışını və azərbaycanlılara münasibətinin hansı formada olacağını müəyyənləşdirməyə çalışmışdır. O.Temirxan testi uğurla başa vurmuşdur. O, Bakı və ətraf ərazilərdə insanlara qarşı erməni-rus hərbi birləşmələrinin zorakılıq fəaliyyətlərində fəal iştirak etmişdir. Bu isə onun xalqımıza qarşı xəyanətinin, satqınlığının nümunəsi olmuşdur, hərbi xidmətini başa vurduqdan sonra sovet xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmiş və onların təşkil etdikləri kurslarda, treninqlər iştirak etmişdir. Bu gün də Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən O.Bəbirov Rusiyadan gələn tapşırıqları yerinə yetirir. Bununla belə bu məxluq maddi durumunu bir qədər də yaxşılaşdırmaq üçün ikili, bəzən üçlü oyunlar da oynayır. Yəni Rusiya xüsusi xidmət orqanları ilə yanaşı, Hollandiyanın və Fransanın agentura şəbəkəsinin də tapşırıqlarını icra edir.

İkili satqınlıq erməni lobbisini razı salır

Xaricdəki antimilli ünsürlər, xüsusi ilə də, Arif Məmmıdov, Trol Sadıqlı, Sevinc Osmanqızı, Orduxan Temirxan, Məhəmməd Mirzəli, Nihad Cəfərov və digərləri o dərəcədə özlərini satılan və alınan məxluqa çeviriblər ki, Azərbaycana qarşı qarayaxma kampaniyası aparan istənilən məkrli qüvvə onlardan istifadə edir. Bəzən üzləri qara olmuş xaricdəki antimilli ünsürlərlə erməni lobbisinin nümayəndələri Azərbaycana qarşı birgə aksiyalar da təşkil edirlər. Bir qədər əvvəl Berlində Azərbaycan dövlətçiliyinə qarşı erməni lobbisinin nümayəndələri ilə azərbaycanlı antimilli ünsürlərin birlikdə aksiya keçirmələri qeyd olunanlara misal ola bilər. O zaman erməni lobbisinin yaratdığı “Theophanu Club Germany” səhifəsi erməni lobbisi ilə azərbaycanlı söyüş qrupunun birgə aksiyasına dəstək göstərmiş və özünəməxsus materiallar paylaşmışdır. Bütün bu kimi faktlar təsdiq edir ki, xaricdəki antimilli ünsürlər tamamilə özlərini erməni kökənli hesab edirlər. Bu kimi faktlar fonunda, sual yaranır, xaricdəki antimilli ünsürlər həqiqətənmi azərbaycanlıdılar? Birmənalı şəkildə cavab olaraq demək olar ki, xeyr, onlar azərbaycanlı deyillər və ola da bilməzlər. Çünki damarında azərbaycanlı qanı axan kiminsə, Azərbaycana dönük çıxa biləcəyi inandırıcı görünmür. Yalnız erməni olan və erməni lobbisinə dəstək olan məxluqlar Azərbaycana qarşı şər və böhtan kampaniyası aparır ki, onların da sıralarında xaricdəki antimilli ünsürlər fəallıqları ilə seçilir və tanınırlar.

İLHAM ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Fevral 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri