“Uşaqpulu” verilsə, aylıq məbləği belə olacaq
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda uşaqlar üçün vahid “uşaqpulu”nun tətbiqi məsələsi uzun müddətdir ictimai müzakirə olunan sosial və iqtisadi mövzulardan biridir.
Ailələrin gündəlik xərclərinin, xüsusilə ərzaq, geyim, təhsil, səhiyyə və digər zəruri xidmətlər üzrə ödənişlərin artması uşağın saxlanılması ilə bağlı maliyyə yükünü də artırır.
Bu baxımdan, dövlət tərəfindən hər bir uşağa aylıq müəyyən məbləğdə müavinət ödənilməsi ailələrin sosial yükünün azaldılması vasitələrindən biri kimi nəzərdən keçirilə bilər.
Bəs Azərbaycanda hər uşağa aylıq nə qədər “uşaqpulu” verilməsi iqtisadi baxımdan ailə büdcəsinə müəyyən dəstək göstərə bilər?
REAL Partiyasının sədri, iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, “uşaqpulu”nun verilməsi üçün əsas maliyyə mənbəyi dövlət büdcəsi ola bilər:
“O ki qaldı məbləğə, burada təbii ki, müəyyən kriteriyalar nəzərə alınmalıdır. Bu kriteriyalar nəzərə alındıqdan sonra müəyyən məbləği hesablamaq, yaxud söyləmək mümkündür.
Təbii ki, valideyn istəyər ki, məbləğ çox olsun. Nə qədər çox olsa, o qədər yaxşıdır. Amma reallıq da var ki, Azərbaycanda 18 yaşına qədər olan uşaqların sayı 2,6 milyondan bir qədər çoxdur.
Bu rəqəmi də nəzərə almaq lazımdır. Yəni bu uşaqların hər birinə “uşaqpulu” veriləcəksə, bu, büdcədən maliyyələşməlidir, başqa variant yoxdur. O zaman məbləğləri də reallıqdan çıxış edərək təqdim etmək olar”.
Ekspert qeyd edib ki, ikinci uşaqdan başlayaraq hər uşağa 100 manat ödəniş etmək mümkündür.
Onun sözlərinə görə, bir neçə il əvvəl də bununla bağlı təklifləri olub və dövlət büdcəsi belə bir ödənişi qarşılaya bilər.
Aişə
“Cebheinfo.az”
Açar sözlər: uşaqpulu Natiq Cəfərli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 30 Sentyabr 2026 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















