ÜST Departament direktoru: İqlim dəyişikliyinin nəticəsi olan çirkli hava, su sağlamlıq problemlərinə yol açır
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
COP29-un mövzusu, iqlim dəyişikliyi həm də sağlamlıqla əlaqəlidir.
APA-nın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), UNICEF və "Lancet Countdown" təşkilatının iqlim, səhiyyə və uşaqlar mövzusundakı birgə mətbuat konfransında ÜST-ün Ətraf Mühit, İqlim Dəyişikliyi və Sağlamlıq Departamentinin direktoru Maria Neira bildirib.
Maria Neira deyib ki, COP29-da iqlim dəyişikliyi şəraitində sağlamlığı qorumağa da diqqət yönəldəcəklər: “Çirkli hava, su iqlim dəyişikliyinin nəticələridir və bu da sağlamlıq problemlərinə yol açır. Nəfəs aldığımız havanın keyfiyyətini daha da yaxşılaşdırmaqla hər il bu səbəbdən baş verən çoxlu sayda ölümün sayını azalda bilərik. Yəni iqlim dəyişikliyi ilə mübarizə aparmaqdan, bu prosesi yumşaltmaq üçün müdaxilələrdən çox şey qazana bilərik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 12 Noyabr 2024 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















